Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna verilib

 

Mərhum aktyor Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin sözlərinə görə, aktyorun şəxsi arxivi onun qızı Gülnarə Dadaşova tərəfindən verilib. Artıq fondun arxivinə daxil olan fotolar sənədlərin M.Dadaşovun adı ilə bağlı olan müxtəlif tədbirlərdə istifadəsi gözlənilir. Bununla yanaşı, bu günlərdə əməkdar artist Atamoğlan Rzayevin oğlu tərəfindən onun şəxsi arxivi fonda gətirilib.

A.Rzayevin şəxsi arxivində onun müxtəlif illərdə çəkdirdiyi fotolar, haqqında maraqlı yazılar sənədlər var.

C.Quliyev bildirib ki, Rusiya vətəndaşı olan şəxsin arxivindən Azərbaycan kinosuna aid çox qiymətli maraqlı sənədlər Dövlət Film Fonduna göndərilib. Bu materialların fondun arxivində çox mühüm yer tutduğunu vurğulayan fond rəhbəri sənədlərin əsasən 50-60-cı illərdə çəkilmiş filmlərlə bağlı olduğunu qeyd edib.

 

 

Ayxan

 

Ekspress.- 2009.- 10 iyul.- S. 14.