Nazir teatr
rəhbərləri ilə
görüşdü
İyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrlarının rəhbərləri və
rejissorları ilə görüşüb.
Prezident İlham Əliyevin mədəniyyət sahəsinə,
o cümlədən teatrlara diqqət və qayğısından danışan nazir son
illərdə bir neçə teatr binasının dövlət tərəfindən müasir zövqlə və yüksək səviyyədə
əsaslı təmir olunduğunu diqqətə çatdırıb. Teatrların fəaliyyətinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən
ayrılan vəsaitin artım dinamikası barədə məlumat verən Ə.Qarayev bildirib ki, son
illərdə yeni tamaşaların hazırlanmasına yönəldilən maliyyə
vəsaiti də xeyli çoxalıb.
Bununla bərabər,
nazir vurğulayıb ki, Azərbaycanda teatr sənətinin daha da inkişaf
etdirilməsi üçün teatrların xarici əlaqələri genişləndirilməlidir.
Görüşdə prezidentin
2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramından irəli gələn məsələlər barədə
fikir mübadiləsi aparılıb. Proqramın məqsəd və vəzifələri haqqında
görüş iştirakçılarına ətraflı məlumat verilib.
Azərbaycanın tanınmış mədəniyyət
və incəsənət
xadimləri, teatrların rəhbərləri çıxış edərək, belə bir proqramın təsdiq
edilməsinin dövlətin
bu sahəyə böyük diqqət və qayğısının əyani təzahürü olduğunu, teatrların inkişafına təkan verəcəyini
bildiriblər.
Ayxan
Ekspress.- 2009.- 10 iyul.- S. 10.