Həmsədrlər gəldilər

 

Qərb ekspertləri:"Ermənistan Dağlıq Qarabağdan çıxana oxşamır"

 

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) ATƏT sədrinin şəxsi nümayəndəsi polyak Anjey Kaspşik Bakıya gəliblər.

Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən fransız həmsədr bu gün Azərbaycan prezidenti xarici işlər naziri ilə görüşəcəklərini deyib. Dünən ö aralarında məsləhətləşmələr aparan vasitəçilər iyulun 10-da günün ikinci yarısında mətbuat konfransı keçirəcəklər.

Ermənistandakı görüşlərini çox konstruktiv adlandıran Fasye Azərbaycan Ermənistan prezidentlərinin Moskva görüşünün iyulun 17- planlaşdırıldığını açıqlayıb. Həmsədrlər Ermənistan prezidentinin görüşə razılıq verdiyini, Azərbaycan prezidentinin razılığını gözlədiklərini söyləyiblər.

"Prezidentlərin qarşıdakı Moskva görüşündə çərçivə sazişinin imzalanması mümkün deyil. Mən Sankt-Peterburq görüşündəki inkişafdan istifadə edərək Moskvada dönüşə ümid edirəm",-deyə amerikalı həmsədr Metyu Brayza bildirib. Onun sözlərinə görə, çərçivə sazişinin imzalanması uzunmüddətli prosesdir buna hələ çox var: "Tərəqqi istənilən halda bizdən deyil, prezidentlərdən asılıdır. Ermənistanda gördüyümüz əhval-ruhiyyə prezident Əliyevin son çıxışları əsasında deyə bilərəm ki, ümid var".

Brayza hesab edir ki, Ermənistanda əhval-ruhiyyənin müsbət istiqamətdə dəyişməsi müəyyən dərəcədə məhz Azərbaycan prezidentinin son bəyanatı ilə bağlıdır: "Hesab edirəm ki, bu bəyanatlar Azərbaycan əhalisinin mümkün çərçivə sazişinə hazırlanması baxımından da əhəmiyyətlidir".

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya İrəvandan gəliblər. İrəvanda keçirilən mətbuat konfransında fransalı həmsədr Bernar Fasye deyib ki, hazırda "güc tətbiq etməmək, millətlərin öz müqəddəratını müəyyənləşdirməsi ərazi bütövlüyü prinsiplərini ehtiva edən" sənəd üzərində çalışırlar , bu prinsiplərdən hər hansı biri olmadan münaqişənin həlli mümkün deyil: "Moskva Bəyannaməsində tərəflər razılaşıb ki, münaqişə danışıqlar yolu beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır.

Biz dəfələrlə demişik ki, müharibə variantlardan biri deyil, çünki heç nəyi həll etmir"("Novosti-Armeniya").

Fasye uzun illər ərzində Ermənistan Azərbaycan prezidentlərindən əhalini müharibəyə deyil, sülhə hazırlamağı xahiş etdiklərini söyləyib.

Rusiyalı həmsədr Yuri Merzlyakov həmçinin Dağlıq Qarabağ separatçılarının münaqişənin həlli prosesində iştirak məsələsinə toxunub:"Həmsədrlər öz mövqelərini gizlətmir. Biz hesab edirik ki, Dağlıq Qarabağ tərəfi münaqişənin həlli prosesində iştirak etməlidir. Ümid edirik ki, baza prinsiplərinin razılaşdırılmasından sonra sülh müqaviləsinin mətninin tərtib edilməsinə başlanacaq Dağlıq Qarabağın nümayəndələri tərəflərin razılaşdıracağı formada bu prosesə qatılacaq".

Merzlyakov bildirib ki, sülh müqaviləsinin maddələrinin yarısı məhz Dağlıq Qarabağ əhalisinin həyatı ilə bağlı olacaq.

Amerikalı Brayza isə Dağlıq Qarabağ münaqişəsində güc tətbiq etməməklə bağlı müqavilənin imzalanmasını mümkün sayır. Onun sözlərinə görə, güc tətbiq etməmək prinsipi həmsədrlərin apardığı işdə əsas məsələlərdən biridir: "Danışıqlar prosesində biz bu prinsipi həyata keçirməyin yolunu axtarırıq" (APA).

Amerikalı diplomat Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yolunun olmadığını vurğulayıb: "Biz dəfələrlə demişik ki, münaqişənin həlli üç prinsipə əsaslanmalıdır: güc tətbiq etməmək, millətlərin öz müqəddəratını təyin etməsi ərazi bütövlüyü".

 

 

X. Rüstəm

 

Ekspress.- 2009.- 10 iyul.- S. 3.