Mir Cəfərin
məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən qalmaqallı və
indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurbanın bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında araşdırıb.
Ənvər Əsgərovun məktubundan iki həftə
sonra, 1952-ci il oktyabr ayının 21-də Moskvaya, XIX qurultayın nümayəndəsi
Mir Cəfər Bağırova göndərilmiş məktubun ünvanı belədir:
Azərbaycan SSR, Yevlax stansiyası, poçt qutusu N5-"V", Əliyev
Müseyib Səlim oğlu. Məktubda deyilir: "Mən Nuxa rayonu 2-ci
sahə xalq məhkəməsi tərəfindən tamamilə
əasssız olaraq 13 il müddətinə azadlıqdan məhrum edilmişəm.
1951-ci ilin dekabr ayında rayon partiya komitəsinin göndərişilə
Nuxa Çörəkxanasının ekspeditoru vzzifəsində işləyirdim. Bu
vəzifəyə çörəkxananın direktoru Məmməd
Orduxanovun yaxın qohumunun yerinə təyin olunmuşdum. Partiya komitəsinin
müavini kimi, qapalı partiya yığıncağında direktorumuz Orduxanovu kəskin tənqid
etdiyimdən sonra mənə qarşı münasibət dəyişildi və
nəticədə heç bir əsas olmadan cəza çəkirəm.
Yoldaş Bağırov! Mən Azərbaycanda sovet hakimiyyəti
qurulandan partiya sıralarındayam. Həmişə kommunist vicdanı ilə
çalışmışam, heç vaxt məhkəməyə düşməmişəm, indi
isə hörümçək toruna sılınmışam. Sizdən xahiş edirəm ki, vəziyyətimlə
tanış alsınız, məhkəmə işimə obyektiv şəkildə
yenidən baxılması və ləğv edilməsi üçün köməklik göstərəsiniz.
İmza: M.Əliyev."
Növbəti məzuniyyətini Moskva şəhərində
keçirən soydaşımız R.C.Axundovanın M.C.Bağırova ünvanladığı məktubunda
oxuyuruq: "Ali məktəbi bitirdikdən sonra 15 ilşə yaxın
Azərneftzavod" birliyi sistemində işləmişəm. Neft
emalı mütəxəssisi kimi biliyimi zənginləşdirməklə,
təcrübəmi möhkəmləndirməklə sıravi mühəndislikdən
10 nömrəli zavodun baş mühəndisi əvəzi vəzifəsinədək
yol keçmişəm. Vəzifə borcumu yerinə yetirməklə
yanaşı, ictimai işlərdə fəal iştirak etmişəm. SSR İttifaqı,
Azərbaycan SSR Ali Sovetlərində, rayon, şəhər zəhmətkeş
deputatları sovetlərinə seçkilərdə qeydiyyatdan tutmuş dairə
seçki komissiyası sədrinədək iştirak etmişəm. 1939-cu ildə
birinci çağırış Bakı Şəhər İcraiyyə Komitəsinin deputatı
seçilmişəm. 1944-cü ildə ÜİK(b)P üzvlüyünə namizəd, 1945-ci
ildə üzv qəbul olunmuşam. Doğruçu və intizamlı olduğumdan mənə
həmişə tam etimadla yanaşılmışdır. Lakin 1949-cu ildə gözlənilmədən
və heç bir səbəb olmadan aşağı vəəifəyə, əvvəlcə
neft kəməri kontoruna adi mühəndis vəzifəsinə,
sonra isə Şaumyan adına Mədəniyyət Sarayının texnika
kabinetinə keçirildim. Üstəlik, məni ictimai həyatdan
uzaqlaşdırdılar, heç bir partiya və ictimai tapşırıq vermədilər.
Mənə, bütün bacarığını və qüvvəsini partiya və
istehsalat tapşırıqlarının yerinə yetirilməsinə sərf edən
partiya üzvünə bütün bunlar dərindən təsir edir.
Yoldaş Bağırov! Düşdüyüm vəziyyətlə əlaqədar
iki dəfə Mərkəzi Komitəyə müraciət etmişəm,
Malyutin və Allahverdiyev yoldaşların qəbulunda olmuşam. Ancaq
tutarlı cavab almamışam. Dövlət Təhlükəsizliyi naziri Yemelyanov
yoldaşın da qəbuluna getmişəm. O mənə bildirmişdir ki, Ləmbəranski
yoldaşa müraciət edim. Bu get-gəl də nəticəsiz oldu. Bəlkə
də mənim təcrid olunmağımın səbəbi budur ki, kiçik
qardaşım Axundov Məmməd Cəfər oğlu müharibə vaxtı
faşistlərə əsir düşmüş və əsirlikdən sonra 10 il
müddətinə azadlıqdan məhrum edilmişdir? Mənim bu hadisəyə
heç bir aidiyyatım yoxdur. Hələ 1924-cü ildə, 16 yaşında
Axundovlar ailəsindən, o cümlədən altı yaşlı Məmməddən
ayrılaraq Nuxadan Bakıya gəlmişəm. Bakıda fabrik-zavod məktəbini
qurtarmışam. Ailə qurmuş və Axundovlar ailəsi ilə heç bir əlaqəsi
olmayan şəxsi həyat sürürəm.
Yoldaş Bağırov! Həyatım üçün mühüm əhəmiyyət kəsb
edən bir məsələ ilə şəxsən məşğul
olmağınızı xahiş edirəm. Hal-hazırda məzuniyyətdəyəm,
Moskvadayam. İmkan daxilində, əgər mümkünsə, Azərbaycan
SSR Nümayəndəliyi vasitəsilə məni özünüz qəbul
edin.
İmza: Axundova
R.C."
Bakıdan Moskvaya, Mir Cəfər Bağırova ərizə göndərmiş
Ruxsara Sadıqova da (ünvanı: Bakı, Nizami küçəsi, ev 23, mənzil 16)
"Azərneft zavodlar" birliyində çalışdığını yazır, sürtgü
yağları zavodunun laboratoriyasında kimyaçı vəzifəsində işləyir:
"Yoldaş Bağırov! Üç il bundan qabaq siyasi səhvlərə yol
verdiyimə görə partiya sıralarından kənar edilmişəm. Layiqli
cəza məni ruhdan salmamış, düzgün nəticə çıxarmış, kütlələrlə
daha sıx əlaqə saxlamışam. Elə bilirəm ki, mən
partiyamıza gərəksiz bir ünsür deyiləm. Bunu zavodun kollektivi
də təsdiq edə bilər. Çünki partiyadan xaricdə mənim
həyatım tam dəyərli deyildir.
Sizdən xahiş edirəm ki, məni partiya sıralarına
qaytarmaqda köməklik göstərəsiniz.
İmza: Sadıqova.
Bakı şəhəri, Böyük Qala küçəsi, ev 45 ünvanda yaşayan
Ağamusa Məlikov məktubunda yazır: "Yoldaş Bağırov! Mən
özümü Sovet hakimiyyətinin canlı bir hissəciyi hesab edirəm. Bu
hakimiyyət mənə hüquqşünas təhsili vermişdir. İyirmi səkkiz
il ərzində sərhəd xidməti orqanlarında, məhkəmə
və prokurorluqda, vəkillər kollegiyasında və hüquq məsləhətxanasında
çalışmışam.
Mən elə düşünürəm ki, hər bir insan başqalarının
hərəkətlərinə görə deyil, yalnız və yalnız
öz əməllərinə görə siyasi və ictimai etibarını
itirə bilər, dahi rəhbərimiz Stalin yoldaşın dediyi kimi,
"atasına görə oğul cavabdeh deyildir!"
Yoldaş Bağırov! Ömrüm boyu mən heç bir qanuna zidd hərəkətə
yol verməmişəm. Ancaq Azərbaycan SSR Ədliyyə naziri
imzaladığı bir qərarla məni hətta vəkil işləməkdən
də məhrum etmişdir. Səbəbi bu olmuşdur ki, mənimlə
nikah bağlamış və sonra boşanmış qadın 1937-ci ildə repressiya
olunmuşdur. Ədliyyə nazirliyi real faktı nəzərə
almamışdır ki, həmin qadından sonra mən ikinci dəfə ailə
qurmuşam.
Bu məsələ ilə əlaqədar SSRİ Ədliyyə
Nazirliyinə müraciət etmişəm, şəxsən nazir müavini
Kudryavtsev yoldaşın qəbulunda olmuşam. Lakin indiyədək işə
bərpa edilməmişəm. Axı niyə mən keçmiş arvadımın cinayətlərinə
görə cəzalandırılmalıyam?
Yoldaş Bağırov! Sizə müraciət etməklə xahiş edirəm
ki, mənə bəraət verilməsində köməklik göstərəsiniz.
İmza: Məlikov."
Moskvaya, Mir Cəfər Bağırova azərbaycanlılarla yanaşı,
digər millətlərdən olan vətəndaşlar da, hətta
Ermənistan SSR-dən də müraciət edənlər olub.
Bakıdakı A.Andreyev adına neftayırma zavodunun kitabxana müdiri Taisa
Georgiyevna Naqornayanın məktubunda oxuyuruq: "Yoldaş Bağırov! Əvvəla,
narahatlığa görə üzr istəyirəm. Sizə Bakıda olarkən
müraciət etmək istəyirdim, ancaq gecikmişəm, Siz artıq
Moskvada XIX qurultayda idiniz. Mən Bakı şəhərində
yaşayıram və A.Andreyev adına neftayırma zavodu həmkarlar komitəsi
nəzdindəki kitabxananın müdiri vəzifəsində çalışıram. Zavodun
yerli komitəsinin sədri partiya üzvü V.A.Siponin yoldaşdır.
Əziz Bağırov! Mən Sizə doğma ata kimi müraciət
edirəm, Sizdən heç nəyi gizlətmirəm və Sizdən
olduqca xahiş edirəm ki, hazırda düşdüyüm mürəkkəb vəziyyətdən
çıxmaqda köməklik göstərəsiniz. Bir ay bundan əvvəl
neftçilərin Həmkarlar İttifaqı Respublika Komitəsi məni
Qorki şəhərinə üçaylıq təkmilləşdirmə kursuna
göndərmişdir. Sentyabr ayının 23-də məşğələlərə
başlamışam və elə bu vaxtdan da mənəvi əzab içindəyəm.
Məsələnin mahiyyəti belədir: mən zavodda kitabxana
müdiri olmaqla bərabər, zavodda işləyənləri teatrlara
biletlə təmin olunmaqda, ekskursiyalara getməkdə və
digər mədəni-kütləvi tədbirlərə cəlb
olunmaqda da təşkilati iş aparırdım. Qorki şəhərinə təhsilə
yollanmaq ərəfəsində mən bütün teatrlarla haqq-hesab
etmiş, xətircəmliklə Qorkiyə təhsil almağa gəlmişəm.
20 gün keçmişdi ki, anamdan aldığım məktub məni dəhşətə
gətirdi: yerli komitənin sədri Siponin yoldaş məvacibi ailəmə
verməkdən imtina etmişdir! Nə üçün? Axı mənim 12 yaşlı
oğlum, heç yerdə işləməyən anam necə dolansın? Üstəlik
anam hər ay maaşımın bir hissəsini buraya, Qorki şəhərinə
göndərməli idi. 200 manat təqaüdlə dolanmaq çətindir.
Yoldaş Bağırov! Yerli komitənin sədri Siponin yoldaş
qeyri-qanuni olaraq mənim əmək haqqımı kəsibdir. Guya mən
1,522 manat məbləğində bilet pulunu mənimsəmişəm.
Siponin yoldaş təkmilləşdirmə kursları direktoru Dudin yoldaşa rəsmi
məktub göndərib ki, məni təhsildən kənar edərək
geri göndərsin, məktubunda məni "fırıldaqçı"
adlandırmış və məhkəməyə verəcəyi ilə hədələmişdir.
Vətənə, Stalin yoldaşa and içirəm ki, mənim
ayağımda bir qəpik də yoxdur. Qoy Siponin yoldaş məni 1952-ci il
noyabrın 20-də kurslarda təhsilimi başa vurduqdan sonra məhkəməyə
çəksin. Azərbaycana daha savadlı kitabxanaçı kimi nayıtmaq istəyirəm.
Sizdən nə gizlədim, on gündür ki, yavan çörəklə
dolanıram, bu hal təhsilimə və sağlamlığıma pis təsir edir.
Bu da mənə bir dərddir ki, Bakıda anam və oğlum parasızdır,
qonşulardan borc almaqla keçinirlər.
Sizdən xahiş edirəm ki, mənim şəxsi məvacibimin
anama verilməsinə köməklik göstərəsiniz..."
(ardı var )
Teyyub QURBAN
Ekspress.- 2009.-
11-13 iyul.- S. 15.