Ruslar Qarabağda təşəbbüsün əldən veriləcəyindən narahatdırlar

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların fəallaşması Rusiyada bəzi dairələrin narahatlığına səbəb olub

 

Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan Ermənistan prezidentləri arasında Moskvada keçiriləcək növbəti görüş ərəfəsində Rusiyada müəyyən bir narahatlıq özünü göstərməkdədir. Buna da səbəb Rusiyanın bu günə kimi münaqişənin həllinə yönələn ciddi addımlar atmaması bunun da nəticəsində problemin aradan qaldırılmasında Qərbin təşəbbüsü ələ ala biləcəyi təhlükəsidir. Vəziyyətin get-gedə Rusiyanın xeyrinə olmayan istiqamətdə inkişaf etməsi isə adıçəkilən ölkənin tanınmış politoloqlarını da narahat etməyə başlayıb. Məsələn, Rusiya Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk APA-ya verdiyi açıqlamada bildirib ki, münaqişənin həllinin uzadılması Rusiyanın bu problemin aradan qaldırılması üçün konkret addımlar atmaması Qərbin bununla bağlı təşəbbüsü ələ alması üçün yeni imkanlar əmələ gətirib. Onun fikrincə, Rusiya rəsmi bəyanatlarla kifayətlənərək münaqişənin həllinin daha 20 il uzadılmasına yol verə bilməz.

Qriqori Trofimçuk Rusiyanın təşəbbüsü ilə Azərbaycan Ermənistan prezidentləri arasında Moskvada keçiriləcək növbəti görüşə münasibət bildirib. O, belə görüşlərin  problemin aradan qaldırılmasına yardım etmədiyini, əksinə vəziyyəti daha da pisləşdirdiyini söyləyib: “Çünki bu, heç bir sənədin müzakirə olunmadığı real nəticələrin olmayacağı növbəti görüşdən başqa bir şey deyil. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini diqqətlə izləyən Qərb, yaxud digər strukturlar bu vəziyyətdən istifadə edə bilərlər. Hər şey vəziyyətin bu istiqamətə doğru sürükləndiyini göstərir”.

Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti belə hesab edir ki, Rusiya əslində  5 il bundan əvvəl ya azı ötən ilin yayında iki ölkə prezidentləri arasında keçirilən görüşdən sonra münaqişənin həllində azacıq da olsa irəliləyişlərə nail olmalı idi. Trofimçuk iki ölkə prezidentlərini bir araya gətirərək onların bəyanatlar verməsinə nail olan Rusiyanın bundan heç qazanmadığını bildirib. O deyib ki, danışıqlarda irəliləyiş olmasa heç kim bu prosesdə Rusiyanın səmimiliyinə inanmayacaq: “Qoy heç olmasa əhəmiyyətli olmasa da, azacıq real konkret irəliləyişlər olsun. Bu irəliləyişlər mütləq regionun siyasi xəritəsində öz əksini tapacaq. Əks təqdirdə Rusiyanın nizamlanma prosesində iştirakı formal xarakter daşıyacaq”.

Ekspertin fikrincə, Rusiya problemin həllini hansısa formada öz üzərinə götürməli bunun üçün müvafiq addımlar atmalıdır. O xəbərdarlıq edib ki, əks təqdirdə digər ölkələr, o cümlədən Türkiyə, Amerika Avropa İttifaqı bu işdə təşəbbüsü ələ alaraq Rusiyanı bu prosesdən kənarda qoyacaqlar. Trofimçuk xatırladıb ki,  böyükyeddiliy”in böyüksəkkizliy”ə çevrilməsi Rusiya üçün heç nəyi dəyişdirmədi. O bildirib ki, oxşar hadisə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə özünü göstərə bilər. Politoloq belə olacağı halda problemin aradan qaldırılması ilə bağlı qərarların başqa yerlərdə qəbul olunacağı barədə ölkənin ali dairələrinə xəbərdarlıq edib. Onun fikrincə, bu baş verməsin deyə Rusiya hökmən münaqişənin həllində irəliləyişlərə nail olmalıdır.

Postsovet Məkanının Tədqiqi Mərkəzinin baş direktoru Aleksandr Karavayev isə deyib ki, prezidentlərin Moskva görüşünün ən pozitiv nəticəsi ermənilərin işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa razılıq verməsi ola bilərdi.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını çətinləşdirən məqam burada çoxlu sayda subyektiv faktorların mövcud olmasıdır: “Hər halda erməni tərəfinin konstruktiv danışıqlar nəticələrə hazır olmadığını müşahidə edirik”.

 

 

Əziz Mustafa

 

Zaman.- 2009.- 16-17 iyul.- S. 1; 3.