Moskva Bakıda ümid yaradıb...

 

Məmmədyarov: "Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqda maraqlıdır"

 

"Azərbaycan, Ermənistan Rusiya prezidentlərinin Moskvada keçirilən görüşündən sonra bəzi ümidlər yaranıb. Prosesdə artıq irəliləyiş var". Bu sözləri dünən jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Sankt-Peterburq görüşünə , Moskva görüşünə ümid bəsləyib: "Biz inanırıq hiss edirik ki, Rusiya prezidenti cənab Dmitri Medvedyev artıq öz təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqda maraqlıdır. Moskva görüşündə detalları müzakirə edərkən hiss olurdu ki, o, hansısa irəliləyişə nail olmaq istəyir".

Xatırladaq ki, ötən şənbə günü Rusiya, Azərbaycan Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyevə Serj Sərkisyan Moskvada bir araya gəliblər. İyulun 18- səhər Rusiya prezidentinin mükafatı uğrunda cıdır yarışına tamaşa etdikdən sonra üç ölkə başçısı Moskva restoranlarının birində görüşüblər. Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun açıqlamasına görə, görüş konstruktiv əhval-ruhiyyədə keçirilib: "Rusiya, Azərbaycan Ermənistan prezidentlərinin görüşündə Dmitri Medvedyev Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq bundan sonra da münaqişənin həlli üçün qarşılıqlı məqbul variantların tapılması üçün səylər göstərməyə hazır olduğunu bildirib.

Bizim qiymətləndirməmizə görə konstruktiv keçirilən görüşdə bir sıra açıq qalan məsələlərin müzakirəsi aparılıb". Prixodko əlavə edib ki, Azərbaycan Ermənistan liderləri Medvedevə tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün göstərdiyi səylərə görə minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, üç prezidentin görüşündən bir gün əvvəl - iyunun 17- Moskvanın "President Hotel" mehmanxanasında Azərbaycan Ermənistan prezidentlərinin üç saatdan artıq çəkən görüşü olmuşdu. Həmin danışıqlardan sonra FNZN-in Minsk qrupunun həmsədrləri "nala-mıxa döyərək" ziddiyyətli açıqlamalar vermişdilər. Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov "Sankt-Peterburqda əldə olunan irəliləyişlərin Moskvada müşahidə edilmədiyini" bildirmişdi. Amerikalı həmsədr Metyu Brayza "heç bir yeni qərarın qəbul olunmamasından bir qədər məyus olmuş, fransız həmsədr Bernar Fasye isə demişdi ki, prezidentlərin Moskva görüşündə " irəli, geriyə addım atıldı" demişdi.

Belə görünür ki, cümə danışıqları - Moskva görüşünün birinci raundu nikbinliklə başa çatmasa da, ertəsi gün Rusiya prezidentinin fəallığı sayəsində nizamlama prosesində irəliləyiş əldə etmək ümidləri yaranıb. Hər halda, Azərbaycanın xarici işlər nazirinin yuxarıda dediklərindən belə bir qənaət çıxarmaq mümkündür.

Minsk qrupuna həmsədr ölkələrin prezidentlərinin G8 sammiti çərçivəsində "Madrid prinsipləri"nin yenilənmiş variantı ilə bağlı bəyanatını şərh edən Məmmədyarov bildirib ki, belə bir sənədin qəbulu özü-özlüyündə müsbət haldır:"Bu, status-kvonun beynəlxalq ictimaiyyəti, xüsusən Minsk qrupuna həmsədr ölkələri qane etmədiyinin onların irəliləyiş əldə edilməsində maraqlı olduğunun göstəricisidir".

"Madrid prinsipləri"nin mahiyyətinə gəlincə, Məmmədyarov qeyd edib ki, həmsədrlərin səfərindən Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bəzi ümidlər açılıb:" Moskva görüşündə "Madrid prinsipləri"nin bəzi detalları müzakirə olunub".

Onun sözlərinə görə, Madrid sənədindəki məqamların bəziləri, xüsusən erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması üzərində artıq gedir. Nazir hətta qoşunların çıxarılması qrafikinə baxıldığını bildirib.

Sonra məcburi köçkünlər qaytarılmalı ərazilər bərpa edilməlidir. Bu məqsədlə AB rəhbərliyi altında beynəlxalq donor konfransının çağırılması məsələsinə baxılır, belə ki, müharibə nəticəsində zərər görmüş ərazilərin bərpası çox böyük vəsait tələb edir:"Orda hər şey dağıdılıb. Gərək orda hər şeyi bərpa edəsən".

Nizamlanma prosesinin mühüm hissəsi yolların, həm təkcə Azərbaycan Ermənistan arasında deyil, həm regional əhəmiyyətli digər yolların açılması olacaq. "Ondan sonra Dağlıq Qarabağın azərbaycanlı erməni icmaları arasında kontaktları intensivləşdirmək lazımdır. Sonda isə status müəyyənləşdiriləcək. Biz istəyirik ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilsin".

"Ekspress"in artıq xəbər verdiyinə görə, avqust ayında Brayzanın, sentyabrda Fasyenin regiona səfəri gözlənilir. Sentyabrın sonunda isə həmsədrlərin regiona birgə səfəri olacaq. Payızda isə Ermənistan Azərbaycan prezidentlərinin növbəti görüşü təşkil edilməlidir.

Prezitdentlərin növbəti görüşünün dəqiq vaxtının müəyyən olmadığını bildirən Məmmədyarov qeyd edib ki, həmsədrlər avqustda münaqişənin həllinə dair prinsiplər üzərində işlərini davam etdirəcəklər: "Ola bilsin ki, sentyabrın əvvəlində ayrılıqda, sonunda isə birlikdə regiona səfər etsinlər". Oktyabrda Azərbaycan Ermənistan prezidentlərinin yeni görüşü istisna edilmir.

Rusiyanın münaqişənin həllində fəallaşmasına dair xarici işlər naziri Elmar Məmmədyarovnu açıqlamasına münasibət bildirən millət vəkili Fazil Mustafa bunu şimal qonşumuzun aldadıcı manevri kimi qiymətləndirir: "Hesab edirəm ki, tərəflərə guya bərabər münasibət bəsləmək görüntüsü yaradır. Rusiyanın təkbaşına münaqişənin həllində iştirakı Azərbaycana faydalı heç vəd etmir".

Politoloq İlqar Məmmədov bütün ölkələrin regionda maraqlarınin bəlli olduğunu Moskvanın bu addımının yalnız onun maraqlarına xidmət etdiyini deyir: "Rusiyanın maraqları yeni deyil. Şərqdən qərbə enerji daşıyıcılarının axınını, qərbdən şərqə, Mərkəzi Asiyaya isə NATO-nun nüfuz axınının qarşısını almaqdır". Rusiya məhz bu maraqları görə, regionun bütün oyunçularına münasibətdə fəallıq göstərir.

 

 

B.Nərimanoğlu

 

Ekspress.- 2009.- 21 iyul.- S. 3.