ARDNF-nin aktivləri $12 milyardı keçib

 

Şahmar Mövsümov: Dövlət Neft Fondu xarici ölkələrdə ucuzlaşmış səhmlər almağı planlaşdırır

 

Cari il iyulun 1-i vəziyyətinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə nisbətən 6,35% artaraq 9 557,7 mln. manata (11 886,4 mln. dollar) bərabər olub. İyulun 24-ü vəziyyətinə isə ARDNF-in aktivləri 12 187 mln. dollar olub.

Barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov cari ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

2009-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 156,3 mln. manat, büdcə xərcləri isə 2 685,7 mln. manat təşkil edib. Hesabat dövründə Fondun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 989,3 mln. manat, o cümlədən mənfəət neftinin qazın satışından 2 907,6 mln. manat, tranzit gəlirləri 5 mln. manat, Bakı-Tiflis-Ceyhan kəməri layihəsi üzrə dividendlərdən 75,5 mln. manat, akrhesabı ödənişləri 1,1 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 mln. manat təşkil edib. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəliri 167 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 100,5 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2009-cu il büdcəsinin icrası çərçivəsində 2 530 mln. manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın məcburi köçkün ailələrinin məskunlaşdırılması sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 61,9 mln. manat 68,5 mln. manat vəsait ayrılıb. "Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 1,1 mln. manat (ARDNF bu günədək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 27,1 mln. manat vəsait ayrılıb), "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 1,3 mln. manat vəsait yönəldilib. Altı ay ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 2,7 mln. manat təşkil edib.

Dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində yanvar-iyun aylarında Fondun mənfəət neftindən daxilolmalar proqnozu 42% icra olunub. ARDNF rəhbəri bildirib ki, Fondun büdcəsi tərtib olunarkən neftin 1 barelinin qiyməti 70 dollardan götürüldüyü halda, ilin əvvəlində qiymət 48 dollar təşkil edib.

İlin əvvəlində vəsait daxilolmaları azalsa da, mart ayından artmağa başlayıb. "İlin sonuna ARDNF-dən dövlət büdcəsinə 4 915 mln. manat vəsaitin transferet olunması nəzərdə tutulur. Biz bu vəsaitlərin transferetini Maliyyə Nazirliyi ilə razılaşdırılmış qrafik üzrə həyata keçirəcəyik", - Ş.Mövsümov deyib.

Hesabat dövründə ARDNF vəsaitlərinin 53,77%-i ABŞ dolları, 40,71%-i avro, 5,52%-i ingilis funt-sterlinqi, 1,16%-i isə Azərbaycan manatı ilə saxlanılıb.

ARDNF-in portfelindəki istiqrazların 84,27%-i AAA, 8,51%-i A, 6,96%-i AA, 0,18%-i BBB, qalan hissəsi isə digər reytinqli istiqrazlar təşkil edib.

ARDNF gələcəkdə xarici ölkələrdə ucuzlaşmış səhmlər almağı planlaşdırır. "Səhmlərin alınması ARDNF-in gələcək planlarında var. Bu, bazar sabitləşəndən sonra mümkündür", - deyə Ş. Mövsümov vurğulayıb. ARDNF bu məqsədlər üçün ixtisaslaşmış xarici menecerlərin xidmətindən istifadə etmək niyyətindədir. ARDNF-in investisiya portfelinin 43,29%-ni agentliklər beynəlxalq təşkilatların istiqrazları, 35,73%-ni suveren borc kağızları, 14,02%-ni maliyyə istiqrazları, 3,88%-ni depozitlər pul bazarı alətləri, 2,27%-ni korporativ istiqrazlar, 0,45%-ni qısamüddətli kommersiya kağızları, 0,03%-ni isə səhmlər tutur.

Fondun icraçı direktoru fondun vəsaitlərinin ölkəyə gətirilməsinin yaxın zamanlarda gözlənilmədiyin bildirib: "Fondun vəsaitlərinin ölkəyə gətirilməsi üçün hər hansı addımın atılması gözlənilmir. Rəsmi olaraq bununla bağlı qərar qəbul olunmayıb. Ancaq müzakirələr daima gedir".

Yeri gəlmişkən, Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətini (ABMƏŞ) Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə (EİTİ) cəlb etməyi planlaşdırır.

Ş.Mövsümovun sözlərinə görə, artıq şirkət yaxın vaxtlarda ilk istehsalata başlayacaq: "Gözləyirik ki, ilk istehsal olsun, hökumət gəlirlərini götürsün. O zaman Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə cəlb ediləcək".

ABMƏŞ "Gədəbəy" yatağından hasil etdiyi ilk 1000 unsiya qızılı sentyabr ayında saflaşdırıb satışa çıxarmağı planlaşdırır ( "APA-Economics") .

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı isə 49% təşkil edir.

ARDNF-in icraçı direktor onu da bildirib ki, Fondun təşkilatçılığı ilə oktyabr ayında Bakıda iki beynəlxalq tədbir keçiriləcək. Suveren Fondların I Beynəlxalq Forumu adlı tədbirə dünyanın 20 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətləri qatılacaq. Bundan başqa, Bakıda Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) üzrə Beynəlxalq İdarə Heyətinin iclası keçiriləcək. Tədbirdə EİTİ- qoşulmuş hökumətlərin nümayəndələri iştirak edəcəklər.

 

 

Bəkir NƏRİMANOĞLU

 

Ekspress.- 2009.- 25-27 iyul.- S. 9.