Azərbaycanda internet: problemlər, nailiyyətlər, perspektivlər

 

Azərbaycanda İnternet xidmətləri hələ qonşu ölkələrdə olan qiymətlərdən 10-100 dəfə bahadır. Məsələn, 1 Mbit/s sürətlə İnternetə qoşulma imkanının qiyməti qonşu ölkələrdə 15-35 manat olduğu halda, Azərbaycanda 130-150 manatdır - 10 dəfə baha.

Ukrayna, İngiltərə, İsveçdə isə artıq bu sürətlə xidmət göstərilmir. Sadalanan ölkələrdə internetə qoşulmanın minimal həddi 5-6 Mbit/s-dir onun qiyməti 25-30 manatdır, qonşu ölkələrdə 20-45 manatdır, Azərbaycanda isə 2800 manat təşkil edir. Yəni, 100 dəfə baha.

Bu gün gündəmdə olan məsələlərdən biri Azərbaycanın internet bazarında baş verənlərlə bağlıdır. Bir qədər əvvəl Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin səyi ilə ölkədə internet xidmətlərinin ucuzlaşması prosesi start götürdü.

İnternet xidməti göstərən dövlət şirkətlərinin ardınca, özəl prorvayderlər qiymətləri aşağı salmağa başladılar. Hələ ilin əvvəlində bir neçə şirkət qiymətlərin müxtəlif formada azaldıldığını elan etdilər. Amma mütəxəsislər ucuzlaşmanın hələ başa çatmadığını bildirirlər.

Özəl internet şirkətləri bu ya digər formada qiymətlərinə dəyişikliklər etdilər. Ucuzlaşma ölkədəki 30-a yaxın provayderin əksəriyyətini əhatə etdi. Amma bütün bunlara ucuzlaşma demək olarsa...

Provayderlər qiyməti aşağı salmaqla paralel sürəti xeyli azaldıblar ki, bunu da ucuzlaşdırma adlandırmaq olmaz. Müqavilədə göstərilən sürət faktiki veriləndən azı 2 dəfə az olur.

RİTN-dən verilən məlumata görə, hazırda Azərbaycanda internet tariflərinin kəskin ucuzlaşdırılması ilə bağlı aparılır. Bir qədər əvvəl bu barədə məlumat verən Rabitə İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, internet tariflərinin qiyməti sonuncu dəfə bu ilin əvvəlində ucuzlaşdırılıb, yenidən ucuzlaşmaya nail olmaq üçün danışıqlar aparılır.

İ.Məmmədov təmsil etdiyi nazirlikdə bununla bağlı internet provayderləri ilə görüş keçirildiyini deyib: "Lakin qiymətin ucuzluğu keyfiyyətə təsir etməməlidir. Hazırda internet tarifləri 1 Mbt üçün 40-150 manat arasındadır". O, ölkədə 30 provayderin fəaliyyət göstərdiyini, onların çoxusuna bu fəaliyyət üçün lisenziya verilmədiyini söyləyib.

Yeri gəlmişkən, həmin internet provayderlərinin ikisi dövlətə məxsusdur: "Bakinternet" "Aztelekomnet". Ekspertlər bunu anormal hal hesab edirlər. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzun fikrincə, internet xidmətləri sahəsində dövlət provayderlərinin fəaliyyət göstərməsi rəqabət mühitini pozur ölkədə internet sektorunun inkişafına ziyan vurur.

Qalan 28 provayder müstəqildir müstəqil fəaliyyət göstərir arasında rəqabət davam edir. "Azeurotel", "İntrans", "Azerin", "Adanet", "Azeronlayn" digərləri ən tanınmışlarıdır. AzərSat, ExtraNet, Azintex ,INTRANS s. kimi provayderlərin lazımı qədər istifadəçisi var. Onların təklif etdiyi qiymətlər təxminən eynidir.

Ötən il Tarif Şurası İnternet tariflərini 50% endirəndə provayderlərin buna uyğun addım atacağına böyük ümid yaranmışdı. Amma onlar çox az endirim etdilər. Yenə Azərbaycanda telefon danışığı İnternet tarifləri yüksək olaraq qalır.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz başçılıq etdiyi qurumun apardığı monitorinqin nəticələrinə əsasən bildirir ki, bu il fevralın 1-dən Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə İnternet tariflərinin endirilməsinin bir sıra müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri olub.

Müsbət dəyişikliklər sırasında geridə qalmış Dial-Up xidməti istifadəçilərinin (İnternet istifadəçilərinin 95%-i) bir hissəsinin artıq genişzolaqlı internetə keçidi bunun nəticəsində bir sıra provayderin artıq çoxdan istifadə etdiyi texniki bazanın modernləşdirilməsinə səy göstərməsi olub. Lakin tariflərin endirilməsinə baxmayaraq, İnternetə qoşulmanın real sürəti heç göstərilən sürətə uyğun gəlmir.

Araşdırmalar nəticəsində məlum olub ki, real sürət Bakı şəhəri üzrə 50-70%, paytaxta yaxın rayonlar Sumqayıt üzrə hətta 90%-dək aşağıdır. Bu da provayderlərin daha çox qazanc əldə etmək məqsədi ilə məsələn, 1 Mbit/s kanalının istifadəçiləri arasında tələb olunan bölgüdən 2 dəfə artıq istismarından irəli gəlir.

Azərbaycanda fəaliyyət göstərən İnternet provayderlərin 85 faizi backbone-provayder olan "AzerSat" şirkətinin müştəriləridir. Provayderlər bu şirkətdən beynəlxalq internet kanallarını icarəyə götürürlər. Dünya ölkələri ilə müqayisə etsək bizdə internetin qiyməti olduqca bahadır.

Nəzərə alsaq ki, bir neçə ay öncə vəziyyət başqa cür idi, o zaman internetdən hamının rahat istifadə etməsi bir az çətin idi. Çünki qiymətlər olduqca baha idi hələ bahadır. Baxmayaraq ki, müvafiq qurum internetin qiymətinin iki dəfə ucuzlaşmasını bəyan etdi, amma fərq elə hiss olunmadı.

Üstəlik, internetin sürəti yoxa çıxdı. Əvvəl Dial-Up sistemi ilə, yəni ev telefonunun xətti ilə qoşulma zamanı internetin maksimum sürəti 40-50 idisə, indi bu 20-30-ə düşüb. Qeyd edək ki, bu xidmət zamanı 56 kb internet sürəti ödənilməlidir.

Bundan başqa, bəzi hallarda provayderlərin təqdim etdiyi sürət ATS-lərin xətt imkanlarının məhdudluğundan, yəni simlərin standarta uyğun olaraq 0.7 qalınlığında deyil, 0.3 qalınlığında olmasından irəli gəlir. Beləliklə, istər provayderlərin, istərsə ATS-lərin infrastrukturu böyük həcmdə yüksək sürətli İnternet xidmətlərinin göstərilməsi üçün texniki tələblərə cavab vermir.

64-128 Kbit/s sürətlə göstərilən xidmətlər, hansı ki fərdi istifadəçilərin kiçik şirkətlərin tələblərinə uyğun gəlir, aradan qaldırılıb. O.Gündüzün sözlərinə görə, bunun əsl səbəbi bu xidmətlərin artıq internet provayderləri üçün rentabelli olmaması ilə bağlıdır. Provayderlərə böyük həcmli trafikin satılması daha sərfəlidir, nəinki mövcud olan aşağı sürətin qiymətini endirmək.

Fakt odur ki, tariflərin endirilməsinə baxmayaraq, Azərbaycanda internet xidmətləri hələ qonşu ölkələrdə olan qiymətlərdən 8-10 dəfə bahadır. Məsələn, 1 Mbit/s sürətlə İnternetə qoşulma imkanının qiyməti qonşu ölkələrdə (Rusiya, Gürcüstan, Türkiyə) 15-35 manat olduğu halda, Azərbaycanda bu, 130-150 manatdır, Ukrayna, İngiltərə, İsveçdə isə artıq bu sürətlə xidmət göstərilmir. Sadalanan ölkələrdə İnternetə qoşulmanın minimal həddi 5-6 Mbit/s-dir onun qiyməti 25-30 manatdır, qonşu ölkələrdə 20-45 manatdır, Azərbaycanda isə 2800 manat təşkil edir.

Bizdə qoşulma ilə bağlı daha ciddi problemlər var. Osman Gündüzün sözlərinə görə, infrastrukturda dövlətin payı, xüsusi çəkisi hələ yüksəkdir. "Dövlət provayderləri İnternet sahəsində fəaliyyət göstərirlər ki, bu da analoqu olmayan bir şeydir. Azərbaycanda bu sektorda hələ sərbəst, azad rəqabət şəraiti formalaşmayıb, lisenziylaşmada qüsurlar var. Bundan başqa, bizdə "Elektron ticarət", "Elektron imza" ilə bağlı məsələlər real olaraq tətbiq olunmur"-deyə ekspert bildirir.

RİTN-nin məlumatına görə, 2009-cu ildə Bakıdakı bütün ATS-lər elektrtonlaşdırılacaq. Bəlkə bundan sonra ümid etmək olar ki, paytaxtda internetə qoşulma imkanları sürət məsələsində müəyyən irəliləyiş olacaq.

Ümumiyyətlə, internetdəki işin nailiyyətinin 90%-i provayder seçimindən asılıdır. Adətən eyni bir xidmətin qiymətləri müxtəlif provayderlərdə çox az fərqlənir. Ona görə bu işdə tələsmək lazım deyil. Ev ofis kompüterlərin şəbəkəsindən məlumatların tez ötürülməsi üçün kifayət qədər texniki imkanlara malik provayderləri seçmək lazımdır.

Əvvəllər bizim ölkədə hansı provayderi seçmək sualı qoyula bilməzdi. Buna əsas səbəb isə yerli bazarda cəmi 3 ya 4 provayderin fəaliyyət göstərməsi idi. Lakin indi isə bu provayderlərin sayı artıb onların sayı ilə bərabər göstərdikləri xidmətlərin növləri artıb.

Bütün problemlərə baxmayaraq qeyd etməliyik ki, Azərbaycanda ən dinamik inkişaf edən xidmət sahəsi informasiya telekommunikasiya texnologiyaları sektorudur. Son 3 ildə Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları sahəsində orta illik artım 35-40 faizə yaxınlaşıb ki, bu da dünyadakı ümumi tendensiyaları 2-3 dəfə qabaqlayır.

 

 

Lalə Mehralı

 

Ekspress.- 2009.- 28 iyul.- S. 23.