Bakıdan Başkeçidə "Elat" karvanı

 

"Elat mədəniyyəti Borçalı insanına yeni güc, həyata inam yurda bağlılıq hisləri verdi"

 

"Elat" yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik insanların sosial birliyidir. Özündə zəngin mənəvi-etnik mədəni-sosial dəyərləri birləşdirən bu mədəniyyət tipi, Kvemo-Katli adlandırılan qədim Borçalı torpağında yaşayan Azərbaycan türklərinin məişət təsərrüfat həyatının bu gün önəmli tərkib hissəsi olaraq qalmaqdadır.

Ötən həftənin şənbə bazar günləri Bakıdan Gürcüstanın Başkeçid rayonunun (İndiki Dmanisi) Armudlu yaylağına qədər uzanan karvanın məqsədi əsrlərdən bu günümüzə gəlib çatan elat mədəniyyətinə yeni ruh vermək idi. "Borçalı" Cəmiyyətinin təşəbbüsü təşkilatçılığı ilə keçirilən mərasim başlanğıcını Bakıdan - Bibiheybət ziyarətgahının yaxınlığından götürdü. Azərbaycan Gürcüstan bayraqları ilə, müxtəlif dostluq şüarları ilə bəzədilmiş avtomobil karvanı qara zurnanın sədaları altında Borçalıya yön aldı. "Borçalı türklərinin elat mədəniyyəti" adlı tədbirdə iştirak etmək üçün Bakıdan gedənlər arasında xeyli sayda ziyalılar, sənət adamları, jurnalistlər, idmançılar vardı.

Borçalının girəcəyində - Qırmızı körpüdə Borçalı insanı Bakıdan gələnləri özünəxas qonaqpərvərliklə qarşıldı. Yenə qara zurna, yenə telli saz, qonaqların gəlişinə kəsilən qurbanlar... Qeyd edək ki, belə bir iriçaplı tədbirin keçirilməsinə Gürcüstan prezidenti Mixail Saakaşvili rəsmən razılıq vermişdi. Bu baxımdan, Kvemo-Katli bölgəsinin qubernatoru da mərasimin istənilən səviyyədə keçməsinə köməkliyini əsirgəməmişdi.

İyulun 26-da onlarla avtomobilin qatıldığı karvan Başkeçidin Armudlu yaylağına qalxmağa başladı. Havanın yağmurlu olmasına baxmayaraq, Borçalının dörd bir yanından - Marneulidən, Bolnisidən, Qardabanidən, Dmanisidən 5 mindən yuxarı soydaşımız elat mədəniyyəti gününü birgə qeyd etmək üçün yaylağa çıxmışdılar. İnsanların tədbirə bu qədər axın etməsi, əvvəldən nəzərdə tutulan proqramın icrasına da problemlər yaradırdı. Buna görə , bir neçə çıxışdan sonra insanlar yavaş-yavaş rəsmiyyətdən yaylaq ovqatına köklənməyə başladılar. Bir yanda musiqi, bir yanda güləş yarışı, bir yanda atları şahə qaldıran çaparların özündən razı hərəkətləri, o biri yanda ağbirçək nənələrin yun didməsi, yuxa yayması... Elat mədəniyyətinin ən başlıca atributu olan çadırlar isə bu kütləviliyə xüsusi gözəllik verirdi. Ətraf kəndlərdə yaşayan gürcülər öz mətbəxlərini nümayiş etdirmək üçün tədbirə dəvət olunmuşdular.

Mərasimin rəsmi hissəsi dəmirdən düzəldilmiş bir-birinə qaynaq edilmiş Azərbaycan Gürcüstan bayraqlarının yüksək bir nöqtəyə betonla bərkidilməsi ilə başlandı. Dağlar qoynunda qurulmuş böyük səhnənin qarşısında toplaşan insanlara ilk xitab edən tanınmış folklorşünas alim Elxan Məmmədli oldu. O bu mərasimin önəmindən danışaraq böyük bir elin milli adət-ənənələrinə yeni nəfəs verildiyini söylədi. Qeyd etdi ki, minlərlə insanın qatıldığı bu mərasim hər il eyni gündə təkrarlanmalı, ənənəyə çevrilməlidir.

Kvemo-Katli bölgəsinin qubernator müavini Hüseyn Yusifov Gürcüstanda yaşayan soydaşlarımızın belə nəhəng tərkibdə bir araya gəlməsini tarixi hadisə kimi dəyərləndirdi. Bildirdi ki, Gürcüstan hakimiyyəti Azərbaycan türklərinə öz vətəndaşları kimi qayğı göstərməyə, problemləri yoluna qoymağa çalışır: "Qalan problemlər getdikcə yoluna qoyulacaq. Bizim vəzifəmiz dədə-baba torpaqlarımıza bağlılığımızı qayğımızı bir az da artırmaqdır".

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxışına ilk əvvəl bu miqyasda tədbirin keçirilməsində müəyyən tərəddüdlərinin olduğunu etiraf etməklə başladı: "Tərəddüdümüz öz gücümüzlə bağlı deyildi. Amma daxili bir inamımız vardı ki, bütün maneələri keçəcəyik. Əslində, elə bir maneə olmadı".

Z.Məmmədli bildirdi ki, bəzi qüvvələr Borçalıdakı problemləri siyasiləşdirməyə, iki xalq arasında etimadsızlıq toxumu səpməyə çalışırlar: "Bunu edənlər imperiyanın tör-töküntüləri, siyasi dəllalardır. Onlara imkan verilməməlidir".

Cəmiyyət sədri çıxışında abxaz osetin xalqlarına da səsləndi, onları bütöv Gürcüstanda birləşməyə çağırdı.

Azərbaycan folklorunun, ədəbiyyatının araşdırmaçısı, klassik ədəbiyyatımızı, bayatılarımızı gürcü dilinə çevirib nəşr etdirən folklorşünas Vezua Mediaşvilinin çıxışı isə daha maraqla qarşılandı. Birinci ona görə ki, Vezua Azərbaycan dilində danışırdı, ikincisi isə klassiklərimizin şeirlərini, bayatılarımızı söyləyirdi.

Azərbaycan parlamentinin üzvü Nəsib Nəsibli elat mədəniyyəti mərasiminin Borçalı insanına yeni güc, həyata inam yurda bağlılıq hisləri verdiyini söylədi.

Filosof Camal Mustafayevsə elat mədəniyyətini millətin tarixi simvolu kimi xarakterizə edərək yenə gələn nəsillərin bu ənənəni yaşatmalı olduğunu vurğuladı.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da həmyerlilərinin elat bayramını təbrik edərək onların etimadını doğrultmağa çalışdığını qeyd etdi.

"Borçalı" Cəmiyyətinin yaradıcısı uzun illər qurumun rəhbəri olmuş Eyvaz Borçalı isə quruma bundan sonrakı fəaliyyətində öz xeyir-duasını verdi.

Çıxışlararası bir-birini əvəz edən sənət nümunələri - Borçalı aşıqları ilə yanaşı, gürcü rəqs qrupları, həmçinin Bakıdan getmiş rəqs qrupunun gözəl oyunu, Opera Balet Teatrının solisti Mütəllim Rəhimovun muğam ifası mərasimi daha da zənginləşdirirdi.

Axşamüstü geri - "aran"a qayıdarkən yenə yağış başlamışdı. Bu, bizi bir qədər bikef etsə , borçalılar yaman sevinirdi. Əkib-becərdikləri bir az da boy atıb kökləri torpağın dərin qatlarına gedəcəkdi. Borçalı insanı da ağaclar kimi, bitkilər kimi bu müqəddəs yurda daha da möhkəm bağlanacaqdılar. Bu elə hamımızın arzusu deyilmi?!

 

 

Aqil CAMAL

 

Ekspress.- 2009.- 28 iyul.- S. 5.