"Düşünürəm, demək mövcudam"
Venesiya Biennalisində
Azərbaycan pavilyonu açıldı
İtaliyanın
Venesiya şəhərində
53-cü Venesiya Biennalisinin
- yeni ümumdünya müasir incəsənət sərgisinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, açılış mərasimində iştirak edən Azərbaycan nümayəndə heyətinə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev başçılıq edir. İki il əvvəl
olduğu kimi, Azərbaycan pavilyonu yenə də Venesiyanın Giudecca-Zitelle ("CZ95 Centro
Civico") teatrında yerləşir.
Nazirliyin
təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar
incəsənət xadimi Leyla Axundzadə Azərbaycan sərgisini
təqdim edərək pavilyonda toplaşanları rəssamlarımızla tanış
edib. Pavilyonumuzun mövzusu məşhur
fransız filosofu Dekartın bir ifadəsini
təkrar edir: "Düşünürəm, demək mövcudam".
Sərgidə dünya şöhrətli
Azərbaycan rəssamı
Tahir Salahovun, Nailə Sultanın, Teymur Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Fərid Rəsulovun, Tərlan Qorçunun və "Xətt" incəsənət qrupunun
əsərləri nümayiş
etdirilir. Sərgi noyabr ayınadək davam edəcək.
AYXAN
Ekspress.-
2009.- 9 iyun.- S. 23.