Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri

 

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iyunun 16-20-də Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Qonşu ölkədə mədəniyyətimizi təmsil edəcək 90 nəfərlik nümayəndə heyətinə mədəniyyət turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi iyunun 16-da Tbilisi Dövlət Opera Balet Teatrında keçiriləcək.

Nümayəndə heyətinin tərkibinə xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestri, Dövlət Rəqs Ansamblı, Dövlət Pantomim Teatrının kollektivi, "Qaya" ansamblı, "Bakustik-caz" qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları Təyyar Bayramov, Vəfa Orucova, əməkdar artistlər, tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov, aşıq Samirə Əliyeva daxildir.

Gürcüstanlı tamaşaçılar fotoqraf rəssamlarımızın işlərindən ibarət müasir incəsənət sərgisini seyr edə biləcəklər.

Azərbaycan mədəniyyətinin təmsilçiləri Rustavi şəhərində, Bolnisi rayonlarında da seyrçilər qarşısında çıxış edəcəklər.

Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində iyunun 18-də Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Azərbaycanda olan Gürcüstan xadimlərinin muzeyləri, mədəniyyət mərkəzi dövlət teatrı, habelə Gürcüstanda olan Azərbaycan xadimlərinin muzeyləri, mədəniyyət mərkəzi dövlət teatrının fəaliyyəti üzrə alt komissiyasının birinci iclası keçiriləcək.

 

 

Ayxan

 

Ekspress.- 2009.- 12 iyun.- S. 10.