"Ümidim prezidentədir"

 

Ayaz Mütəllibov vətənə qayıdacağına inamını itirməyib

 

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri, sabiq prezident Ayaz Mütəllibov "Səs" İnformasiya Agentliyinə (SİA) müsahibəsində verib (Müsahibəni ixtisarla dərc edirik).

- Sizin haqqınızda Azərbaycan hökuməti axtarış elan edib. Bundan sonra etmək planınız var? Ümumiyyətlə, Azərbaycana dönməyi nəzərdə tutursunuzmu?

- Azərbaycan hakimiyyətinin hansısa cinayət işləri ilə bağlı guya məni axtarması haqda vaxtaşırı meydana çıxan bəzi söz-söhbətlərin heç bir əsası yoxdur. Vətənə qayıtmağımla bağlı tamamilə təbii olan arzum barədə mən həmişə açıq danışmışam, çünki Azərbaycan vətəndaşlığından heç vaxt imtina etməmişəm. Üstəlik həmişə hesab etmişəm indi belə hesab edirəm ki, emiqrasiyada yaşamağa məcbur olmağım məni hələ 1992-ci ildə vətənimi tərk etməyə vadar edənlərin mənə münasibətdə, necə dəyərlər, axtarış edənlərin nüfuzunu qətiyyən artırmır. Yeri gəlmişkən, mən yaşadığım ünvanı heç vaxt gizlətməmişəm. Azərbaycana qayıtmağıma gəlincə, bu məsələ ilə bağlı ümüdlərim Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətimin müsbət həllini tapacağı ilə bağlıdır.

- Son vaxtlar siyasi fəaliyyətinizin dayandırılması ilə bağlı məlumatlar yayılıb...

- Ölkəmizin bədxahları Azərbaycanda əsl sol təmayüllü partiyanın, xüsusən ASDP-nin olmamasını həmişə arzulayıblar. Lakin bu onların həyata keçməyən arzularıdır. Sadəcə olaraq bir müddət əvvəl mən müsahibə verməmək qərarına gəlmişdim. Çünki jurnalistlərin adətən mənə verdikləri suallara dəfələrlə cavab vermişdim. Bu suallar əsasən 1992-ci ilin məlum hadisələri ilə bağlı olurdu vaxt keçdikcə bir ənənə halını almaq üzrə idi. ASDP-nin sonuncu qurultayında mən yenidən partiyanın həmsədri seçildim imkanlarım daxilində partiyanın işlərində iştirak edirəm.

- Sizin siyasi fəaliyyətinizi dayandırdığınızı demək olarmı?

- Yox, bu barədə danışmaq tezdir.

- Azərbaycanın hazırkı xarici daxili siyasətini bir sabiq prezident kimi necə dəyərləndirirsiniz?

- Hakimiyyətin son illərdə həyata keçirdiyi xarici siyasət ölkənin müstəqilliyini möhkəmləndirməyə, beynəlxalq siyasətdə mövcud olan hazırda qalmaqda davam edən sualtı riflərdən yan keçməyə imkan verdi. Qərb Şərq arasında balanslaşmış xarici siyasətin saxlanması prinsipi hələlik müsbət nəticələr verir. Bu tarazlığı bundan sonra da saxlamaq vacibdir, hərçənd elə bir vəziyyət meydana çıxa bilər ki, Azərbaycan "o ya bu" formulasına uyğun seçim qarşısında qalmış olsun. Belə perspektivləri qabaqlamaq istəyən yerli analitiklərin politoloqların bu haqda söhbətləri heç təsadüfi sayılmamalıdır. Daxili siyasətə gəlincə, sözsüz ki, ölkənin sosial-iqtisadi inkişafı müqayisədə götürülərsə, əhalinin həyat səviyyəsinin yüksəlməsi fonunda çatışmazlıqlar problemlər qalmaqdadır. Həddən artıq varlı təbəqə ilə ehtiyac içində olan əhali arasında fərq çox böyük olduğu üçün vətəndaşların sosial vəziyyətini məqbul hesab etmək olmaz. Odur ki, sosial ədalətin real olaraq təmin olunması gələcəkdə hakimiyyətin uğurunun əsas şərti kimi qalmaqda davam edəcək.

Bununla yanaşı, mən bu vəzifəni yalnız hakimiyyətin üzərinə atmaq fikrində deyiləm. Mən başqasının ətəyindən asılıb qalmaq əhvali-ruhiyyəsinə qarşıyam - bu, yaxın keçmişimizə xas olan hal idi. Dövlət qayğısından danışarkən ilk növbədə əmək qabiliyyətli əhalinin öz imkanlarını həyata keçirə bilməsi üçün vacib olan şəraitin hakimiyyət tərəfindən yaradılmasının zəruriliyini nəzərdə tuturam. Millətimizin işgüzar olması ilə bağlı isə heç bir şübhə ola bilməz. Sadəcə olaraq ona məqbul şərait yaratmaq lazımdır. Başqa sözlə, ona süni maneələr yaratmamaq, onu məmurların diqtəsi altından çıxarmaq, müxtəlif təmayüllü yönlü fiskal orqanların, belə deyək, "sevgisindən" azad etmək, hər yerə əli çatan inhisarçılığı kökündən ləğv etmək lazımdır. Xüsusi diqqət əsasən aqrosənaye sahəsində işgüzarlığın inkişafına yönəldilməlidir. Bu, dövlətin prioriteti, onun əsas qayğısı olmalıdır. Pay torpaqlarına malik olan kəndlilərin subsidiyalaşdırılması hesabına ölkədə kənd təsərrüfatının canlandırılması Azərbaycanı keyfiyyətsiz ərzaq məhsullarının idxalından həmin idxalın möhkəm valyuta ilə ödənməsi məcburiyyətindən azad edər, əhalimizin məşğulluğunun təmin olunmasına, əmək miqrasiyasının azalmasına imkan verərdi.

- Müxalifət partiyaları ilə əməkdaşlıq etmək niyyətiniz varmı?

- Partiyamızın bu gün belə bir arzusu yoxdur.

- Bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərdən gözləyirsiniz? Partiyanız bu seçkilərə qatılacaqmı?

- Bələdiyyə seçkilərindən mən qeyri-adi heç gözləmirəm. Güman ki, partiyamız öz imkanları daxilində bu kampaniyada iştirak edəcək.

- Altı müxalifət partiyası Qarabağ Respublika Uğrunda Hərəkat adı altında birləşib. Bu birliyin fəaliyyətindən gözləyirsiniz?

- Onu zaman göstərər.

 

 

Ekspress.-  2009.- 13-16 iyun.- S. 3.