Bakı nəticə istəyir...

 

Elmar Məmmədyarov: "Çox istərdik ki, Qarabağ danışıqlarında ilin sonunadək hansısa bir nəticəyə çataq. Çatmasaq, daha sonra etməyimizi düşünməliyik"

 

Azərbaycan Ermənistanın xarici işlər nazirləri iyunun 26-da Parisdə görüşəcəklər. Görüş həm nazirlər səviyyəsində, həm ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində olacaq.

Bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Bakıda səfərdə olan serbiyalə həmkarı Vuk Yeremiçlə dünən keçirdiyi birgə mətbuat konfransında deyib. Paris görüşü prezidentlərin apardığı Sankt-Peterburq danışıqlarının davamı olacaq. "Prezidentlər danışıqların hansı istiqamətdə davam etdirilməsi barədə tapşırıq veriblər. Müzakirələr həmin tapşırığa uyğun aparılacaq".

Məmmədyarov bildirib ki, rəsmi Bakı ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllində hər hansı razılıq əldə olunmasını sənəd imzalanmasını istəyir:"Azərbaycan çox istərdi ki, bu ilin sonunadək hansısa bir nəticəyə çataq. Hansısa nəticəyə çata bilməsək, deməli, bu, Azərbaycan tərəfindən asılı deyil. Bunun üçün danışıqlar genişləndirilməli davam etdirilməlidir. İlin sonunadək hansısa nəticəyə çatsaq, bu, xoş xəbər olar. Nəticəyə çata bilməsək, bundan sonra etməyimizi düşünməliyik".

İranda baş verən hadisələrə toxunan Məmmədyarov qeyd edib ki, "İran Azərbaycanın qonşusudur. Azərbaycan üçün çox vacibdir çox istəyir ki, İranda daha tezliklə sülh, əminamanlıq sabitlik bərpa olunsun".

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç: "Azərbaycanla münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllində əməkdaşlıq etməkdə maraqlıyıq".

Yeri gəlmişkən, Məmmədyarovun Yeremiçlə görüşündə tərəflər Kosovo Dağlıq Qarabağ problemlərinin həlli yolları, Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq, ölkələr arasında iqtisadi, mədəni əməkdaşlıqlarla bağlı müzakirələr aparıblar. Belqradda Bakıda biznes forumlarının keçirilməsi müzakirə mövzusu olub.

Serbiyanın xarici işlər naziri bəyan edib ki, Azərbaycan Serbiya arasında siyasi münasibətlər möhkəmdir bu digər sahələrdə əməkdaşlıq etmək üçün geniş imkanlar yaradır: "İki dövlət arasında bir sıra sazişlərin imzalanmasına ehtiyac var. Artıq sentyabrda bəzi müqavilələrin imzalanması gözlənilir. Azərbaycan nümayəndələrinin Serbiyaya səfərlərindən sonra bir sıra anlaşmalar da əldə olunacaq. Biz beynəlxalq məsələlərdə - xüsusilə münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll olunmasında da əməkdaşlıq etməkdə maraqlıyıq".

Məmmədyarovsa bəyan edib ki, istər Dağlıq Qarabağ, istər Kosovo problemi beynəlxalq hüquq norma prinsipləri əsasında həll edilməlidir:"Biz beynəlxalq hüquq normaları deyəndə burada ərazi bütövlüyü, suverenlik beynəlxalq müstəvidə tanınmış sərhədlərin toxunulmazlığı prinsipindən çıxış etməyin tərəfdarıyıq. Biz belə qərar gəldik ki, hər iki ölkənin sərhədləri BMT- üzv qəbul edildiyi zaman tanınmış sərhədlər çərçivəsində qəbul edilməlidir".

Yeremiç isə deyib ki, Kosovo ilə bağlı məsələ dünyada bütün ölkələrin ərazi bütövlüyü məsələsində böyük fəsadlar törədə bilər: "Məhz bu səbəbdən Serbiya hökuməti Haaqa Məhkəməsinə müraciət edib. BMT Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın dəstəyi nəticəsində biz bu məsələdə qalib gəlmişik. Hazırda məhkəmə bu məsələni nəzərdən keçirir ki, müstəqillik bəyannaməsinin qəbul edilməsi Nizamnaməyə uyğun şəkildə həyata keçirilib, ya yox? Bizim mövqeyimiz ondan ibarətdir ki, məhkəmə bu qərara gələcək ki, heç bir qurum beynəlxalq müstəvidə tanınmış sərhədlərə malik olan ölkədə müstəqilliyini birtərəfli qaydada elan edə bilməz".

 

 

Bəkir Nərimanoğlu

 

Ekspress.- 2009.- 24 iyun.- S. 3.