Ombudsmanın "qeyri-hökumət" dəstəyi

 

Elmira Süleymanova QHT qanuna dəyişikliklərin parlamentdə müzakirəsinin ertələnməsini istəyir

 

Azay Quliyev dəyişikliklərin əleyhinədir

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İttifaqının Şərqi Avropa Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndələrini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş tanışlıq məqsədi daşıyıb.

Elmira Süleymanova Azərbaycan Ombudsman təsisatı barədə qonaqlara məlumat verib. Azərbaycanda media nümayəndələrinin, o cümlədən məhkum jurnalistlərin hüquqlarının təmin olunması vəziyyəti barədə qonaqların sualını cavablandıran Süleymanova bildirib ki, məhkum jurnalistlərin əfv olunması ilə bağlı əfv komissiyasına müraciət edib, həmin müraciətlər nəzərə alınaraq bir neçə jurnalistin əfv edilib. Müvəkkil qonaqların ölkə parlamentində müzakirəyə çıxarılan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı suallarını da cavablandırıb. Ombudsman adıçəkilən qanuna nəzərdə tutulmuş dəyişikliklərlə əlaqədar yaranmış problemin həllində kömək göstərilməsi ilə bağlı QHT-lər, o cümlədən Milli QHT Forumu üzvləri tərəfindən ona müraciət olunduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycanın ratifikasiya etdiyi Vətəndaş Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, İnsan Hüquq Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri, eyni zamanda dövlətimizin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti nəzərə alaraq, müvəkkil QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq həmin qanun layihəsinin müzakirəsinin dayandırılması ya payız sessiyasına qədər təxirə salınması ilə bağlı Milli Məclisə müraciət edib, qanun layihəsinin müzakirəsi dayandırılıb.

Milli Məclis isə deyilənləri təkzib edir. "Parlamentin müzakirəsində olan "Qeyri-hökumət təşkilatları haqqında" qanuna əlavə dəyişikliklər gündəlikdən çıxarılmayıb", - deyə MM-in mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib qeyd edib ki, bu barədə deyilənlər həqiqətəuyğun deyil. Onun sözlərinə görə, sözügedən layihənin müzakirəsi parlamentin iyunun 30-da keçiriləcək iclasında davam etdiriləcək.

Yeri gəlmişkən, deputat Azay Quliyev "QHT-lər haqqında" qanuna əlavə dəyişikliklərin əleyhinə çıxıb. Onun fikrincə, bu düzəlişlər QHT-lərə zərər verəcək. Qeyd edək ki, parlamentdə düzəlişlər zamanı o, düzəlişlərin qəbulu lehinə çıxış etmişdi. "Turan"ın müxbiri ilə söhbətində A.Quliyev düzəlişlərin əleyhinə olduğunu təsdiqləsə , fikrinin dəyişməsinin səbəbini izah etməyib.

Bu aradasa ölkənin əksər qeyri-hökumət təşkilatlarının daxil olduğu Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) qanunvericiliyə yerli xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran düzəlişlər əleyhinə mübarizəni davam etdirmək baprədə qərar qəbul edib. VCMK-dan verilən məlumata görə, xüsusən, prezident İlham Əliyevlə görüşə nail olmaq onu düzəlişlərin mürtəce xarakterli olduğuna inandırmaq qərarı qəbul edilib. Eyni zamanda, VCMK qanunvericiliyə düzəlişlər edilməsinə yol verməmək məqsədilə yerli beynəlxalq demokratik ictimaiyyətin nümayəndələri ilə görüşləri davam etdirmək Azərbaycan hakimiyyətinə təsir göstərmək niyyətindədir.

Qeyd edək ki, koalisiya üzvləri iyunun 30-da düzəlişlərin müzakirəsi zamanı parlament binasın qarşısında növbəti aksiya keçirməy niyyətindədir. Koalisiya iyunun 19-da QHT-lərin MM-in qarşısında piket keçirməsinə icazə vermədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətini, eləcə icazəsiz mitinqi işıqlandırmadığına QHT koalisiyasına vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti haqqında qanunvericiliyə dəyişikliklər kimi mühüm məsələ üzrə efir ayırmadığına görə İctimai Televiziyanı məhkəməyə verməyi düşünür.

 

 

Qənirə

 

Ekspress.- 2009.- 24 iyun.- S. 5.