Sevda Ələkbərzadə yeni diskini təqdim etdi

 

Dünən "Park İnn" otelində mətbuat konfrası keçirən əməkdar artist Sevda Ələkbərzadə Avropa turnesi Almaniyada işıq üzü görən yeni albomu ilə bağlı açıqlamalar verdi. Onun sözlərinə görə, "Network Medien GmbH" şirkətinin dəstəyi ilə işıq üzü görən "Sevdalı Dünya" (Worlds of love) albomunda 2 muğam -"Bayatı Şiraz "Bayatı Kürd" muğamları fortepianonun müşayiəti ilə təqdim olunur.

Daha sonra SD- "Bana bana gəl", xalq mahnısı "Elə demə", Aşıq Veysəlin məşhur "Gündüz-gecə" türk mahnısı, "Natiq" ritm qrupunun ifasında "Sarı gəlin" "Qobustan" kompozisiyaları da daxil olmaqla, ümumilikdə 11 kompozisiya yer alıb. Müğənni həmçinin Aşıq Veysəlin məşhur "Gündüz-gecə" türk mahnısını ifa edib. Bu mahnını türk müğənnisi Tarkan da ifa edib.

Yeni albomda "Natiq" ritm qrupunun ifasında "Sarı gəlin" "Qobustan" kompozisiyaları yer alıb. "Sevdalı Dünya" "Gül açdı" CD-ləri Avropanın dünyanın bir çox ölkələrində satışa çıxarılıb. CD-nin təqdimetmə mərasimi aprelin 21-də Almaniyanın Frankfurt şəhərində keçirilib. Mərasimdə beynəlxalq mətbuat, radio televiziya nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, yeni albom Azərbaycanın aparıcı musiqiçilərinin canlı müşayiəti ilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasının, Azərbaycan Dövlət Filarmoniyasının səsyazma studiyalarında yazılıb. Albomun işlənib tirajlanması isə Almaniyanın məşhur "Acoustic Entertainment" şirkəti tərəfindən həyata keçirilib.

Sevda Ələkbərzadənin "Sevdalı dünya" adlı yeni albomunun Azərbaycanda təqdimetmə mərasimi iyunun 9-da Bakı Əyləncə Mərkəzində keçiriləcək. Qeyd edək ki, bu layihənin bütün geyimləri Azərbaycanın məşhur modelyeri Fəxriyyə Xələfova tərəfindən işlənib.

Daha sonra konsertlər barəsində danışan müğənni bildirdi ki, konsertlərin proqramı əsasən "Gül açdı" "Sevdalı Dünya" adlı albomlarındakı kompozisiyalarla yanaşı, bir sıra yeni mahnılardan tərtib olunub: "Böyük həssaslıq dəqiqliklə tərtib olunan konsert proqramı muğam xalq mahnılarının caz stili ilə mahir sintezini bir daha sübut edib".

S.Ələkbərzadə qeyd etdi ki, Avropa turnesi zamanı Almaniyanın "Cazz", "Cournal Frankfurt" "Neue Vestfalische" jurnal qəzetlərində sənətinə dair müsbət rəylər çap olunub: "Müsahibələrim alman radio televiziyaları vasitəsi ilə efirə çıxıb. Avropa turnesi başlamazdan əvvəl, təşkilatçılar böyük reklam kampaniyası aparıblar. Belə ki, konsertlər keçirilən bütün şəhərlərdə müğənni afişaları asılıb, mətbuatda etno-caz stilində oxuyan şərqin yeni ulduzunun qastrol səfəri haqqında geniş materiallar öz əksini tapıb".

Qeyd edək ki, S.Ələkbərzadənin Avropa turnesi Almaniyanın "Netvork Medien GmbH" "Elen Music" şirkəti tərəfindən təşkil olunub.

Avropa turnesini başa vuran S.Ələkbərzadə Türkiyəyə dəvət olunub. O, İstanbulda məşhur Behzat Gerçeyin rəhbərlik etdiyi populyar "ENBE" türk orkestri Türkiyədə yaşayan məşhur Azərbaycanlı pianoçu İlyas Mirzəyevin müşayiəti ilə TRT kanalında 1,5 saatlıq proqramda çıxış edib.

Sevda Türkiyənin "6 News" televiziya kanalının baş xəbərlər proqramının da qonağı olub.

Tədbirdə müğənni bir çox yaşlı sənətçilərin onu milli musiqimizi korlamaqda günahlandırılmasına da toxundu: "Xaricdə gənc müğənnilər Bethovenin digər dünya şöhrətli bəstəkarların əsərlərini istədikləri ritmə salıb ifa edirlər. Orada belə şeylərə reaksiya verən yoxdur. Amma bizdə isə buna kəskin reaksiya verirlər. Onsuz da bütün deyilənləri eşidirəm. Amma hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Onlara əhəmiyyət vermək fikrində deyiləm. Çünki öz işimlə məşğulam. Səsləndirilən iradlara baxmayaraq, mən öz işimi görəcəyəm. Çünki ən azından, o mahnılar xaricilər tərəfindən qəbul olunur. Nəticədə xarici tamaşaçılardan "çox sağ ol" eşidirəm, bax, bu mənə bəs edir".

Sonda müğənninin konsertindən ibarət görüntülər media əhlinə təqdim olundu.

 

 

 İltifat

 

Ekspress.- 2009.- 27 may.- S. 10.