Filmfond zənginləşir

 

Fond dünyanın ən nümunəvi arxivləri sırasına daxil olub

 

Dövlət Film Fonduna Gürcüstan Kino Arxivindən "Şirvan şahzadəsinin cinayəti" filmin fotoları daxil olub. Fondun rəhbəri Cəmil Quliyevin APA-ya verdiyi lumata görə, film 1926-ci ildə gürcü rejissor İvan Peristiani tərəfindən Bakıda çəkilib: "Təəssüf ki, film vrümüzə gəlib çatmayıb. Bu filmin baş rollandan birində Azərbaycan kino aktyoru Xeyri Əmirzadə çəkilib. Filmdə Şirvan şahzadəsinin bolşeviklərə qarşı mübarizəsindən bəhs edilir".

Dövlət Film Fonduna daxil olan yeni sənədlər arasında çox nadir, 1920-1930-cu illərdə çəkilmiş Azərbaycan filmlərinin fotola, Azərbaycan kinosu ilə bağlı fotoların neqativləri də var.

C.Quliyevin sözlərinə görə, əksəriyyəti şüşə üzərındə olan neqativlər filmfonda Kinooperator Xan Babayevin oğlu Çingiz Babayev tərəfindən verilib.

Filmfondun yeni inşa olunmuş binasının foto sənədləri Beynəlxalq Arxivlər Federasiyasının 2010-cu ildə nəşr olunacaq kino arxivləri kataloquna daxil ediləcək. Bunu da fondun rəhbəri Cəmil Quliyev deyib.

Direktor bildirib ki, cari ilin nəticələrinə əsasən Dövlət Film Fondu dünyanın ən yaxşı və nümunəvi, eyni zamanda, müasir standartlara cavab verən arxivləri sırasına daxil olub.

 

 

Ekspress.- 2009.- 7-9 noyabr.- S. 12.