9 Noyabr - Dövlət Bayrağı günüdür

 

Həmin gün qeyri-iş günü ola bilər

 

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd ediləcək.

Yeri gəlmişkən, Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin iclasındamək Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirə edilib.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, layihədə Azərbaycanda 9 noyabrın Dövlət Bayrağı günü kimi qeyd olunması, həmin günün qeyri-iş günü olması təklifi əksini tapıb.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

9 noyabrın Dövlət Bayrağı günü elan edilməsi Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il noyabrın 9-da milli dövlət bayrağının qəbul olunması haqqında qərar çıxarılması ilə bağlıdır.

   

 

Aqil 

 

Ekspress.- 2009.- 19 noyabr.- S. 2.