Azərbaycan türmələrində 49 uşaq cəza çəkir

 

Parlamentin xüsusi iclasında uşaqlardan danışıldı

 

Dünən Milli Məclisin (MM) Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirildi. İclasda BMT-nin Uşaq Fondu sözügedən konvensiyanın 20-ci ildönümünə həsr olunmuş hesabatı təqdim etdi.

Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyası 1989-cu ildə qəbul edilib. Bu sənəd bütün uşaqların sağ qalmaq, tam inkişaf etmək, zərərli təsirlərdən, təhqir istismardan müdafiə olunmaq, ailə, mədəni sosial həyatda dolğun şəkildə iştirak etmək hüququna malik olduğunu müəyyən edir. Konvensiya indiyədək 193 ölkə tərəfindən ratifikasiya edilib.

 

"Daha debil doğulan uşaq yoxdur"

 

Spiker Oqtay Əsədov bildirdi ki, Azərbaycan parlamenti öz səlahiyyətləri daxilində uşaqlara kömək göstərməyə çalışır. Dediyinə görə, bu müddət ərzində MM uşaq hüquqlarına aid 10-dan çox qanun, bu məsələyə aidiyyəti olan 72 qanun 11 məcəllə qəbul edilib. "İstənilən cəmiyyət üçün uşaqların mənəvi fiziki sağlamlığının qorunması, azadlığının təmin edilməsi dövlətin inkişafı ilə bağlı strateji vəzifədir".

MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirdi ki, indiyədək Azərbaycan uşaq hüquqları sahəsində 30-dək beynəlxalq konvensiyaya qoşulub, bu sferaya aid sənədlərə 100-dək düzəliş edilib. Rəcəbli qeyd etdi ki, vaxtilə parlamentdə "Körpələrin erkən qidalanması" haqqında qanun layihəsi müzakirəyə çıxarılanda, çoxları bunu qeyri-ciddi qiymətləndirmişdilər. "Lakin o vaxt BMT-nin Uşaq Fondu komitəmizi tək qoymadı, layihənin müzakirəsində daim yanımızda oldu. Məsələyə ictimaiyyətin dəstəyi qanunun qəbuluna imkan yaratdı. Nəticədə bu qanun ilk dəfə olaraq BMT-nin modern qanunu oldu", - deyən komitə sədrinin sözlərinə görə, eynilə "Duzun yodlaşdırılması haqqında" qanun layihəsi əksər deputatların kəskin etirazı ilə üzləşib. Biz bu deputatlarla ayrılıqda işlədik, UNİCEF tanınmış mütəxəssisləri prosesə cəlb etdi. Nəhayət 2 ildən sonra bu sənədi qəbul etdik. Mən əminəm ki, duzun yodlaşdırılmasına həsr edilən bu qanunun xalqımıza verdiyi fayda daha çox olub. Məsələn, zob xəstəlikləri, debil doğulan uşaqlara indi demək olar təsadüf olunmur".

H.Rəcəbli UNİCEF-in dəstəyi ilə hazırlanan qanun layihələri sırasında yuvenal ədliyyə haqqında, uşaq büdcəsi haqqında qanunları da qeyd etdi.

 

UNİCEF rəhbəri: "Qanunun qəbulu kifayət deyil"

 

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard rəhbərlik etdiyi qurumun ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərdən danışaraq bildirdi ki, iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkədə valideyn qayğısından kənarda qalan uşaqların taleyinə biganə yanaşmaq olmaz: "Uşaqlara edilən sərmayə ən faydalısıdır. Cəmiyyət uşaqların fiziki əqli inkişafına yönəldilən hər bir manatdan 7 dəfə çox bəhrələnir. Bəzən isə bu pulları uşaqların səhiyyə, təhsil xərclərinə yönəltmək əvəzinə onları dustaqxanalara yönəldirlər".

M.Herevard uşaqların üzləşdiyi problemlərin həlli üçün yalnız qanunların qəbulunun kifayət etmədiyini bildirdi: "Bu qanunlar tətbiq edilməlidir. Bu gün uşaqlar daha çox iqlim dəyişikliyindən, ekoloji təhlükə nəticəsində yaşayış yerlərinin itirilməsindən, içməli suyun digər mənbələrin tükənməsindən əziyyət çəkirlər. Bu problemlərin öhdəsindən gəlmək bir təşkilatın işi deyil. Bütün qurumlar qarşılıqlı əməkdaşlıq formasında işləməlidirlər".

Herevard onu da qeyd etdi ki, Azərbaycanda Uşaq Parlamentinin yaradılması cəmiyyətdə açıq dialoqun aparılması istiqamətində böyük addımdır: "Hər bir uşağın hüququdur onun səsi eşidilsin, onu dinləsinlər. Yalnız bu halda uşaqların hüquqlarının təmin edildiyinə əmin olmaq mümkündür".

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova isə bildirdi ki, Azərbaycanda uşaqlara mülkiyyət təhsil obyekti kimi yox, müstəqil tamhüquqlu subyekt kimi yanaşma var. Ombudsmanın sözlərinə görə, məhz onun tövsiyəsi ilə parlament bu sahədə bir neçə konvensiyaya qoşulub: "Uşaqların problemlərinin ortaya çıxarılması aradan qaldırılması məqsədilə Ombudsman Aparatında 96 nömrəli qaynar xətt fəaliyyət göstərir bu xəttə uşaq hüquqlarının pozulması ilə bağlı çoxlu zənglər olur onlara çevik reaksiya verilir".

Uşaq Parlamentinin sədri Taleh Əliyev hesab edir ki, bu qurumun yaradılması bu vaxtadək heç bir ictimai təcrübəsi olmayan uşaqlar üçün böyük məktəbdir.

 

Türmələrdə 49 uşaq var

 

MM-in Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 49 uşağın cəza çəkdiyini deyərək, bu rəqəmin MDB məkanında ən aşağı göstərici olduğunu vurğuladı. "Biz bu göstəricilərin minimuma etdirilməsi üçün siyasət aparmalıyıq. Ölkəmizdə uşaqlara qarşı mümkün qədər humanist siyasət həyata keçirilir. Təsadüfi deyil ki, amnistiya qanunlarında hər zaman uşaqlarla bağlı bölmə olur".

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci ildən qoşulduğunu xatırladaraq, bu vaxtadək uşaq hüquqları ilə bağlı atılan addımlardan danışdı. O, "NUR" Uşaq Gənclər Birliyinin təşkilatçılığı ilə noyabrın 23-24-də keçirilməsi nəzərdə tutulan Uşaqların I Forumunun təxirə salındığını da diqqətə çatdırdı: "Səhiyyə Nazirliyi bizə müraciət etdi ki, havaların soyuq keçməsi ilə bağlı bu tədbiri təxirə salaq. Biz onların müraciətinə hörmət etməyə çalışaraq forumun keçirilməsini müvəqqəti olaraq dayandırırıq. Ancaq demək istəyirəm ki, bu foruma hansısa dövlət qurumları uşaqları seçib göndərmir. Uşaqların özləri bizə müraciət ediblər ki, biz forumda iştirak edib öz sözümüzü, problemimizi demək istəyirik".

S.Qəhrəmanova uşaqların hüquqlarının qorunması sahəsində MM- "Məişət zorakılığı haqqında" qanunun qəbul edilməsinin vacibliyini qeyd etdi.

Konvensiya 1992-də qəbul olunub, yoxsa...

Respublika Uşaq Təşkilatının rəhbəri Gülər Əhmədova isə S.Qəhrəmanovanın texniki səhvə yol verdiyini iddia etdi. Onun deməsinə görə, Azərbaycan Uşaq Hüquqları Konvensiyasını 1992-ci ildə yox, 1993-cü ildə ratifikasiya edib: "Bu, Heydər Əliyevin imzaladığı ilk beynəlxalq sənəd idi".

Lakin qeyd edək ki, S.Qəhrəmanovadan başqa çıxış edən digər şəxslər sözügedən konvensiyanın 1992-ci ildə imzalandığını bildirmişdilər. Bu hətta UNİCEF-in jurnalistlərə təqdim etdiyi press-relizdə qeyd olunmuşdu.

G.Əhmədova UNİCEF-i tənqid etməkdən çəkinmədi. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində uşaqlarımızın da hüquqları pozulub: "Biz nədənsə əsirlikdə olan uşaqların azad edilməsi sahəsində UNİCEF-in atdığı addımların bəhrəsini görmürük".

Deputat Qənirə Paşayeva da iclasda UNİCEF digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsindən istifadə edərək erməni işğalı nəticəsində qaçqın didərgin düşmüş uşaqların problemindən danışdı: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda on minlərlə uşağın hüquqları tapdanır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələni bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır".

Məlahət İbrahimqızı isə bildirdi ki, "Uşaq hüquqları haqqında" qanunda artıq köhnəlmiş bəzi meyarlara yenidən baxılmalıdır. Deputatın fikrincə, bu qanunda SSRİ-dən miras qalmış meyarlar əsas götürülür ki, indi onlar heç Rusiyanın özündə qalmayıb: "Avropada uşaq yaşının aşağı həddini müəyyənləşdirmək üçün Ümumdünya Səhiyyə Təşkilatının kriteriyaları baza götürülüb. Artıq bizim bir sıra qanunlarımızda uşaqlıq yaşı ana bətnində dölün 22-ci həftəsindən hesablanır. Əgər 500 qramdan ağır doğulanlar uşaq sayılırsa, onda biz ana bətninə düşən dölün hüquqlarını tanımalıyıq".

Sonda O.Əsədov uşaq hüquqlarına həsr olunmuş iclas iştirakçılarına təşəkkür etdi.

   

 

Aqil ASLAN

 

Ekspress.- 2009.- 21-23 noyabr.- S. 5.