Rəqqasəmiz birinci oldu
Hindistanın Rusiya Federasiyasındakı səfirliyinin
təşkilatçılığı ilə Moskvada Beynəlxalq Hind Rəqsləri
Festival-Müsabiqəsi keçirilib. Tədbirdə Azərbaycanı
rəqqasə Oksana Rəsulova
təmsil edib.
Oksana bildirib ki, Hindistanın
Mədəniyyət Festivalı
"Divaly -2009" adı
ilə keçirilən
solo hind rəqsləri müsabiqəsində
bir çox ölkədən
rəqqaslar iştirak edib. Lakin nüfuzlu münsiflər
heyəti yekdilliklə birinci
yeri ona verib. İkinci yerə
Ukrayna, üçüncü yerə isə Rusiya rəqqasları layiq görülüb.
Festivalın yekununda həmyerlimizə müsabiqənin kuboku və birinci dərəcəli diplomu təqdim olunub.
AYXAN
Ekspress.- 2009.- 22 oktyabr.-S. 23.