Düşmən Zəngilanı viran edib

 

Ekologiya Nazirliyi": Ermənilər güclü yanğınlar törədərək çoxillik qoz, çinar şam ağaclarını tamamilə qırıblar"

 

 Ekologiya Təbii Sərvətlər Nazirliyi Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının növbəti ildönümü ilə bağlı açıqlama yayıb. Qeyd edək ki, bu gün Zəngilan rayonunun işğalından 16 il keçir.

1993-cü il oktyabrın 29-da erməni işğalçıları tərəfindən işğal olunan Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kubmetr olan üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kubmetr təşkil edən Bartaz-I Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil ehtiyatları 17367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları olub.

Rayonun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunub. Eyni zamanda, ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, "xarı bülbül", səhləbin bir necə növü, Qarabağ dağlaləsi sağsağan gülxətmisi kimi nadir bitkilər olub. Rayonda 107 hektar sahəsi olan Avropada 1-ci Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var idi.

Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "ölü zonaya" çevirib, nəticədə çay suyunda əzəldən formalaşan mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.

ETSN-in "İşğal olunan Azərbaycan ərazilərində ətraf mühitə təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlayıb. ETSN-dən "Ekspress"ə verilən məlumatda qeyd olunur ki, Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. Ermənilər dəfələrlə Bartaz Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinarşam ağaclarını tamamilə qırıb. Daş-başı və Leşkar meşələrində yanğın törədilib, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılaraq daşınıb.

Əldə edilən videoçəkilişlərdə Alıbəyli kəndində həmişəyaşıl çoxillik ağacların qırıldığı, minlərlə meyvə ağaclarının yalnız kötükləri cavan pöhrələrinin qaldığı, çoxillik qiymətli qoz, çinar gəvən ağaclarının kəsildiyi, yol ətrafında ayland ağaclarının təbii meşələrinin böyürtkən kolluqlarının əmələ gəldiyi görünür.

   

 

Aytən NƏBİYEVA

 

Ekspress.- 2009.- 29 oktyabr.- S. 3.