Nizami Cəfərov: "Mədəniyyət kanalının yaradılması mümkündür"

 

Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov mədəniyyət kanalının televiziya kanallarından birinin nəzdində yaradılmasını mümkün hesab edir.

"Mədəniyyət kanalının müstəqil olmasını istərdik. Lakin bu gün müstəqil kanalın yaradılması üçün texniki, maliyyə yaradıcılıq imkanları yoxdursa, mədəniyyət kanalı hər hansı bir televiziya kanalının nəzdində açıla bilər. Həmin kanal altı saat belə yayımlanarsa, kifayət edər", -deyə N.Cəfərov "Trend News"a bildirib.

Millət vəkilinin sözlərinə görə, mədəniyyət kanalının açılmasını zəruri edən bir sıra amillər var: "Bu gün Azərbaycan mədəniyyəti çox sürətlə inkişaf edir, dünyaya inteqrasiya edir, dünya mədəniyyətinin Azərbaycanda təbliğinə ehtiyac var. Azərbaycanda yeni çəkilmiş filmlərin təbliği lazımı səviyyədə deyil. Bundan başqa, toy yas mərasimləri ilə bağlı cəmiyyətdə müzakirələrin aparılmasına da ehtiyac var".

Millət vəkili hesab edir ki, televiziya kanalları xeyli dərəcədə mədəniyyət incəsənətin təbliği sahəsində işlərini gücləndirsələr , bu, kifayət etmir: "Azərbaycanın mədəniyyət sahəsində görülən işlərlə yanaşı, mədəniyyət maarifçiliyi işi aparılmalıdır".

 

 

Ayxan

 

Ekspress.- 2009.- 3 sentyabr.- S. 10.