Kişi adam

 

Turabovun son rolu: ölümdən ölümsüzlüyə

 

Biz böyüklərimizin gerçək dəyərini onları itirəndən sonra anlayırıq. Anlayıb təəssüflənirik. Fəqət nəticə çıxarmırıq. İtirə-itirə başımız daşdan-daşa dəysə , faydası? Səhvlər dönə-dönə təkrarlanır. Bu acı həqiqəti qışın oğlan çağında dünyadan köçən Həsən Turabovun timsalında bir daha etiraf etmək məcburiyyətindəyik.

Milli teatr kinomuz 20-ci il yüzil boyu çox müqtədir sənətkarlar görüb. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, Möhsün Sənani, Barat Şəkinskaya, İsmayıl Osmanlı, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Yusif Vəliyev, Məlik Dadaşov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev: Bu sıra xeyli uzana bilər. heç şübhəsiz, Turabov dövrünün parlaq sənətkarı kimi adı çəkilən ustadlarla bir sırada dayanmağa layiqdi. Nədən ki, 1960-2000 arası, qırx illik dövrdə Həsən Turabov ya sadəcə, Həsən müəllim Milli mədəniyyətimizin yetirdiyi nadir istedad sahiblərindən biriydi.

O, əfsanəyə çevrilmiş sənət nəhənglərindən sonra sağlığında heykəlləşmiş, köhnələrdən yadigar kişiydi. Danılmazdır ki, Mehdi Məmmədov Tofiq Kazımov, Ağasadıq Gəraybəyli Hökumə Qurbanovadan sonra son 15-20 ildə teatrımızda şəxsiyyət nüfuzu ilə seçilən Turabovuydu. Haqqında söylənən bütün söhbətlərə rəğmən, sevilir, sayılıb-seçilir, etalon hesab olunurdu. Sanki özündən əvvəlkilərdən ən yaxşı cəhətləri, ən alicənab keyfiyyətləri mənimsəməkçün gəlmişdi həyata. İstedadını billə-bilə demədim, bu, onluq deyildi, Tanrı qismətiydi.

Köhnələrin miras qoyduğu pis əməllərin, işdəklərin, "qayda-qanunların" azlığı-çoxluğu bir yana, min təəssüf ki, o mərəzlərin bəzisindən bu gün qurtula bilmirik. Turabov bu cılızlığa enməyi özünə, sevdiyi kəslərə rəva görərdi. Xeyirxahlığa, sadəliyə səmimiyyətə təşnəydi. Kimsənin qabağında sınmazdı. Ağayana, ağır ləngərli yerişi, oturuşu-duruşuyla diqqəti özünə cəlb edərdi. Bəzən az qala saatlarla danışmazdı, susardı, ya da gözlərini hansısa məchul bir nöqtəyə zilləyib baxardı. Tanımayan olsa, "bu kişidən qaradinməz, qaraqabaq, halına heç təfavüt eləməyən adam tapılmaz" qənaətinə gələrdi. Əslində, Turabov bu dünyanın ağır yükünü, nisgilini, amansız zərbələrini fil dözümüylə qarşılayar, bütün acıları, əzabları sakitcə yaşayardı. Dərdini dilə gətirməyi xoşlamazdı, əksinə, başqasının tale yükünü bölüşməyə çalışar, xəfifcə gülümsəyib, təsəlli verərdi: "Yaxşı olacaq, inşallah, darıxma!"..

Ən qəribəsi odu ki, dediyinin çoxu tezliklə düzələn məsələ deyildi. Düzəlməsi müşkül olmasa da, həlli mənsəb sahiblərindən asılı məsələlərə insaf, mürvət əsl vətəndaş qeyrəti gərək idi. O şeylər ki, get-gedə qəhətə çıxmaqdadı. Amma Turabov özünü qarşısındakını, tezliklə hər şeyin yoluna düşəcəyi barədə söylədiyi fikirlərlə inandırmağa çalışardı. Çöhrəsinə hopan nurdan, işıqlı, mənalı gözlərdən həmsöhbətinin canına rahatlıq yayılardı.Dinləməyi bacaran, danışana hörmət duyduranıydı. Hərçənd kəmhövsələliyi, dediyini yeritməyi varıydı. İntəşası, yola yovuğuydu. Hətta, sadəliyindən, ürəyinin təmizliyindən istifadə edib saqqızını oğuramaq da olardı. Necə ki, bəzən oğurlayır, bu böyük insanın adına kölgə salırdılar.

Turabovu lap çoxdan tanıyan şəxs kimi (qızı Sevinclə bir sinifdə oxumuşuq, həyat yoldaşı Solmaz xanımsa alman dili müəlliməmiz olub-S.E.) uzun illər onu müşahidə etmişəm. tale elə gətirib ki, təqribən axır on beş ildə ünsiyyətdə olmuşam, tez-tez tədbirlərdə, yerində evində görüşmüşəm. Dəfələrlə gah yazı üçün, gah da dərdləşmək xatirinə ordan-burdan söhbət salmışıq, aranı dağa, dağı arana daşımışıq. Yeri gəlmişkən, cavanlarla oturub-durmaq şakəri vardı qətiyyən özünü yuxarı tutmazdı, arada pərdə saxlasa da, heç sən sıxılmazdın. Deyərdin ən əziz, məhrəm adamın, tay-tuşundu.

Dörd ay bu böyük kişiylə bir yerdə işləmişəm. Akademik Milli Dram Teatrında, mətbuat katibi qismində. Həsən müəllimin dəvətilə teatra gələndə hansı məsuliyyətin altına girdiyimi özümçün kəsdirmişdim. Ölkənin teatr həyatında ilk mətbuat katibi olmaq, özü Milli Teatrda! Səhnə sənətimizin lideri, etalonu, pərdəarxası həyatdasa intriqa, qalmaqal yuvası, kimi ad çıxaran bir ocaqda çalışmaq sizə asan gəlməsin. Ağlım kəsəndən qənaətim budur: teatrda baş saxlamaq hər oğulun işi deyil. O da ola Milli Teatr. Yeri gəlsə, səndən elə düşmən obrazı yaratsınlar ki, özün məəttəl qalasan. Turabov belə bir təşkilatın rəhbəriydi. mən onun yanında çalışmalıydım...

Yadımdadı, mətbuat katibinin funksiyası teatr-mətbuat əlaqələrinin tənzimlənməsinə dair əsasnamə hazırladım. Turabov bəyəndi, təsdiqlədi. Di gəl, əsasnamə işləmədi. Kollektiv məhəl qoymadı. Gördüm ki, bunların içində ala qarğa bala çıxarmaz. Giley-güzarımı Həsən müəllimə bildirəndə həmişəkitək gülümsədi: "Alə, qəribə adamsan ey, bəyəm sən bilmirsən ki, bunların nazıynan oynamaq lazımdı? Ağıllı oğlansan, özün teatrın içində böyümüsən, unutma, artist uşaq kimi olur"...

Doğrusu, Turabovun xatirinə dinmədim. Dinməmək qorxudan deyildi ha, demokratiya sevən bu kişidən qorxmaq? Sadəcə, istəmədim ürəyinə toxunam. Çünki qapıçıdan müavininədək hamının nazı ilə oynayırdı. Artıq-əskik söz pisinə gələrdi.

Aktyorların maaşının artırılması, məişət qayğılarının həlli, kimlərəsə fəxri ad verilməs sair üçün az ağız açmazdı. Neçə-neçə Adama əlindən gələn köməyi əsirgəməzdi. Maaş cədvəlinin üzünü görməzdi. Müəllimliyə görə ona çatası əmək haqqını öz xahişiylə ehtiyacı olan cavanlar alırdı. Amma bütün teatrın problemini həll etməyə gücü çatmırdı. Özünü Turabovun xətrini çox istəyən kimi göstərən imkan sahiblərindən, əgər onlardan heç bir təşəbbüs olmazdısa, xırdaca bir şey belə istəməzdi. Onun qənaətincə, aktyor həmişə dik, alnıaçıq gəzməliydi, ona-buna əyilməməliydi-sənət sənətkarın gözdən düşməməsi naminə. Buna görə maddi təminatın olmamasını bəhanə gətirən sənətçilərin hansısa yollara düşməsi onu sarsıdırdı. Amma çarə tapmırdı. Çeşid-çeşid amillərlə bağlı olan bu müşküllər böyük ustadı bəzən yazıq-fağır görkəmə salırdı.

Teatrdan "öz ərizəsiylə" işdən azad olunması ona yer eləsə , özünü tox tutdu. Turabov bu zərbəni uddu. Həzm edə bilməsə . Vaxtilə belə münasibət milli teatr kino sənətimizin inkişafında misilsiz xidməti olan Adil İsgəndərovdan yan keçməmişdi. İndisə növbə Turabovun idi...

Əqidəsinə, həyat amalına xilaf çıxmamaq üçün ürəyində aparılan əməliyyata para tapmaqdan ötrü bağını satdı.

Xalqın mənəvi sərvətinə dönən şəxs iqtidardan, müxalifətdən, dost-tanışdan bir şey umdu. Kimsəyə əyilmədi, dözdü...

Deyilənə görə, cənublu soydaşımız, məşhur cərrah doktor Cavad Heyət o zaman bildiribmiş ki, o, uzağı üç il yaşayacaq. Bunu Həsən müəllimdən gizli saxlasalar da, hər şeyi duyurdu. Hələ o zaman, 1999-cu ilin ilıq may günlərində ölümə hazırıydı qorxmadan ona doğru yol gəlirdi. Bu yol üç il doqquz aydan sonra qurtardı. Hər şey bitdi.

Yox, bitmədi, hər şey təzədən başladı. Şöhrətin, Hörmətin, Məhəbbətin, Sənətkarlığın, ən əsası Kişiliyin böyüklüyü sübuta yetdi. Onu tutduğu vəzifədən salanlar, yaxud buna sevinənlər, bütün məkrlilər, xainlər, fitnə-fəsad törədənlər Turabovu sevən, dəyərləndirən insanlarla bir sırada cənazəsi qəbri önündə dayandılar. Hamı Sənətkar Kişi ölməzliyi qarşısında lal-kar oldu. Turabov xoşbəxtiydi- sevdiyi, uğrunda çalışdığı xalqın çiynində gedirdi. Heç kimə minnət qoymadan, ağayana köçürdü dünyadan. Ölümsüzlük onun pişvazına çıxırdı. Aktyor sonuncu əbədi rolunu oynayırdı. Onun bu rolu kefli İsgəndərə, Hamletə, Gəray bəyə, Qiyasa, Kəbirlinskiyə, Mirzə Cəlilə bənzəyirdi. Bu, şah roluydu - özü yazmışdı, özü oynayırdı...

 

 

Seymur  Elsevər

 

Ekspress.- 2009.- 25 sentyabr.- S. 23.