Humay Qədimovanın tarının
sarı simi qırılıb
Hadisə Türkiyədə konsert zamanı olub
Türkiyənin meqa-starı Tarkanı, Rafet El Romanı, Sərdar Ortac və Alişanı müxtəlif konsertlərdə müşayiət edən, gənc olmasına baxmayaraq tarda ifası ilə çox ürəkləri fəth edən tarzən Humay Qədimova yeni bir uğura imza atdı.
İfaçı elə
bu yaxınlarda rəhbərlik etdiyi "Humay" qızlar ansamblı ilə birgə Türkiyənin İstanbul şəhərində
yaddaqalan konsert verib. Səfərdən çox xoş təəssüartlarla qayıdan
tarzən Humay Qədimova uğurlu konsertlə bağlı fikirlərini bölüşüb:
"Bu konsert layihəsinə ilk öncə öz vətənimiz - Azərbaycandan
başladıq. Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrında konsert verdik. Zənnimcə, həmin çıxışımız
yaddaqalan oldu. Sonra biz düşündük
ki, bu cür
konsert layihəsi ilə artıq Avropaya çıxmaq vaxtıdır və bu turumuzu Türkiyədən
başladıq. Konsertimiz İstanbulda çox məşhur "
H.Qədimova
bildirib ki, bu konsert üçün
Bakıdan 22 nəfərlik
heyət Türkiyəyə
səfər edib:
"Musiqi prodüserimiz
Asif Kərimov da bizimlə birgə idi. Azərbaycanın milli musiqilərini,
milli xalq mahnıları və rəqslərini, muğamlarını
Türkiyədə ifa
etdik və yüksək səviyyədə
qarşılandıq. Konsertdə azərbaycanlı xanəndə
Elnarə Abdullayeva və türkiyəli müğənni Kibariyə
də səhnəyə
çıxdı. Bizim müşayiətimiz
altında onların ifaları səsləndi.
Bu konsertlə bağlı Türkiyənin
"Tatlısəs" televiziyasında
verilişlərə dəvət
edildim və qonaq oldum. Maraqlısı o idi ki, mən Bakıdakı konsertimdə çox həyəcanlı idim, yəqin ki, bu öz vətənimdə
konsert verdiyimdən irəli gələn bir həyəcan idi. Türkiyədə isə heç
bir həyəcanım
yox idi, elə bilirdim ki, məşqə çıxıram".
İfaçı konsert zamanı qarşılaşdığı xoşagəlməz bir texniki problemi də peşəkarcasına
yola verməyi bacarıb. Belə ki, elə konsertin
ikinci nömrəsində
Humay Qədimovanın
tarının sarı
siminin qırılması
bütün ansamblı
şoka salıb, amma gənc musiqiçi özünü
itirməyib: "Sim qırılanda ansambl şoka düşdü. Bakı konsertindən fərqli olaraq Türkiyədəki
konsertimizdə nə aparıcı qoyulmuşdu,
nə də çoxsaylı müğənnilər
yox idi. Fasilə söhbəti də olmadı. Saatyarımlıq konsert oldu, ancaq konsert boyu
bir dəqiqə belə vaxtım olmadı ki, tarımın qırılan
simini dəyişim.
Bütün konsert boyu həmin qırılan simlə çaldım.
Görüntülərdə də görəcəksiniz
ki, bütün konsertdə sim sallana-sallana qalıb.
Çox
şükür ki, başqa bir problemlə qarşılaşmadan
və bu çıxışımızı uğurla başa vurduq".
Həftə içi.- 2010.- 18 dekabr.-
S.15.