Sabit Rəhman - 100

 

YazıÇı-dramaturq Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunub. Yazıçının xatirəsinə həsr olunmuş yubiley mərasimi Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Axundov adına Milli Kitabxanada baş tutub. Tədbirdə çıxış edənlər Sabit Rəhmanın yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, çoxsaylı komediyaların müəllifi olan Sabit Rəhman əsərləri ilə bu janrın inkişafında mühüm iz qoyub. Yubiley tədbirində yazıçının kitablarından, tərcümə etdiyi əsərlərdən, eyni zamanda həyat yaradıcılığını əks etdirən nəşrlərdən ibarət sərgi nümayiş etdirilib. Dramaturqun xatirəsinə ithaf olunan "Sabit Rəhman -100" biblioqrafiyası filologiya elmləri doktoru Bədirxan Əhmədovun qələmə aldığı "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" adlı yeni kitab da oxuculara təqdim olunub.

 

Həftə içi.- 2010.- 10 dekabr.- S.7.