Rəşidə Behbudova:
"Atanın mələk
kimi xasiyyəti olub"
Bu gün
bənzərsiz səsə
malik, dünya şöhrətli ifaçı,
Azərbaycanın sevilən
müğənnisi və
ictimai xadim, SSRİ xalq artisti, SSRİ və Azərbaycan dövlət mükafatları
laureatı Rəşid
Behbudovun 95 yaşı
tamam olur. Rəşid Behbudovun ailələri, sevənləri, incəsənət
xadimləri bu gün onun Fəxri
xiyabanındakı qəbrini
ziyarət edib. Rəşid Behbudovun qızı Rəşidə
Behbudova atasının
indiyə qədər
sevilməsinin səbəbini
qeyri adi-gözəl səsə malik olması ilə əlaqələndirib: "Təmamilə
pozitiv və müsbət bir şəxsiyyət idi. Düşünürəm ki, onun şəxsiyytində mərhəmətlilik
ən böyük amillərdən biri idi. Çünki hansı janrda
ifa etməsindən asılı olmayaraq müğənni çox
təmiz qəlbə malik olmalıdır.
Onun mükəmməl, hətta
deyərdim ki, mələk kimi xasiyyəti olub. Rəşid Behbudov qeyri - adi xarizmaya, cazibəyə və təmiz qəlbə malik müsbət xarakterli bir insan idi. O, həyatda sənətdə
və yaradılıcıqda
bir çoxlarının
nail ola bilmədiklərini
əldə edib. O, hər şeydən əvvəl öz millətini sevirdi".
Həftə içi.- 2010.-
16 dekabr.- S.7.