DƏVƏTİKANI
SAĞLAM OLUN!
DƏVƏTİKANININ
Azərbaycan təbabətində
"tərancəbin" adında
qatı, bərkimiş
şirəsi (elmi dildə "manna") geniş
istifadə edilirdi. Onun mannası
cinsi həvəsi artırır, öskürəkdə,
sinə ağrılarında,
ürəkbulanmada, güclü
titrəmə-qızdırmada və susuzluqda xeyirlidir. Kərə
yağı ilə manna sidik tutulmasında da xeyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab
aradan qaldırır. Dozası: 32 - 135 q. Onu söyüd
mannası əvəz edir.
Dəvətikanının
mannası öskürəyi dəf edir, sinəni
yumşaldır, susuzluğu aradan qaldırır və azca
ödqovucu təsirə malikdir. Bir dəfədə 45 - 90 qram
su ilə içilir. Hindistan və Seylonun ənənəvi təbabətində
tərqovucu vasitə kimi məşhurdur, kökündən
hazırlanmış həlimi isə xarici vasitə kimi
şiş və irinləmələrin müalicəsində
istifadə edilir. Bu bitkinin qara dəlibəng, tütün və
acuan toxumları ilə qarışığından astma xəstəliyinin
müalicəsində istifadə olunan xüsusi siqaretlər
hazırlanır. Alimlər müəyyən ediblər ki, dəvətikanının
otu və kökünün həlimi mikrobları öldürür
və onların çoxalmasının
qarşısını alır, həmçinin
büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə
malikdir. Dəvətikanının sulu cövhəri və
10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə
edilə bilər. Bu bitkinin yayın cır-cır istisində
yarpaq və budaqlarında əmələ gələn
boz-sarı, şirin maye "manna" adı ilə məşhurdur.
Onun tərkibini kitrə, mannit, şəkər, limon
turşusu və acı maddələr təşkil edir.
Həftə içi.- 2010.- 1 dekabr.- S. 8.