Bitki çayları
SAĞLAM OLUN!
Bitki çayları bir çox xəstəliyin dərmanıdır. Məsələn İtburnu tərkibindəki
vitamin zənginliyi səbəbindən
gözlərin dostudur.
Bədənə dirilik verər.
100 qram itburnunda
bir yeşik portağala bərabər
C vitamini var. Yaxşı
bir qan təmizləyicisi,
qurd təmizləyici və bağırsaq yumşaldıcısıdır. Mədə və həzm sistemi çətinliklərinə
qarşı faydalıdır.
Revmatizm ağrılarını aradan
qaldırır. Cökə çiçəyindən
sakitləşdirici, sidikqovucu,
sinə yumşaldıcı
və bəlğəm
gətirici olaraq çay kimi istifadə olunur. Cökə çiçəyi vannasının
da sakitləşdirici
xüsusiyyəti var. Balla
qarışdırılıb içildikdə mədə
xorasına faydalıdır.
Qan dövranını da nizamlayır. Səhləb öskürək və bronxitə xeyirlidir. Aybaşı
qanamalarının nizamlı
olmasını təmin
edər. Zehni gücləndirir.
Böyürtkən tikanlı və
kol formasında olan bir bitkidir.
Əkilməmiş yerlərdə, yol
və xəndək kənarlarında çox
rast gəlinir. Yarpaqları çiçək açmadan
toplanılır, kölgədə
qurudulur. Yüngül qəbiz edici xüsusiyyəti olmaqla bərabər, diş ətləri, badamcıq, boğaz iltihablarında və ishalda istifadə olunur. Adaçayı mədə və
bağırsaq qazlarını
aradan qaldırır, ürək bulanmasını
kəsir. Həzm sisteminin
nizamlı işini təmin edər. Boğaz, badamcıq və diş əti iltihablarını aradan qaldırır. Sinəni yumşaldır.
Sidikqovucudur. Suya qatıb yuyunsanız
bədəninizə gümrahlıq
verər. Gündə 3 qəhvə fincanından çox içilməməlidir.
Melissa - yarpaqları sakitləşdirici, qaz sökdürücü, tərlədici
və antiseptik təsirlərə malikdir.
Narahatlıq və sıxıntıları
aradan qaldırır.
Yaddaş zəifliyinə xeyirlidir.
Baş gicəllənməsi və
qulaq zingildəməsi
kimi şikayətləri
kəsir. Həzmsizlik, baş ağrısı və miqrenə də faydalıdır.
Daha çox çay kimi istifadə edilir. Dağçayı qaz sökdürücü,
iştaha açan və mədə ağrılarını kəsəni
xüsusiyyətlərə sahibdir. Nanə yarpaqları çay
şəklində sakitləşdirici,
qaz sökdürücü,
ürək bulanmanı
aradan qaldırıcı
vasitə olaraq istifadə olunur. Bundan əlavə müxtəlif
dərmanların tərkibində
istifadə edildiyi qədər, yarpaqları da çiy və
ya qurudulmuş olaraq yeməklərə qatılır.
Həftə içi.- 2010.- 2 dekabr.- S. 8.