Çalğıçı Bardədin tərifi (N.Gəncəvi)
N.Gəncəvinin "Xosrov
və Şirin" əsərində Bərbət
çalğı alətinə
xüsusi yer verilir ki, bu
alətlə yüzə
qədər hava çalınırdı. Bərbət musiqi alətinin lüğəti
mənası onun saza oxşar bir musiqi aləti
olmasını təsdiq
edir. Musiqi tarixi qaynaqlarından bəllidir ki, yüzə qədər havanı ancaq belə alətlə çalmaq olardı ki, dinləyici dinləməkdən yorulmazdı.
Bərbət - sazabənzər
musiqi aləti. Bax. ə.f.lüğ. səh.51.
Sərxoş bülbül kimi
gələndə Barbəd,
Su kimi əlində
axırdı bərbət.
O, çala bildiyi
yüz xoş nəğmədən,
Seçdi otuzunu özü
bəyənən.
Bu otuz nəğmə
ki Barbəd çalırdı,
Gah ürək
sevirdi, gah can alırdı.
Bu 3 beyti
lüğəti terminlərlə
təhlil etdikdə Alça qopuz dediyimiz ifadə, əslində Alça qabıs sözləri ilə üst-üstə düşür.
Al - ocaq,
nəsil, sülalə.
Ali əla peyğəmbər
nəsli. Bax. ə.f.lüğ.səh 17.
Ca - yer, məkan. Bax.ə.f.lüğ.
səh.747.
Bu təhlilə
görə, "Alça"
- müqəddəs məkan,
ocaq məkanı mənasında əks olunur.
Qabı - müqəddəs
deməkdir (qopuz isə tarixi baxımdan təhrif olunmuş sözdür).
Gəlin yağı
olmayın siz qabısa, (qabus)
Qabısa ağ olan tez batar
yasa.
Bax. Qabusnamə.
səh.19.
Bu beytdən
aydın olur ki, Alça qabıs (qopuz) müqəddəs alət
kimi hətta ona andiçmə kimi öz xüsusi
mahiyyətini tapmışdır.
Gələcəyin sazı
olan bu alət
andiçmə vasitəsi
kimi yer tutmuşdur.
Bar (İ) - yaradan,
yaradıcı, Allah, xaliq.
Bax. ə.f.l. səh. 36.
Bə - yenilik,
yeni adət, yeni dəb, yeni qayda bağlanma,
başlanğıcını qoyma.
2-ci məna
- pisi, yamanı qovma. Bax.ə.f.lüğ.
səh 40.
Bəli, hər
iki termin istər Alça qabıs (qopuz), istərsə də Barbəd, Bərbət adları müqəddəsliklə
bağlı, dini köklər bağlanan alətlər kimi təcəssüm etdirilir.
Hər ikisi simli alət kimi özünü göstərir. Pisi yamanlığı dəf
etməklə insanı
müqəddəsliyə xidmət
etməyə çağırır.
100 havadan
30-u isə fərqli olaraq zamanın, dövrün əsas qayələrini, mahiyyətini,
əlbəttə, dini
baxımdan, mifoloji baxımdan özündə
əks etdirir. Bu baxımdan 30 havanın ayrı-ayrı mahiyyətini
dahi şairimiz N.Gəncəvinin söz inciləri ilə oxucuya çatdırmaqla fikrimizin təsdiqinə yönələk. Hansı
ki bu 30 hava insana gah
ürək verir, gah da can alır.
Necə deyərlər:
Söz var
insandan can çıxardır,
Söz var
ürəkdən tikan
çıxardır.
İndi isə açaq N.Gəncəvinin
musiqi ilə bağlı sözlərdən
ibarət sehrli dünyasını.
"Gəncəvi badəvərd"lə
məclisi açdı,
Ağzı hər nəfəsdə
xəzinə saçdı.
Gənc - xəzinə,
var-dövlət olan yer. Bax. ə.f.lüğ.
səh. 298.
Badəvət - bədəvilik,
köçərilik.
Demək, ilkin həyata bağlanan Zərduşların tərəkəmə
həyatını əks
etdirir.
"Gənci-dağ" başladı, çoşdu
üfüqlər,
Yer öküzün
verdi, nisar etdi zər.
"Gənci-dağ"
orta əsrlərdə
(hətta ondan da əvvəl) musiqi ilə oxunan havalardandır.
Lüğəti mənası
"öküz xəzinəsi"
deməkdir. Beytin ikinci misrasında "Öküz" və
"zər" sözləri
də həmin "Gənci-dağ"la bağlıdır.
Beytin mənası:
"Gənci-gov" havasını
şövqlə çalmağa
başlarkən dünya
cuşa gəldi.
Bəli, bu beytin mənaları tamamilə Zərduşların
həyat tərzini özündə əks etdirir. "Zər" ilkin olaraq taxıl
mənasında, öküz
isə taxılın əkilməsində əsas
rol oynayan qüvvə mənasındadır.
Yəni bunlarla ilkin sivilizasiyaya insanlar qədəm qoydular. Belə ki, Yer kürəsinin
mədəni həyat
tərzinə təkan
verildi.
O "Gənci-suxtə"ni oxuyan zaman,
Min xəzinə yandı
onun ahından.
Suxtə - yanmış, yanıq,
dərdə, əzaba
düçar.
"Şadırvan mirvarid"
oxuyan zaman.
Mirvarid saçırdı
dodaqlarından.
Şadürvan - fəvvarə fontan.
"Təxti-Taqidis"ə gələndə növbə,
Göydə qapısını açırdı
cənnət.
"Naqusi" və
"Övrəng" çalınan
zaman,
Zəng səsi
qalxırdı övrəng
taxtından.
Övraq - darmadağın,
tamamilə sökülüb
dağılmış, korlanmış.
Yəni bu hava çalınanda sanki nalələr qalxırdı göylərə
viranəlikdən.
"Hoqqeyi-kavus"dan qənd versə, əgər
Onun mətaından
öpərdi şəkər.
"Mah-bər-kuhanı" çalanda əli,
Ayı dağ
üstünə qoyardı
dili.
"Müşk danə"sini
səsləndirərkən,
Elə müşkün
ətrindən olurdu xütən.
"Arayişi xurşud"
salırkən haray,
Getəmzi günəşin bəzəyi
biz ay.
1) Xurşud - günəş.
2) Xurşidlığa - günəş şimalı,
günəş üslü
3) Xurşidtələt - günəş qədər
gözəl. Bax.ə.f.lüğ.
səh. 704-705.
"Arayişi
xurşud" - burada atəşpərəstlərin günəşə səcdə
etməsi, günəşin
vəsfi, onun ilkin maddi varlığın
həyata gəlməsinin
banisi kimi vəsf olunmasıdır ki, bu hava
insanların bir ay mənəvi qidasını
təmin edir.
"Himruz" nəğməsini
başlasa, bütün,
Özündən gedərdi ağıl
yarım gün.
1) Himməm - hümmətlər
2) Himmət - fikirlər, düşüncələr.
Bax.f.lüğ.səh.734. Bu hava himmət sahibləri olan peyğəmbərlərin
vəsfinə, onların
müqəddəs fikirlərinə,
kəlamlarına yönələn
havadır ki, adamlar qulaq asanda,
yarım gün onun təsiri ilə yaşayırdı.
"Səbz dər
səbz" nəğməsi
başlasa, əgər,
Saralmış bağlarda açardı
güllər.
Səbz - yaşıl,
qarabəniz, qaraşın.
Səbəzar - yaşıllıq,
çəmən, çəmənlik.
Bax.lüğ. səh.541. Demək,
bu hava təbiətin
vəsfinə, onun bahar gözəlliyinin vəsfinə yönələn
havadır.
Qifli-Rumu əgər oxusa,
bolu,
Rum, zəng xəzinəsinə
açardı yolu.
"Sərvistan" başlayıb
ötəndə dil-dil,
Səba Sərvistana
girməzdi bir il.
Sərvistan - sərvlik,
sərv ağacları
bitən yer, sərv ağacı bol olan yer.
Bax.ə.f.lüğ. səh.
554.
Səba - yüngül,
lətif meh. səh.540.
Sərv ağaclarının
vəsfidir bu hava. Musiqiyə qulaq asanda sakit
bir guşəni xatırladır.
"Sərvi-səhi" səsi gəllik qulağa,
Bülbül sarmaşırdı gülə-budağa.
Sərv - cənubda
bitən həmişəyaşıl
ağac.
Sərvi - azad sərv, sərvi-naz, nazlı gözəl.
Sərvi rəna - gözəl
və yaraşıqlı,
sərv kimi boy-buxunlu. Bax.ə.f.lüğ.
səh. 554.
Səhi-qəddi - qamətli,
düz. Bax. ə.f.lüğ. səh.
562.
Bu hava bülbülün sərv
ağaclarının budaqlarında
gəzməsinin, bu ağacların ətrafında
güllər üstünə
qonub oxumasının vəsfidir.
"Nuşin badə"
silsə könüldən
qubar,
Keçərdi gecədən qalmış
o xumar.
Qədim zamanlarda
muğlar (atəşpərəstlər)
şərabı qiymətləndirərkən
"şərab ürəyin
pasını açır"
deyərdilər. Badə
nuş olunarkən qəm-kədər uzaqlaşır,
insan xumar içində qərq olur.
"Bamişi-can"ını oxuyan zaman,
Zəmanə edərdi özünə
qurban.
Kamiş - musiqi,
çalğı.
Rum - tabe
olan. Bax.ə.f.lüğ.
səh509.
Yəni şərabın
qəmdağından təsirindən,
musiqinin, çalğının
təsirindən sanki zəmanənin bütün
çətinliklərini, dərdini
özünə tabe etdirir insan.
"Sazı-novruz"unu çalanda tamam,
Tal da
o günü edərdi
bayram.
Dahi şair
burada saz sözünü işlətməklə
əvvəlki yazımıza
sanki təsdiq gətirir ki, "bərbət" məhz sazın bir adıdır.
Beytə gəldikdə:
Nov - yeni,
təzə
Novruz - ilk baharın
başlanğıcı olub
(22 mart Bahar bayramı).
Hamı bayrama bağlanardı.
"Muşguyə" nəğməsi müşk
tökərdi,
Müşkün xoş qoxusu qəsrə çökərdi.
Həvayi - "Mehrigan" çalanda
o dəm,
Huş başdan
çıxardı, gül?rdi
aləm.
Mehriyyə - Rəbbin
haqqı. Bax.ə.f.lüğ. səh.332. Rəbbin
haqqını verə bilməyən, aciz qalan, əlbəttə,
gülüş mənasına olan zarafat yönümlü
havaya işarədir.
O "Mərvayi-nik"dən desə bir qədər,
Xoş olardı
bir il gələcək
günlər.
Məra - otlaq.
Bax. ə.f.luğ. səh.358.
Mərvi - rəvayət edilmiş
nağıl olunmuş.
Mərayə - güzgülər, aynalar.
Söhbət ulduz falından gedir ki, münəccimlər ulduzların düzümünün
yaxşı olacağından
xəbər verəndə
bunu insanlar da qəbul edir.
Şakir Qabissanlı
Həftə içi.- 2010.- 7 dekabr.- S. 7.