Çalğıçı Bardədin tərifi (N.Gəncəvi)
Əvvəli ötən sayımızda
"Şəbdiz" nəğməsini başlayanda
bax,
Bütün gecə dünya qalırdı oyaq.
1. Şəb - gecə
2. Şəbi-Yəlda ilin ən uzun gecəsi
ayrılıq gecəsi 21 dekabr. Bax.ə.f.lüğ. səh
224.
3. Şəb - cammat, qəbilə. Həmin gecə
insanlar məclis qurur bütün gecəni məclislə
keçirir.
Şəbi-Fərrux" səsi gəlsə xəfifcə,
Olmazdı heç bundan uğurlu gecə.
1. Fərr - parlaq, işıq, nur, aydınlıq, təntənə,
dəbdəbə.
2. Fərrux - mübarək, uğurlu, xoşbəxt.
Bax.ə.f.lüğ. səh.672.
3. Demək, Fərrux günü olub, təbii ki, bu da
ayla bağlı ona səcdə günüdür ki, hamı
özünü xoşbəxt sayır.
"Fərrux-ruz" nəğməsi oxunan dəmdə,
Zaman qalıb çıxar qalmazdı qəmdə.
Yəni təntənə,
dəbdəbə, aydınlıq havası çalınan
zaman hamı özünü xoşbəxt sanar, insan
özünü zamanın qalibi, asudə adam sanır.
Başlarkən "Qönçeyi-kəbki-dəri"dən,
Kəklik qaqqıltısı gələrdi həmən.
Kəbk - kəklik, kəbki
- xoşxuram - gözəl yerişli kəklik yerişi gözəl
olan kəklik, kəbki canşikar - canalan kəklik, sevgili
canan. Bax.ə.f.lüğ. səh. 278.
Dər - təbiət
gözəlliyinin qapısıdır. Bax.ə.f.luğ. səh.144.
Demək, bu gözəllik
havası çalınanda sanki kəkliklər bu səsə səs
verirlər.
Sazı başlayarkən "Nəxririgana",
Salar zöhrələri tora, zindana.
Yenə də burada
şair sazın adını çəkir bu da sazın, barbədlə
eyniliyinə vurğulanır.
Yəni bu havada sanki
ulduzlar ram olunur, onlar vəsf olunur.
"Kini-səyavuşa" vuranda barmaq,
Səyavuş qanıyla dolurdu qulaq.
"Kini Səyavuş"
bir musiqi ahənginin adıdır. Şahnamə surətlərindən
biri olan Səyavuşun adı ilə bağlıdır. İran
padşahı Keykavusun oğlu Səyavuşun başı Turan
padşahı Əfrasiyab tərəfindən kəsilmişdir.
Keykavus və əfsanəvi pəhləvan Rüstəmi-Zal
onun qisasını almaq üçün "Kini Səyavuş"
deyə böyük müharibələrə girişmiş,
beləliklə də İran-Turan müharibələri bir az
da qızışmışdı.
Beytin mənası
"Kini Səyavuş" havası çalındıqca
onlar böyük həvəslə qulaq asır və cuşa
gəlirdilər.
"Kimi içər"inə açanda meydan,
Qisasa başlardı təzədən cahan.
"Kini İrəc"də
bir musiqi ahənginin adıdır. Şahnamə surətlərindən
İrəcin adı ilə bağlıdır. Dəmirçi
Gavə Zöhhakı taxtdan salıb, Cəmşid nəslindən
Firudini taxtda oturtdu. Firudinin 3 oğlu oldu: İrəc, Turx və
Səlm. Firudinin Tur Səlm ilə birləşib
şahlığın yaxşı hissəsinə varis olan
qardaşları İrəci öldürmüşlər. Sonra
İrəcin oğlanları atalarının qanını
almaq üçün "Kini İrəc" deyə əmiləri
ilə müharibə aparmışlar.
Beytin mənası:
"Kini İrəc" havası o qədər gözəl
çalınırdı ki, eşidənlər qisas almaq
üçün cuşa gəlirdilər.
Səslənən zamanda o Bağı-Şirin,
Acı meyvələr də olurdu şirin.
Belə könül açan şux nəğmələrdən,
Pərviz üçün barbəd
çalırdı şən-şən.
Bir-birindən gözəl bu nəğmələrə,
Əhsən! Əhsən! Dedi Xosrov yüz kərə.
Barbədin çaldığı hər bir pərdəyə,
Şah tamam bir xəzinə verdi hədiyyə.
Bütün bunlar
göstərir ki, barbəd çalğısı (saz)
dövrünün, yəni hələ XII əsrdə musiqi alətlərinin
şahı olmuşdur. Onun 72 yox, 100-dən yuxarı havası
olmuşdur ki, bunların 30-u şahların həyat tərzini,
onların idarəçilik əlamətlərini özündə
əks etdirmişdir.
Dil açıb incə bir qəzəl deyərkən,
Şah qızıl bəxş edib deyərdi əhsən!
Bu beytdən aydın
olur ki, hələ XII əsr və ondan əvvəl qəzəllərdən
oxumalarda istifadə olunurdu. Əgər qəzəllər
oxunurdusa, demək, muğam üstündə oxunurdu.
"Kini İrəc"də
bir musiqinin adıdır. "Şahnamə" surətlərindən
biri olan Səyavuşun adı ilə bağlıdır. İran
padşahı Keykavusun oğlu Səyavuşun başı Turan
padşahı.
Hər pərdə barbəd çalsa bir məqam,
Şah xələt
verirdi mirvari tamam.
Burada məqam sırf
muğamla bağlı olan sözdür və ya fikirdir. Bəzi
türk xalqlarında muğam "makam" və ya "məqam"
kimi ifadə olunur.
1. "Muğ" Nuhun nəsli, kökü olan atəşpərəst
deməkdir.
2. Amm - xalq, kütlə, toplu deməkdir.
3. Muğamat - atəşpərəstlərin hüzn
yerində, ələm yerində ifa etdikləri ağılar,
zikrlər deməkdir.
Muğam ilkin olaraq
İbrahim dininin təbliğatçıları olan zahidlər,
dərvişlər tərəfindən məhz zikrlərlə,
ağılarla oxunmuşdur. Allahın və peyğəmbərlərin
vəsfi kimi ortaya çıxmışdır.
"Məqam"
sözü də məhz bunlarla bağlı ortaya
çıxmışdır. Məqam sözünün
lüğəti mənası dediklərimizi tam təsdiq edir.
Şairin fikirlərində də bu məsələ öz təsdiqini
tapır.
1. Məqam - daynılan yer, duracaq məkan və
rütbəyə mənsub. Bax. ə.f.lüğ. səh.336.
Hər pərdə barbəd çalsa bir məqam,
Şah xələt
verirdi mirvari tamam.
Demək, muğamda
rütbə sahibləri ali məclislərdə vəsf
olunanda şah mirvarilər bəxş edərdi
ifaçıya. Muğam da məhz ilkin olaraq məqamla
bağlı ali mənsəb sahiblərinin vəsfi ilə
başlanmışdır. Həmin ali mənsəb sahibləri
ilkin olaraq Allah, onun peyğəmbərləri, nəhayət,
sonda adil padşahlar olmuşdur. Dayanılan yer, duracaq məkan
isə ali mənsəb sahiblərinin barigahı olmuşdur. 7
ana muğam adları fikrimizə təsdiq gətirir.
Sonda isə dahi şair
çox müdrikcəsinə işarə edir ki,
ifaçı muğamı, ifaları ali mənsəb sahiblərindən
olan şahlara yox, hümmət sahiblərinin vəsfinə
yönəltməlidir. Çünki ilkin svilizasiyanın
inkişaf yolunu, ədalətli yolunu məhz hümmət
sahibləri göstərmişdir. Şahlar isə bu yolu
öz mənafeləri naminə dəyişdirmiş, xalqı
əziyyətli yollara aparmışdır.
Bu gün nə qədər desələr, əhsən!
Bir yun
paltar belə görməyəcəksən.
Sən yüksək hümmətdən başını
dik tut,
Hər bir
afərini xələti
unut.
Dahi şair bununla bildirmək
istəyir ki, avaz, səs insana haqqa çağırış
üçün verilib. Bu səs haqqa gedən, ona bağlanan
səda yoludur. Ondan mənfəət xatirinə istifadə
edib məddahlıq yolu tutmamalısan.
Fikrimizin təsdiqini
tapmaq üçün şairin fikirlərinə yönələk.
Bir neçə xəzinəni şaha verərkən,
Bir saman çöpü də istəmədim mən.
Bu bəsdir ki, dünya sözümdə doldu,
Dəryalar, mədənlər mənimki oldu.
Şair böyük
duyğularla bildirir ki, ey barbəd, çalan sən məddahlıqla
axirətdə bir yun paltarda ala bilməyəcəksən. Mən
təmənnasız, şahlara əyilməyən söz dənizimlə
axirət dəryalarına sahib olacam.
Nizami, zahidlik xələtini sən,
Qızıl xələtlərə heç dəyişməzsən.
Belə bir xələti boynuna salan,
Bütün başçıların
başıdır, inan!
Bəli, musiqi haqqa
çağırış yoludur.
Şakir Qabissanlı
Həftə içi.- 2010.- 8 dekabr.- S. 7.