QIZILGÜL
SAGLAM OLUN!
QIZILGÜL (Rosa spp.). Orta əsr
təbabətində və
ətriyyatında geniş
istifadə olunurdu.
Məhəmməd Mömin yazır
ki, gülab (qızılgül suyu) içmək ürək xəstəlikləri və
ciyərlər üçün
xeyirlidir və insanı gümrahlaşdırır.
Qızılgül baş, göz
və qulaq ağrılarında tətbiq
edilir. Qızılgül ləçəkələrinin
həlimi ilə ağız yaxalansa, damaqları möhkəmlədər.
Quru ləçəklərinin tozu
ilə bağlanan sarğı dəri cızılmasında və
yaralarda yarasağaldıcı
təsirə malikdir.
Qızılgülün tər
ləçəklərinin kompresi dəriyə daxil olan metal əşyaları və tikanları özünə
çəkir. Qızılgül toxumunun həlimi ishal və qanqusmada
xeyirlidir. Toxumlarının həlimi və yarpaqlarından hazırlanmış
şam uşaqlığı
möhkəmləndirir. "Töhfətül-möminin" (1669 il) əsərinin
müəllifi yazır
ki, həddindən artıq qəbul edildikdə qızılgül
cinsi orqanlara ziyan edir və
susuzluq əmələ
gətirir. Bunun qabağını anis alır. Tər ləçəklərinin qədəri
31 qram, quru ləçəkləri 12 qram,
həlimi isə 24 qram qədər olmalıdır.
Məhəmməd Yusif Şirvani
1712-ci ildə yazırdı
ki, gülab sidikqovucu təsirə malikdir, qızdırmanı
salır, susuzluğu dəf edir, gümrahedicidir. İbn Sina yazır ki, qızılgül ləçəklərindən hazırlanmış bal mürəbbəsi (güləngübin,
yaxud cüləncübin)
mədəni möhkəmlədir və
həzm üçün
xeyirlirdir. Qızılgül
yağı məlhəm
şəklində yoğun
bağırsaqda olan ağrıları sakit edir. Onu bağırsaq
xoralarında içmək
xeyirlidir. Azərbaycanda
tər qızılgül
ləçəklərini qəndlə
qarışdıraraq "gülqənd"
adı altında bir kütlə hazırlayırlar ki, bu da öskürəkdə,
vərəmdə və
revmatizmdə kara gəlir.
Həftə içi.- 2010.- 8 dekabr.- S. 8.