Türk xalqlarının malik olduğu mədəniyyət bütün dünyanı heyrətə salır

 

Azərbaycan paytaxtındakı Muzey Mərkəzində "Türkdilli xalqların musiqi alətləri" mövzusunda beynəlxalq simpoziumun açılışı olub. Tədbir Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, TÜRKSOY Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən birgə təşkil olunub. Açılış mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərinin ümumi fərqli əlamətlərinin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsidir. Nazirin sözlərinə görə, tədbirdə məqsəd yeni yanaşmalar qiymətləndirmələr, yox olmuş alətlərin bərpası, mühafizəsi, pedaqogika ifaçılıq məsələlərinin müzakirəsidir. "Türk xalqları hər zaman çox böyük qədim mədəniyyətə malik olub. Tarixin heç bir dövründə türk xalqları kiminsə mədəniyyətini mənimsəməyib, çünki malik olduğumuz mədəniyyət bütün dünyanı heyrətə salır. Ancaq tarix boyu türk xalqlarının mədəniyyəti daim başqaları tərəfindən mənimsənilib, özününküləşdirilib". TÜRKSOY-un baş katibi Düsen Kasinov isə Azərbaycana bu tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təşəkkürünü bildirib. Dekabrın 17-də işini davam etdirəcək simpoziuma TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa Asiyanın bir sıra alim filosofları qatılıb.

 

 

Həftə içi.- 2010.- 17 dekabr.- S. 7.