Ermənilərə daha bir zərbə

 

15 il ərzində çapa hazırlanan 7 cilddən ibarət olan fundamental kitab erməni terrorizminin iç üzünü açır

 

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Şöhrət Səlimbəyli Xankəndində doğulub, böyüyüb, ərsəyə gəlib, Qarabağın suyunu içib, havasını udub. Ermənilərin nankorluğunu hələ uşaqlıq illərindən duyub onların məkrli, iyrənc hərəkətlərini, əməllərini görüb. Məlum Qarabağ hadisələri zamanı gənc alim Ş.Səlimbəyli elmi fəaliyyətini dayandıraraq könüllü cəbhəyə, döyüş bölgəsinə yollanıb. Əlinə silah götürüb 2 ilə yaxın erməni faşistləri ilə vuruşub. Bir tədqiqatçı, alim kimi Şöhrət Səlimbəyli erməni vandalizmini, onların təcavüz hərəkətlərini, ikiüzlülüyünü, xalqımızın başına gətirdikləri faciələri, soyqırımı qələmə alıb onları yazıb kitab halında ingilis rus dillərində çap etdirərək dünyanın bir çox ölkələrinə yayıb, təbliğ edib. Onların kimliyini qələmi ilə dünya xalqlarına çaldırıb. Ş.Səlimbəylinin Nizami Zamanov Rauf Əliyevlə birgə yazdıqları "Terrorizm - qan çilənən torpaqlar" nəfis üsulla çap olunmuş bu kitab da, məhz adından göründüyü kimi, bu qəbildəndir. 7 cilddən ibarət bu kitab 15 ildən çoxdur çapa hazırlanır. Artıq 2 cildi işıq üzü görüb. Bu kitabı vərəqlədikcə bir daha əmin olarıq ki, terrorizmin vətəni , milləti , dini mövcuddur. Ş.Səlimbəyli erməni terrorçularının Dağlıq Qarabağda olan təcavüzünü yalnız onların bu torpaqda törətdikləri iyrənc hərəkətlər, mülki şəxsiyyətlərə, yaşlılara, uşaqlara, qadınlara qarşı etdikləri ağlasığmaz vəhşilikləri göstərməklə bitmir, hər şeydən əvvəl tarixi cəhətdən yerləri, yurdları dəqiq olaraq müəyyən edilmiş erməni siyasətçilərinin torpaqlar zəbt etməsi  "Böyük Ermənistan" dövləti yaratmaq xəyalı ilə yaşamalarını göstərmək bu yolda fanatizmə tutularaq hər bir cinayətə, vəhşilik terrorizmə elə haqq qazandırmalarını sübut edir. Dağlıq Qarabağın coğrafi ərazisini, etnik tərkibini, iqtisadiyyatını, sosial-mədəni dəyərlərini, tarixi mədəniyyət abidələrini, florasını, faunasını dərindən bilən alim Ş.Səlimbəyli eyni zamanda təcavüzə məruz qalmış bu bölgənin ermənilər tərəfindən bir məzarlığa çevrildiyini, abidələrin, muzeylərin, məscidlərin, məktəblərin, mədəniyyət mərkəzlərinin, hətta məzarlıqların da yox edilməsini, dağıdılmasını konkret faktlara əsaslanaraq oxuculara çatdıra bilib. O cümlədən 1905-ci ildən günümüzə qədər "Daşnaksütyun" terrorçularının Azərbaycanın bu ya digər bölgələrində Naxçıvanda, Zəngəzurda, Şamaxıda, Bakıda, Ağdamda, Şuşada, Gədəbəydə, eyni zamanda İrəvan quberniyasında, Eçmiədzin qəzasının Uşa Azəri kəndində, Kötüklü, Qoşabulaq, İrğu kimi kəndlərdə törətdikləri vəhşilikləri konkret olaraq bütün təfsilatı ilə oxuculara çatdırıb. Bu çirkin siyasətin davamını hətta Gürcüstanda, Tbilisidə həyata keçirməkdən çəkinməyən erməni terrorçuları orada da azəri türklərini sıxışdırır, qətlə yetirir, öz soyqırım siyasətini fasiləsiz olaraq davam etdirməkdən çəkinmirlər. Kitabda P.Şubinskinin xatirələrinə əsaslanaraq, qətlə yetirilmiş insanların siyahısında knyaz M.A.Nakasindze, G.Takayaşvili, Əlixanov, Pavlov, Neşanski, Boquslavski, vitse-qubernator (mer) Andreyev, polkovnik Vikov başqalarının adlarını görə bilərik. Bu fakt bir daha onu göstərir ki, erməni terrorçuları öz ideologiyasını gerçəkləşdirməkdən ötrü heç bir milli sərhəd bəşəri əxlaq normalarını tanımır. Kitabda eyni zamanda Fransada bir çox türk diplomatiyalarının qətlə yetirilmələri barədə məlumatlar var. Kitabda məşhur elm adamı, professor Erçüment Kuran amerikalı bir missionerin verdiyi açıqlamalara əsaslanaraq "soyqırım" zamanı 80.000 deyil, sadəcə 30 nəfər günahkar erməninin öldürülməsi faktı da yer alıb. Kitabda o da vurğulanır ki, erməni xalqı, nəhayət ki, əvvəl-axır milli fəlakətə, kütləvi psixoloji pozğunluğa apara bilən təhlükəli oyunlarını dərk edib, qonşuları ilə sülh, xoş münasibət, demokratiya prinsipləri içində yaşamaq kimi doğru bir yolu seçməyə üstünlük verəcək. Ş.Səlimbəyli onu da bildirir ki, terrorizmlə əlaqəli araşdırmalarını davam etdirmək niyyətindədir.

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2010.- 21 iyul.- S. 7.