BAĞAYARPAĞI
SAGLAM OLUN!
İltihab əleyhinə
antiseptik təsir göstərir, bronx vəzilərinin
sekresiyasını artırır, bəlğəmi
yumşaldaraq tənəffüs yollarından
evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə
mədə sekresiyasını artırmaq xüsusiyyəti var.
Həmçinin kəskin və xroniki laringit, bronxit, bronxial
astma, xroniki qastrit, mədə və onikibarmaq
bağırsağın normal və ya sekresiyanın
azalması ilə müşayiət olunan xora xəstəliyində,
xroniki enterit, kolitdə təyin olunur. Astma üçün də
xeyirlidir. 1 xörək qaşığı quru və ya təzə
böyük bağayarpağının üzərinə 1 stəkan
qaynar su tökərək 15 dəqiqə saxlayıb
süzürlər. Ondan gündə 4 dəfə yeməkdən
əvvəl 1 xörək qaşığı qəbul edirlər.
Belə resept də istifadə etmək olar: 3 xörək
qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək
qaşığı balla və ya şəkər tozu ilə
qarışdıraraq 4 saat bağlı qabda isti plitədə
qızdırırlar. Bu şərbətdən gündə 4
dəfə yeməkdən 30 dəqiqə əvvəl 1
çay qaşığı qəbul edirlər.
Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində
bəlğəmli öskürəyə qarşı bir vasitədir.
Həmçinin bronxial astmada və vərəmdə istifadə
edilir. Aterosklerozun müalicəsi zamanı da istifadə olunur.
1 xörək qaşığı xırdalanmış quru
bağayarpağı üzərinə 1 stəkan qaynar su
tökürlər. 10 dəqiqə saxladıqdan sonra
süzürlər. Dozanı 1 saat ərzində qurtumlarla
içirlər. Belə resept də istifadə etmək olar: tər
yarpaqları diqqətlə yuyurlar, kəsərək
şirəsini çıxarırlar. 1 stəkan şirəni
həmin qədər balla qarışdıraraq 20 dəqiqə
qaynadırlar. Onu gündə 2 - 3 xörək
qaşığı qəbul edirlər. Sistit zamanı isə
2 çay qaşığı bağayarpağı
toxumlarından yuyurlar, üzərinə 1 stəkan qaynar su
tökərək 10 dəqiqə saxlayırlar. Acqarına
1 çay qaşığı
qəbul edirlər.
Həftə içi.- 2010.- 3 noyabr.- S. 8.