Türk dünyasından şeir çələngi

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi "Kitablı dünya" layihəsi çərçivəsində daha bir nəşr gerçəkləşmişdir. Üç cilddə nəzərdə tutulan "Türk dünyası (yeni nəsil) şeir antologiyası"nın işıq üzü görmüş I cildində (Vektor, Bakı, 2010) ədəbiyyata ötən əsrin 80-cı illərindən sonra gəlmiş türk ellərinə məxsus 58 şairin şeirlərindən seçmələr daxil edilmişdir. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Kıbrıs, Çuvaşıstan, Tatarıstan, Yunanıstan, Bolqarıstan, Kosova, Xakasiya, Qaqauz, Krım, Balkarya, Kərkük, Əfqanıstan, Makedoniya şairlərinin say-seçmə əsərlərini Rəsmiyyə Sabir tərtibləmiş, digər türkcələrdən şeirləri Azərbaycan dilinə Ə.Qoşalı, R.Sabir, E.İskəndərzadə, O.Hacımusalı, T.Musayeva uyğunlaşdırmışlar. Layihənin rəhbəri Əkbər Qoşalıdır.

 

 

Həftə içi.- 2010.- 30 oktyabr – 1 noyabr/ 30 oktyabr.- 5 noyabr.- S. 2.