Ağ tut
SAGLAM OLUN!
Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox
olduğu üçün),
maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici,
sidikqovucu və bəlğəmgətirici
təsirə malikdir. Azərbaycanda ağ tutun bəhməzindən
qaraciyər və qan azlığı xəstəliklərində
geniş istifadə edilir.
Yarpaqlarının çayı avitaminozda
(qidada vitaminlərin azlığı nəticəsində
törəyən xəstəlik) ümumi
qüvvətləndirici kimi məsləhətdir.
Müəyyən edilibdir ki,
yarpaqlarından hazırlanan dərman şəkəri
aşağı salmaq təsirinə malikdir. Çin xalq təbabətində köklərinin
qabığı hipertoniya xəstəliyində,
bronxitdə və bronxil asmada
istifadə edilir. Yarpaqlarından
hazırlanan dərman hərarətsalan, gövdəsinin
qabığından hazırlanan isə yarasağaltma
xassəsinə malikdir. Qara
tutun meyvələrində dəmirin
miqdarı 6,5%-ə çatır. Ağ tut kimi istifadə edilir. Gürcü xalq təbabətində qara tutun yetişməyən
meyvələri ishalda, yetişmiş
meyvələrinin çayı tərlədici, sidikqovucu və zəif işlədici kimi istifadə edilir. Şərq
xalq təbabətində də tutun meyvələrindən, yarpaqlarından və
köklərinin qabığından geniş
istifadə edilir. Tutun
yarpaqları hərarət salan, sakitləşdirici
və iltihab əleyhinə vasitə kimi istifadə edilir.
Gündəlik norma 100 q-dır. Bronxiti
müalicə etmək üçün tut ağacının köklərinin
qabığından hazırlanan dərmandan istifadə edilir. Ürək xəstəliklərində,
şəkərli diabetdə və həddən artıq
kökəlmədə (piylənmədə) tutun
meyvələri məhdudiyyət qoyulmadan yeyilir. Bundan başqa, bütün xəstəliklərdə
tutun yarpaqlarından və köklərinin
qabıqlarından da istifadə edilir. Maddələr mübadiləsinin
pozulmasından piylənmədə xalq təbabəti
tut yeməyi məsləhət görür. Tut
ağacının qabıqlarının və köklərinin
arağı və ya cövhəri
(çayı) hipertoniyanı müvəffəqiyyətlə
müalicə edir. Cövhəri çay kimi
hazırlanır və bal ilə məhdudiyyət
qoyulmadan içilir.
Qanazlığında tutun meyvələri
çox faydalıdır. Ən
yaxşısı isə qara tutdur. Orqanizm zəif,
ürək xəstə, təzyiq aşağı olanda yayda tutun
təzə meyvələri, qışda isə doşabı,
mürəbbəsi, qurudulmuşunun kompotu istifadə edilir.
Həftə içi.- 2010.- 5 noyabr.- S. 8.