Yerkökü

 

SAGLAM OLUN!

 

Yerkökü iflic riskini azaldır. Xüsusilə qadınlarda. Belə ki, həftədə 5 dəfə yerkökü qəbulu infarkt, iflic kimi xəstəliklər riskini 68 faizə qədər azalda bilər. Bundan əlavə, yerkökü yaşla bağlı gözdə yarana biləcək zəif görmədən qoruyur. Bu tərəvəz həm xərçənglə mübarizədə, boyun üzdə olan qırışların azaldılmasında istifadə edilə bilər. Mütəxəssislər qan azlığından əziyyət çəkənlərə kök yeməyi məsləhət görür. Qanını artırmaq istəyənlərə gündə 1 dəfə yerkökü suyu içmək, onu sürtgəçdən keçirərək ya bütöv yeməyi məsləhət görülür. Tərkibindəki "A" başqa vitaminlər qaraciyəri qüvvətləndirir, immuniteti gücləndirir, zərərli maddələrin bədəndən xaric olmasına kömək edir. Aclıq pəhrizləri zamanı ilk növbədə yerkökü şirəsi içirlər. Yerkökü şirəsi çox xeyirlidir tərkibində böyük miqdarda "A" vitamini var. "A" vitamini isə hemoqlobinin normal səviyyəsini təmin edir. Həmçinin orqanizmin infeksiyalara müqavimətini artırır, ürəyin, böyrəyin, qaraciyərin işini normaya salır, görmə qabiliyyətini artırır. Bir pay şirə almaqdan ötrü sizə 5 - 6 orta ölçülü yerkökü lazım olacaq. Bundan əlavə, yerkökü şirəsini digər meyvə tərəvəzlərin şirələri ilə qarışdırıb içmək olar. Qarışıq şirə reseptləri dietoloq həkimlər tərəfindən məsləhət görülüb həm dadlı, həm xeyirlidir. 1. Yerkökü, baş kələm alma qarışığı şirəsi (Hazırlanması üçün 3 orta ölçülü yerkökü, 100q kələm yarım alma götürürsünüz). 2. Yerkökü, çuğundur alma qarışığı şirəsi (3 yerkökü, 100 qram çuğundur yarım alma). 3. Yerkökü şirin istiot qarışığı şirəsi (3 yerkökü, 1 şirin, qırmızı istiot). 4. Yerkökü alma qarşığı şirəsi (4 yerkökü, 1 alma). 5. Yerkökü narıncı qarışığın şirəsi.

 

 

Həftə içi.- 2010.- 11 noyabr.- S. 8.