KİVİ
SAĞLAM OLUN!
Kividə olan serotonin maddəsi stressi azaldır, inozitolin isə depressiyanı aradan qaldırır. Bundan əlavə, kivinin
tərkibindəki bu maddələr diabetli xəstələrdə şəkərin
səviyyəsinin normallaşdırılmasına
da müsbət təsir göstərir.
Doktor Çanginin sözlərinə
görə, kivi özəlliklə C və
E vitaminləri ilə
zəngindir. Onun tərkibində
potasium və maqnezium da var. Kivi özəlliklə havaların soyuması ilə birlikdə astma, qrip kimi
rahatsızlıqları olan
insanların C vitamini ehtiyacını aradan qaldırmaq baxımından
ən xeyirli meyvə sayılır.
Kivi həm də təbii laksatif özəlliyi səbəbindən
yatalaq xəstəliyinə
tutulan insanların dözümlülüyünü artırmaqda da böyük fayda verir. Həkimlər bu xüsusiyyətinə
görə qəbizliyi
olan insanlara da daha çox
kivi yeməyi məsləhət görürlər.
Son araşdırmalara görə, gün ərzində 2 kivi yeyilərsə, bu, bədəndəki ziyanlı
xolesterini azaldır, yaxşı xolesterinin miqdarını isə artırır. Özəlliklə aspirin təsirinə məruz qalan ürək xəstələri üçün
bu meyvənin qəbulu məqsədəuyğun
hesab edilir. Mütəxəssislər bildirirlər ki,
kivi alarkən bir neçə amilə diqqət yetirmək lazımdır.
İlk olaraq bərk kiviləri alıb onu evdə yetişkən
hala gətirmək daha məqsədəuyğundur.
Əgər yeməli vaxtına çatmış
kivi almaq istəyirsinizsə, bu zaman limon
yumşaqlığında olan
kiviləri almaq məsləhətdir. Çünki bundan çox yetişmiş kivilər öz təsirlərini itirir, hətta fəsadlar da yarada bilir.
Həftə içi.- 2010.-
19 noyabr.- S. 8.