YAŞIL ÇAY

 

SAGLAM OLUN!

 

YAŞIL ÇAY xərçəngə tutulma riskini azaldır. Yemək borusu xərçənginin kişilərdə 57%, qadınlarda 60% qarşısını alır. Müntəzəm içilərsə, prostat xərçəngini 3 qat azaldır. Antioksidansdır. Xolestrolu aşağı salır. Təzyiqi sabit hala gətirir. Qan şəkərini düzənləyir. Bakteriyaları, qrip virusunu öldürür. Ağız qoxusunun qarşısını alır. Stresi azaldır. Yorğunluqyuxulama halını ortadan qaldırır. Diş çürüməsinin qarşısını alır. Yaşlanmanı gecikdirir. Yaşıl çayın tərkibindəki maddələr göz xəstəliklərinə qarşı mübarizədə yardımçı ola bilər, HonqKonq universiteti tərəfindən aparılan ən son tədqiqatın müəllifləri belə deyir. Elm adamları təsdiq edirlər ki, yaşıl çayda rastlanan maddələr - belə ki, xəstəliyə qarşı güclü mübarizə xüsusiyyətləri artıq məlumdur - gözün toxumalarına nüfuz edir. Bundan öncə elm adamları oksigenin zərərinə qarşı bədəni qoruduğu güman edilən "katexin" adlı antioksidantların ağız yolu ilə mədə-bağırsaq sisteminə, oradan da gözə nüfuz edib-edə bilməyəcəyi barədə dəqiq bir məlumata sahib deyildilər. Bu göstərir ki, yaşıl çay geniş yayılmış göz xəstəlikləri üçün qoruyucu rolunu oynayır. Katexin , əsasən yaşıl çayda rast gəlinən fitokimyəvi birləşmələr, eləcə də digər vitamin C və E kimi antioksidantlar, lütein (sarı cisim piqmenti) və zeaksantin maddələrində göz xəstəliklərdən qorumaq qabiliyyətinin olduğu indi deyil, bundan neçə-neçə müddət əvvəl irəli sürülüb. Lakin bu nəzəriyyəni sübuta yetirmək baxımından aparılan ilkin tədqiqatdır. Burada göz bülluru (linza), tor qişası və toxumaların bu faydalı maddələri özünə necə hopdurmasından bəhs edilir. Qlaukoma kimi geniş yayılmış göz xəstəliklərindən qorunmağa yardım etməsi xüsusiyyəti yaşıl çayın artıq sübuta yetirilmiş sağlamlıq təsiri barədə uzun faydalar silsiləsinə əlavə bir üstünlükdür.

 

 

Həftə içi.- 2010.- 23 noyabr.- S. 8.