Azərbaycan KİV təmsilçilərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri yekunlaşıb

 

Kiprrklərinin ən sevimli ifadəsi Heydər Əliyevin "Bir millət - ikivlət" tezisidir

 

Azərbaycan media təmsilçiləri 2010-cu il 10-15 noyabr tarixlərində Şimali Kiprrkmhuriyyətində (ŞKTC) səfərdə olublar. Bu səfər Azərbaycantbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanındatləvi İnformasiya Vasitələrinin İnkişafınavlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Beynəlxalq media təcrübəsinin öyrənilməsi tətbiqi" layihəsi çərçivəsində həyata keçirilib.

Əsasqsəd beynəlxalq aləmdə və ətraf region dövlətlərində mövcud olan media təcrübəsinin öyrənilməsi, söz və mətbuat azadlığının inkişafı yönündə təcrübə mübadiləsinin aparılması olsa da, Azərbaycan media təmsilçiləri qardaş ölkənin müstəqilliyinin elan edilməsinin ildönümünə həsr edilmiş tədbirlərə qatılmış, ŞKTC-nin rəsmi qurumları ilə görüşlər keçirmişlər. Həmçinin ŞKTC-də ali təhsil müəssisələrində təhsil alan tələbələrlə görüşlərin təşkili də səfərin maraqlı hissələrindən olub. Səfər və onun yekunlarına dair maraqlı faktları Azərbaycan oxucusuna çatdırmaqla oxucuların əhəmiyyətli informasiyalar əldə edəcəklərinə ümid edirik. Məlumat üçün bildirək ki, səfərdə olan nümayəndə heyətinin tərkibi KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, "Olaylar"İA-nın rəhbəri Yunus Oğuz, "Trend" İA-nın baş redaktoru İlqar Hüseynov, "Ekspress" qəzetinin sahibi Müşfiq Səfiyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və "Oxu məni" qəzetinin baş redaktoru Emin Axundovdan ibarət olub.

 

ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşla görüş

 

Azərbaycan media təmsilçiləri səfərin ilk gününü Şimali Kiprrkmhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşla görüşlə başladı. R.Denktaşın ofisində keçirilən görüşdə öncə Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi haqda məlumat verildi. KİVDF-nin icraçı direktoru V.Səfərli R.Denktaşın bütün Türk dünyasında olduğu kimi Azərbaycanda da sevilən tarixi şəxsiyyət olduğunu söylədi. Bildirdi ki, məhz milli liderlər hər zaman xalqını istiqlaliyyətə qovuşdurur və bu istiqlaliyyəti qoruyub-saxlamağı bacarır: "Şimali Kipr Türk Cümhuriyyətinin artıq 27 yaşa gəlib çatması isə bilavasitə Rauf Denktaşın adı ilə bağlıdır".

R.Denktaş isə Azərbaycan KİV təmsilçilərinin ŞKTC-yə böyük heyətlə səfər etməsinimhuriyyətin qurulmasının 27-ci il dönümü ərəfəsində Kipr türklərinə ən gözəl bayram hədiyyəsi kimi qiymətləndirdi. Kipr adasının mövcud problemləri ətrafında fikirlərini bölüşən Denktaş qeyd etdi ki, Ermənistan - Azərbaycan münaqişəsinə münasibətdə olduğu kimi, beynəlxalq dairələr Kipr probleminə münasibətdə də ikili standartlar sərgiləyirlər: "Bu gün adanın türk tərəfinin sərt embarqolar altında saxlanılması, qarşı Rum tərəfinə isə hər cür dəstək verilməsi, onun Avropa Birliyinə üzv qəbul edilməsi bizim qarşılaşdığımız böyük ədalətsizlikdir". R.Denktaş Quzey Kıbrısın beynəlxalq təcriddən qurtarması üçün Türk dövlətlərinin dəstəyinə böyük ehtiyac olduğunu vurğuladı. O Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət - iki dövlətdir" ifadəsini səsləndirərək "Bu təkrarsız tezisi artıq "bir millət - üç dövlət" kimi ifadə etməyin vaxtıdır dedi. Görüşün sonunda V.Səfərli Azərbaycan nümayəndə heyəti adından R.Denktaşa nəfis şəkildə toxunmuş ipək xalça hədiyyə etdi.

 

ŞKTC prezidentirviş Əroğlu ilə görüş

 

KİV təmsilçilərininvbəti görüşü Şimali Kiprrkmhuriyyətinin prezidentirviş Əroğlu ilə oldu. ŞKTC prezidenti böyük heyətlə Kiprə gələn Azərbaycan media təmsilçiləri ilə görüşməkdən məmnun olduğunuylədi. O, ŞKTC-nin beynəlxalq aləm tərəfindən hələ tanınmamasını Kipr türklərinə qarşı beynəlxalq səviyyədə həyata keçirilən haqsız siyasət adlandırdı. Bu ədalətsiz siyasətin aradan qaldırılması yönündə Türkiyə dövləti kim, Azərbaycana da böyük inamla baxdıqlarını bildirdi.

KİVDF-nin icraçı direktoru V.Səfərli Azərbaycan dövlətinin cəmiyyətinin Şimali Kipr türklərinə hər zaman diqqətlə yanaşdığını prezident D.Əroğlunun nəzərinə çatdırdı: "Azərbaycan mümkün olduğu çərçivədə Şimali Kiprə dəstəyini ifadə etməyə çalışır. Təsadüfi deyil ki, Türkiyədən sonra ŞKTC-yə yalnız Azərbaycandan təyyarə reysi təşkil olunub. Bu gün bizim böyük bir heyətlə ŞKTC-ninmhuriyyət bayramına qatılmağımız bustəyin birmunəsidir. Arzu edirik ki, Şimali Kipr tezliklə dünya birliyi tərəfindən tanınsın bizim əlaqələrimiz üzərində olan bütün əngəllər aradan qalxsın". Görüşün sonunda V.Səfərli nümayəndə heyəti adından D.Əroğluna "Azərbaycan xalçası" hədiyyə etdi.

 

Nazirlərlə görüşlər

 

ŞKTC-nin ayrı-ayrı dövlət idarələrinin rəhbərləri Azərbaycan KİV nümayəndələrinin ölkəyə səfərinə diqqətlə yanaşırdılar. Səfər müddətində media msilçilərimiz ŞKTC-nin xarici işlər naziriseyn Özgürgün, Mülkidafiə Təşkilatının sədri Levent Akyıldız, Turizm Planlama Dairəsidiri Turqut Muslu, XİN İnformasiya Dairəsidiri Sermed Eminlə görüşdülər. Hər bir görüşdə iki qardaş xalq arasında əlaqələrin hazırkı vəziyyəti dəyərləndirildi, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirildi. Hər bir görüşdə dövlət rəsmilərinə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim olundu. Eyni zamandavlət rəsmilərinin adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafətlər təşkil edildi.

 

ŞKTC-nin aparıcı KİV-lərində görüş

 

Azərbaycan media təmsilçilərinin əsas görüş məntəqələrindən biri ŞKTC-nin KİV redaksiyaları oldu. Məlumat üçün bildirək ki, ŞKTC-də respublika miqyaslı 13 KİV redaksiyası fəaliyyətdədir ki, bunlardan da arasında iritirajlılığı və geniş auditoriyalı KİV qurumları olaraq Bayraq Teleradio Qurumu (ŞKTC-ninvlət teleradiosu), "Kıbrıs" Televiziyası (KTV) və "Kıbrıs" qəzeti daha çox tanınırlar. Ölkənin ümumi əhalisinin sayı baxımından (ŞKTC-nin 300 minə yaxın əhalisi var) dünya çapı ilə müqayisədə iritirajlı olmasalar da, Kiprdə media quruluşları ən son texnoloji yeniliklərin tətbiq edilməsi ilə diqqət çəkir. Adıçəkilən hər 3 redaksiyaya baş çəkən Azərbaycan media təmsilçiləri bu texnologiyalarla tanış olmaqla yanaşı, iki ölkənin media quruluşları arasında münasibətlərin qurulması yönündə müzakirələr aparıblar. Hər 3 KİV redaksiyasına Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim edilib.

 

Azərbaycanlı tələbələrlə görüş

 

ŞKTC-nin ali məktəblərini jurnalistika üzrə tədris prosesi ilə tanışlıq üçün ziyarət edən Azərbaycan KİV təmsilçiləri burada tədris prosesində istifadə edilən əyani vəsaitlərlə, xüsusi olaraq tələbə telestudiyaları ilə tanışlıqdan məmnun qaldılar. Kipr aliktəblərinin jurnalistika fakültələri həm də ölkə əhalisinə canlı xəbər çatdırılması prosesində birbaşa iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinin ŞKTC aliktəblərində qarşılaşdığı ikinci maraqlı fakt isə buradahsil alan Azərbaycanlı tələbələrlə bağlı olub. Demək olar ki, Kiprin hər bir ali məktəbində yüzlərcə soydaşımız təhsil alır. Həmçinin azərbaycanlı tələbələr bu universitetlərin həm təşkilatlanma, həm elmi səriştəsi ilə seçilən ən aktiv tələbələridirlər. Azərbaycan KİV təmsilçiləri ŞKTC-nin "Yakın Doğu Universiteti"n, "Uluslararası Kıbrıs Universiteti"ndə, Doğu Akdeniz Universitetində rəsmi görüşlərdən başqa buradakı azərbaycanlı tələbələrlə ayrıca görüş keçirdilər.

 

ŞKTC-ninmhuriyyət bayramında iştirak

 

Azərbaycan media təmsilçilərinin ŞKTC-yə səfəri Kipr Türk Cümhuriyyəti qurulmasının 27-ci ildönümünə təsadüf edib. Nümayəndə heyəti bu məqsədlə təşkil edilmiş rəsmi tədbirlərə qatılaraq əvvəlcə ŞKTC-nin paytaxtı Lefkoşada Cümhuriyyət günü ilə bağlı keçirilən hərbi paradda iştirak etdi. Sonra Girnə şəhərində Türk Şahinlərinin hava göstərilərinə tamaşa etdi. Səfərin sonunda isə ŞKTC prezidentinin Cümhuriyyət günü münasibətilə Girnə şəhərində "Merkuri" otelində verdiyi rəsmi qəbulda iştirak etdi.

 

 

Həftə içi.- 2010.- 20-22 noyabr.- S. 5.