Qız qalasının
açılmayan sirləri
I hissə
Deyilənlərə görə, pələng öz ovunun üstünə 3 dəfə
hücum edir, əgər üç hücum baş tutmursa, bir qəhrəman
kimi özünü acizlikdən kənar etmək üçün küsüb çıxıb
gedir. Bu ana
mövzuya qayıtmağımın
da səbəbi hörmət və pərəstiş etdiyim bir el qızının, ziyalı qızının
məndən 3 dəfə
xahiş etməsi oldu. Bildirdi ki, mən möhtəşəm, qürur
doğuran Qız Qalasının, Azərbaycanın
tarixi abidələrinin
şah incilərindən
olan bu qalanın
gözəllik doğuran
sirlərini səni - Şakir Qabıssanlının
təfəkkür süzgəcindən
süzülən görüntülərində
görmək istəyirəm.
Uşaqlıqdan bu qalanın
sehrindəyəm. Üçüncü xahişdə qorxdum inciyər məndən bu məğrur ziyalı qız, ona görə də razılıq verdim. "Həftə
içi" qəzetinin
baş redaktoru Sevinc xanımın xahiş və istəyindən doğuldu
sandım bu qeyri-adi yazı. Bu qalanın fəlsəfəi
qapısına çox
əllər uzanmış,
lakin əllər qapıya toxunmuş qapını açıb
içəri baxan olmamışdır. Bu qalanın sirri asanlıqla açıla bilən bir tənlik deyilmiş.
Nəhayət, Rəbbin verdiyi
görünməz və
dərkedilməz bir gücü ilə bu müqəddəs qalanın, sirlərlə dolu olan bu
qalanın qapısını
açmağa cəhd
göstərdim. Tapdığım inciləri geniş oxucu kütləsinə çatdırmağı özümə
borc bildim. Bu sirləri Azərbaycanın,
dünyanın əvəzsiz
dahiləri N.Gəncəvi
və Ə.Xəqaninin
fəlsəfi işığı
altında açmağa
cəhd göstərdim.
Qız Qalasının sirlərini
bunlarsız açmaq
mənim aləmimdə
qeyri-mümkündür. Məhz bu dahilərin fəlsəfəsindən doğan
fikirlərlə bu qalanın sirlərini açmaq olar və açmalı oldum. Səyahət edək bu əlçatmaz şairlərin
səmanı vəsf edən dünyasına.
Öncədən onu deyim ki, orta əsrlər
dövründə yazılan
əsərlər, oxunan
mahnılar (folklor) bayatılar, memarlıq abidələrinin əksəriyyəti
göy cisimləri ilə vəhdətdə yaradılmışdır. Fikrimizi təsdiq etmək üçün N.Gəncəvinin
"Yeddi gözəl"
əsərindən bir
sitat gətirək.
"Saraylar" o vaxtın astroloji anlayışına görə,
hər birinin öz rəngi olan və hərəsi
həftənin konkret bir gününü təcəssüm etdirən
7 planetə həsr olunmuşdur.
1. Yaşıl saray
- Ay - bazar ertəsi
2. Qırmızı saray
- Mars (Mərrix) - çərşənbə
axşamı (Məhz
bu baxımdan "Qız Qalası" Mars planetinin təcəssümü kimi
çərşənbə axşamına gəldikdə
isə Novruz bayramının çərşənbə
axşamlarının vəsfi
kimi inşa edilmişdir ki, bu da atəşpərəstlərin
tarixi zərurətinə
istiqamətlənir).
3. Mavi (göy) saray - Merkuri (Ütarid) - çərşənbə
4. Sənbəl rəngində
olan saray - Yupiter (Müştəre)
- cümə axşamı
5. Ağ saray - Venera (Zöhrə) - cümə
6. Qara saray -
Saturn (Zühəl - şənbə
7. Sarı saray -
Günəş - bazar
günü
(Yuxarıda yazdığım
Sənbəl rəng Hindistanda bitən ağacdır. Ən qiymətli stullar
bu ağacdan hazırlanırdı. Ona görə
də rəmz kimi tarixə düşüb və xalq mahnılarında da ifa olunur).
Beləlkilə, əziz oxucu, qalanın tikilməsinin
ilk işarətini bunda
qismən də olsa, təyin etdik.
Bu baxımdan
N.Gəncəvinin "Yeddi
gözəl"nin nəyə işarə edildiyini təyin etsək, pis olmaz. Onlarca ədəbiyyatşünasla söhbətdən aydın
oldu ki, "Yeddi gözəl" yeddi qızın vəsfi kimi verilmişdir. Ancaq şairin
şərtaltı sözləri
bunu qəti şəkildə inkar edərək yeddi gözəlin, yeddi müqəddəs planetə
istiqamətləndiyini özündə
əks etdirir. "İsgəndərnamə"də
yazılır: qədim
astronomiyaya görə,
yeddi planet olmuşdur.
(ardı var)
Şakir Qabıssanlı
Həftə içi.- 2010.- 20-22 noyabr.- S. 7.