Qız qalasının açılmayan sirləri

 

(Əvvəli ötən saylarımızda)

 

1) Yaşıl saray - (Ay) bazar ertəsi; 2) Qırmızı saray Mars (Mərrux) çərşənbə axşamı (məhz bu baxımdan Qız qalası Marsın timsalında ulduza və günəşə bağlı qala olmuşdur), çərşənbə axşamı - bunun da Novruz bayramı ilə əlaqəsi atəşpərəstliyə bağlanır) (Qırmızı rəngdə); 3) Mavi (göy) saray - Merkuri (Utarid) - Çərşənbə; 4) Sənbəl rəngində olan saray - Yupiter (Müştəri) Cümə axşamı. 5) Ağ saray Venera (Zöhrə) cümə günü. 6) Qara saray - Saturn (Zühəl - şənbə). 7) Sarı saray - Günəş - bazar günü.

 

Hətta buna aid kiçik film də çəkilib. Səndələ gəldikdə bu ad folklorda, xalq mahnılarında da öz yerini tapır.

 

Dərdin alım (xalq mahnısı)

Otağına səndəl düzüm,

Yar, sənsən iki gözüm.

 

1) Səndəl - Hindistanda bitən gözəl iyli və çox bərk ağac; 2) Səndəli, səndəl ağacından hazırlanmış stul, kürsü.

Qız kimi toxunulmaz, incə, zərif, gözəl qala isə buna hər hansı bir şəxsin şəxsi baxışı kimi qiymətləndirilməlidir. Bütün bunları ümumiləşdirəndə belə qənaətə gəlmək olar ki, "Qız qalası" haqqında elmi, sanballı bir fikir ortaya qoyulmamışdır. Məhz bu baxımdan Qız sözünün və ondan doğulan mahiyyətin arxasınca gedək.

Mifologiyada və folklorda bizim axtarışında olduğumuz qız, İlahə, Sənəm, Gülgəz, Çadralı qız, Qara qız, Nargilə, Şahsənəm və s. adlar fomrasında işıqlanmışdır.

"Abbas və Gülgəz" dastanında deyilir Abbas tərəfindən

 

Bir Sənəmə aşiq olmuşam

Desəm öldürərlər, deməsəm ölləm.

 

1) Sənəm - bütpərəstlərin sitayiş etdikləri heykəl və ya büt

2) gözəl sevgili

3) Sənəmmənzər - gözəl üxlü göyçək, sevgili. (Bax. ə.f.lüğ.səh. Bu İbrahim p.ə. ki, İlahi Sənəm Günəşə aşiq olub. Desə bütpərəstlər onu öldürəcək, ona görə ki, üzünü göyə tutduğu üçün bütpərəstliyin əleyhinə gedir.

Deməsə, İlahi sevgi, Allaha olan eşqi izhar olmasa dözməyib öləcək).

2-ci mahnıda "üç gül"

 

Yarın baxçasında üç gül açıbdır,

Ağ gül, qırmızı gül, bir də sarı gül.

 

Ağ gül burada ay, qırmızı gül ulduz, sarı gül bürada Günəş nəzərdə tutulur. Fikrimizi təsdiq etmək üçün 2-ci bəndə baxaq.

 

Ağca gülün qapısından baxmalı,

Qırmızı gülü dəstə-dəstə tutmalı.

Sarı gülü tər buxaq altından taxmalı.

 

Əlbətdə gülün qapısı olmur. Burada gül müqəddəslik və rəmzi xarakter daşıyır.

Ağca gül burada aydır. Kainata məhz ilkin olaraq ayın qapısından baxırıq. Qeyd etdiyimiz kimi ağ rəngdə saraylar ayın rəmzi-rəğbəti kimi tikilirdi.

Qırmızı gülü dəstə-dəstə tutmalı

Təbii ki, qırmızı dəstə gül ulduzlara işarədir. Sarı gülü tər buxaq altından taxmalı.

 

1) Sari-gedən, hərəkət edən.

2) Sari - sirayət edən, təsir edən. (Bax. ə.f.lüğ. səh. 535. Bu isə təbii ki, bizə həyat verən Günəş deməkdir həm də hərəkət edən).

Tər buxaq altında taxmalı qızıldan olan ayparadır ki, qızlar gəlinlər onu, tər buxaq altından boyunlarına asırlar. Baxın burada gül birbaşa ulduzlara işarə edilir.

Nəhayət, İbrahim qurbandır gülün üçünə. Sual olunur hansı İbrahimdir bu? İbrahim peyğəmbər deyilmidir bu? Bəli odur, ulduza üzünü tutmasının vəsfidir bu. İllah Sari (Sarı yox) gül.

 

1) İlah-Allah, tanrı

2) İlazə-qadın allah,sənəm.

3) İlahi-Allaha aid, allaha dair. Yerdə olmayan, yerdə tapılmayan. (Bax.ə.f.lüğ.səh 238).

Başqa bir mahnıda "Üç meyvə"

 

Meyvələrdən üç meyvə var üçüdə

balam yeməli,

Biri alma, biri heyva, biri nar.

Alma sənin, heyva da sənin, nar mənim

Balam, nar mənim.

 

Alma sənin, heyva da sənin, nar mənim. Sual olunur nə üçün nar mənim balam nar mənim. Nar günəşin bir adıdır. Alma deməli ulduz, heyva ay, İbrahim bunlarla razılaşmış, sonda nar mənim deməklə Günəşə üzünü tutub Rəbbin sənə şərik qoşulanlardan deyiləm. Deməklə bütpərəstliyi inkar edib, ilk dəfə bəşər tarixində Nuhdan sonra Rəbbə üzünü tutub Allahın varlığını ortaya qoyur.

 

Nəhayət 3-cü mahnı "Üç yol"

 

Yollardan üç yol var üçü də balam getməli

Biri yoxuş, biri eniş, biri düz.

Yoxuş sənin, eniş də sənin, düz mənim

Balam düz mənim.

 

Burada da yoxuş ulduz nəzərdə tutulur, eniş ay nəzərdə tutulur, düz isə ulduzla ayın arasında olan təbii ki, günəş nəzərdə tutulur.

Yoxuş (ulduzu), enişi (ayı) inkar etməklə Günəşdə dayanır. Bildirilir ki, Günəş həyat bəxş edən Allahın rəmzlərindən biridir. Baxın bu üç mahnıda Günəş necə lokonik şəkildə təsvir olunur. Qız-Sənəm sözünün bu bir mahiyyəti. Gülgəz və Abbas.

 

Ab-göz yaşı

Aba-əcdad, ata,baba.

As-nüfuzlu adam, mənbə, məxəz (Bax.ə.f.lüğ. səh-8-23). Abas (Abbas) dastanda məhz İbrahimin vəsfidir. Dastanın mahiyyəti onun keşməkeşlərinin mahiyyətidir. (Bunlar 1-ci dəfədir ki, açılıb işıq üzü görür).

Ümumiyyətlə, Abas sözü, adı indiyə qədər açılmayıb. Şirvan şikəstəsində deyilir.

 

Mən Abasam (Abbas) gəldim

burda qalmağa,

Şirin cana eşq odunu salmağa

 

Bəli, bu beyt İbrahim meracdan qayıtmasına işarədir. Yerdə bu eşq-Allah eşqi onun canına od saldı. Meracda ilk dəfə İbrahim p.ə. olub. Bu misalların sayını yüzlərlə çəkmək olar, buna dair istənilən qədər faktlar var, əlbəttə folklorumuzda Gülgəz isə. Gül müqəddəsliyə işarədir. Gəz-isə oda işarədir. (Avestada yazılır ilkin od Gəz (ənə) düşdü təbii ki, bu yerdə Atəşgah deməkdir. Od ilkin mənada göyə Günəşə bağlanır. Demək Abbas və Gülgəzin mahiyyəti İbrahimin Günəşə sevgisindən, bu yolda onun çəkdiyi əzablı yollardan bəhs edir. (Bütün bunların hamısı Qız adına, sözünə bağlanır).

 

"Çadralı qız"

 

Folklor nümunəsidir bu mahnı.

 

Ay çadralı qız,

Qalmışam yalqız.

Bayram axşamı,

Bəzənib hamı.

 

Təbii ki, Novruz bayramıdır bu baharın rəmzi Günəşdir çadralı qız. Yəni buludlarla, onların arasında olan günəş. (Buludlardır onun çadrası).

 

Qızlar durun yandırın şamı,

Nə gözəldir bayram axşamı.

Razı deyil bu qızın anası,

De neyləsin, bu suyun sonası.

 

Mücərrəddə fəlsəfəyə bağlanan lokonik işarələrə baxın.

 

Nə gözəldir bayram axşamı

Razı deyil bu qızın anası

De neyləsin, bu suyun sonası.

 

Təbii bu qızın anası deyəndə bütpərətslərə işarədir. De neyləsin bu suyun sonası dedikdə, işarə vurulur ki, suya (şərə) bağlanan qüvvələr, bütpərəstlər Rəbbə üz tutmağıma mane olur və məni incidirlər. Belə olan halda su-şər qüvvələri arasında olan bu müqəddəsliyə bağlanan adam neyləsin.

 

Bulaq başında,

Çatma qaşında

Aşiqəm sənə,

Çox gənc yaşımda,

Ay Çadralı qız, çadralı qız.

 

Bəli, bu Günəşə, çadralı qıza aşiq olan İbrahimdir ki, on beş yaşında ona vəhy gəlmiş, bütpərəstlər onu sehrbaz hesab etmişlər. Öldürmək istəyiblər lakin, buna nail ola bilməmişlər. İyirmi bir yaşından tərkidünya olub guşənişin olmuşdur. Gənc yaşında aşiqlik budur. Sonda otuz bir yaşında onu oda atmışlar.

 

Heyran boyuna,

Düşdüm oyuna.

Canım qurbandır,

Gözəl boyuna.

 

"Düşdüm oyuna" deməklə böyük qüvvə olan bütpərəstlik dünyasının girdabına düşüb aşiq. Ancaq buna baxmayaraq aşiq bildirir: "canım qurbandır sənə". Bəli dünya tarixində ilk dəfə İbrahim sonra da oğlu İsmayıl Rəbbə qurban veriblər özlərini.

Bütpərəstlərdir qızın anası (əcdadı) günəşə sitayiş etdiyinə görə oda atdılar onu, od dönüb gülüstana çevrildi. Rizvan mələyinin bazubənd göndərdiyinə görə, o oddan xilas oldu.

Rizvan - 1) islam əsatirində cənnətin köməkçisi və qapıçı mələyin adı; 2) behişt-

Bütün bunlar uydurma deyil, acı həqiqətlərdir. (mən belə düşünürəm)

"Qara qız" (xalq mahnısı)

 

Ay Qara qız, getmə sənə sözüm var,

Aləm bilir gözlərində gözüm var.

Ayaq saxla sənə gizli sözüm var,

Ay sənə sözüm var.

 

Qara qız - Böyük qız, qədim astronomiyaya görə, Günəş ulduzların ən böyüyü sayılırdı. (Bəli, budur qız qalasının bir rəmzi). Aləm bilir - yəni hamıya məlumdur ki, eşq, eşq dünyasının əsası, tacı "Leyli və Məcnun" meydana gəlmiş (dünyanın ilk Leylisi aydır, Günəşdir, Leyli - günəş və ay deməkdir bax.f.lüğ. səh.312-313).

 

Qara qız çıxıbdır dağın başına,

Xonçalar yığılıb qızın başına.

Mən qurbanam qara qızın qaşına,

Ay nənəm qaşına.

 

Günəşdir dağın başından boylanır. Xonçalar yox, xançalar olmalıdır. Xana oxunan nəğmələrə deyilir. Xançalar - oxuyanlar onu vəsf edir, onun eşqinə, sevinc bəxş edən şüalarına mahnılar qoşur, nəğmələr oxuyur.

 

Amman, aman mən ölürəm

 

Amman - xalq, kütlə deməkdir qara camaat. Artıq İbrahim dərdini camaata açır. Onun ilahi xəstəliyinin məqsədinə çatmadan öləcəyini bəyan edir.

 

Alırsan gəl al canımı,

Almırsan mən ölürəm.

 

(ardı var)

 

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2010.- 25 noyabr.- S. 7.