Qız qalasının açılmayan sirləri

 

(Əvvəli ötən saylarımızda)

 

III hissə

 

Qız qalasının daxili görüntüləri

 

Ya mənim istəyim doğulmalıdır, ya da mən ölməliyəm. Başqa yol yoxdur, ola da bilməz. Səni mən yar sevirəm. "Yar" Allaha deyilir ki, bu da fikrimizi təsdiq edir (min bilən, bir bilməyəndən canını qurtarsın).

 

"Stəkanın deşilsin"

 

Stəkanın deşilsin,

Suya ağı tökülsün.

Sizin bağın meyvəsi,

Bizim bağa tökülsün.

 

Əslində, "iskan" olmalıdır, yəni yüksəklikdə duran məskən. İskan - məskən saldırma. Əhali yerləşdirməklə bir yeri abadetmə. Bax. ə.f. lüğ. səh. 250. "Suya ağı tökülsün" - şərə, şər qüvvələrə zəhər verilsin, məhv olsun. Göy pərdəsi açılsın, cənnət görünməyən tərəfdən görünsün, oranın meyvələri, müqəddəslikləri bizim bağa tökülsün, yəni müqəddəsliyi dərk edib dünyanın idarəetməsini ona tərəf döndərək ya onun istəklərinə tabe edək.

 

Qaşı kamanım gəl-gəl

 

Bunlar isə aya, günəşə üz tutmağın vəsfidir.

 

"Qara zülfün"

 

Qara zülfün sal hər yana,

Gözlərin bənzər ceyrana.

Bir dənə zülfünü vermərəm,

Şəki, Şirvan, Səlyana.

 

Ay qız, mənə bir bax, bax.

 

Burada söhbət qız zülfündən yox, günəşin şüalarından, nurundan gedir. Yəni nurlu şüalarını yay hər yana. "Gözlərin bənzər ceyrana" - təbii ki, ceyran "Zənd Əvəstada" göstərilən ahu-məazdır. ("Avestada təhrif" olunub ahura-məzra deyilir). Ahu- məaz - müqəddəs sığıncaq yer olan atəşgahdır. Ona görə ceyran maral müqəddəs sayılır. "Bir dənə zülfünü vermərəm Şəki, Şirvan, Səlyana" - bu da ilkin müqəddəs məkan olan qədim Qabıssanın sonradan olan qədim Şirvanın ilkin xəritəsidir. (Qabıssanın ilkin adı olub: "Şam, Zəng, Gərd, "Ziyarilər", nəhayət, Qabıssan. Rus tarixçiləri isə bu yeri "Kabrıstan - Kabıstan" adlandırıb, yəni həqiqi mənası qədim Qabıssan deməkdir. (Qobustan yox).

 

Ay qız, mənə bax, bax.

 

Təbii ki, qız burada günəş nəzərdə tutulur.

 

Hərdən mənə bax, bax.

 

Yəni buludların arasında sayrışan günəşə işarə edilir (qız məhfumunun biri də budur).

 

"Ölürəm, ay ellər qızı"

 

Çini tuman viz-vizi,

Ölürəm, ay ellər qızı.

Dodaqların, yanağın,

Lalə kimi qırmızı.

Çini tuman viz-vizi.

 

"Çini tuman" - buludlardır lay-lay. Günəş ay da sanki onlar arasında rəqs edib aşiqə naz satır. Belə gözəlin vurğunu olmaya bilmirsən. Ellər qızı günəşdir.

 

Dodaqları, yanağı,

Lalə kimi qırmızı.

 

Axşamüstü günəşin qırmızı olmasına işarədir.

 

Başında şal badamı,

Mən alaram qadanı,

Ay ellər qızı.

 

"Başında şal" - badamı buludlara işarədir.

"Mən alaram qadanı, ay ellər qızı" - günəş və ay bütün ellərin, bütün dünyayanındır. Onlar hamının həyat mənbəyidir. Müqəddəs "qız" sözünün mənalarından biri.

 

"Sürməli qız"

 

Sudan gələn sürməli qız,

Çox incidir kuzə səni.

Elə naz ilə sən gəlirsən,

Aparırlar bizə səni.

 

"Sudan gələn sürməli qız" - günəşin vəsfi kimi verilir. "Çox incidir kuzə səni" - bütpərəstlərin səni danmasına işarə edirəm. Sənin naz ilə gəlməyini, yəni sənin gözəlliyini, qismətini, əvəzssiz varlıq olan mahiyyətini mən bilirəm. Məndən başqa bunu dərk edən yoxdur. "Aparırlar bizə səni" - bunu deməklə aşiq bildirir ki, bütpərəstlər səni danır, sənin gözəlliyini yalnız mən dərk edirəm.

Bəli, əziz oxucu, bu mahnıların sayını yüzə çatdırmaq olar. Ancaq günəşin vəsfinə yazılan mahnılar minlərcə olub, lakin az bir qismi bizə çatıb. Mənim bu mahnıları önə çəkməkdə məqsədim müqəddəs "qız" sözünün məhz günəş ulduzlarla bağlı olmağını sizə çatdırmaqdır. Yəqin ki, yazılarımda qismən olsa, buna nail oldum. Demək, Qız qalası dedikdə şəxs yox, bəşəri bir qız, bizə bütün dünyaya həyat mənbəyi olan qız, yəni günəş ulduz sistemi nəzərdə tutulmalıdır. Qız qalasının yazlış formasına gəldikdə bu, "Qız qala" () belə olmalıdır. Yəni "Günəş qala" deyilməlidir. Deməli, bu qala sığınacaq qalası yox, ulduzları öyrənən astronomik bir qaladır.

Rəsədxana ilkin olaraq dahi N.Tusi ilə bağlanan Marağa rəsədxanası deyil, həm də Şirvanşahlar dövlətinin böyük elmə bağlanan rəsədxanası da olmuşdur. Olmaya da bilməzdi. Qız qalasının giriş qapısı rəsədxana qapısıdır. Müdafiə qapısı böyük qalın olmalıdır. Folklorla bağlı son mahnıları da sizə çatdırmağı özümə borc bildim.

 

Göydə ulduz əllidir,

Əllisi də bəllidir.

Aşnabazlıq edənin,

Gözlərindən bəllidir.

 

Yəni göydə əlçatmaz və dərkolunmaz ulduz sistemi var. Bu sistemi yaradan Allahdır. Aşnabazlıq isə çoxluq təşkil edən (sitayiş mənasında) bütpərəstlərə işarədir. Yəni sizin Allahınız bu cansız soyuq bütlər deyil, ərşi fələkdə oturan, gözəgörünməyən, dərkolunmayan Rəbbinizdir. Başqa bir mahnı:

 

Nar-nar nargilə,

Durun gedək yargilə.

 

Nar - günəş deməkdir. Gilə isə tək, yəni əvəzsiz günəş. "Durun gedək yargilə" - (yar Allaha deyilib ilk dəfə) barmağı ilə göyə işarə edir ki, yar (Allah) göydədir ay bədbəxtlər, bu bütlərdən əl çəkiniz.

 

Nar-nar-nar əkdim,

Yanında gilənar əkdim.

 

Nar - günəş, yəni günəşə üzümü tutdum, gilanar isə ulduzlar nəzərdə tutulur ki, günəşin sanki kəməridir.

Əziz oxucu, buradan bir məntiqi nəticə çıxır: ulduza, günəşə, aya əvəzsiz mənəvi incilər yazan bir xalqın bu inciləri özündə əks etdirən maddi abidəsi olmaya bilərmi? Əlbəttə, yox. Deməli, Qız qalası bu mənəvi incilərdən doğulan bir qaladır. Göy yerin vəsfi kimi bu qala tikilmişdir. Qala sözünün özünə gəldikdə isə onun da tələffüzü düzgün vurğulanmır. Əslində, elmi nöqteyi-nəzərdən bu söz belə yazılmalı deyilməlidir.

 

1. Qalə - ərəbcə keçmiş zaman feli olub "dedi" mənasındadır (bəli, məntiq yerindədir, Qız qalası öz adı ilə mənasını bizə bildirir və ya üzünü bizə tutub deyir ki, mənim qiymətimi, mənamı hecalaya-hecalaya yox, intonasiya ilə deyin və vurğulayın). Bax. ə.f.lüğ səh 103.

2. Qalə - dördmənalı sözdür. 4-cü mənası möhkəm deməkdir. Bax. ə.f lüğ səh 116.

Qala sözünə bu lüğəti prizmadan yanaşsaq, Qız qalası öz məntiqinə bağlanan söz kimi özünü və dediklərimizi doğruldur.

 

Bu dərə buz bağladı,

Dibi yarpız bağlaldı.

Gəlin vurub oxladı, aman,

Yaramı qız bağladı.

 

Yəni bütpərəstlər İbarahimə yaralar vurmuşdu. Bu yaralardan o, yarpız kimi, saralıb-solmuşdu. Sonda isə ölümə məhkum edilmişdi. "Beyə" yəni günəşə beyət başlayanda artıq bütpərəstlik ölümə məhkum edildi. Bununla da onun 16 illik yaralarını "qız - günəş", günəşə sitayiş bağladı.

Beyt evi də (kəbə) məhz Azərbeycanda doğulmuşdur. Türk ozanı Ozan Arifin dediyi kimi:

 

Hüseyn bey, bu dünyada bir işe,

Yaramadan bu dünyadan köçmək yok...

Arif der ki, yakalayıb o çağı,

Hüseyn bey, aşacağız o dağı.

Azad Karabağı, hür Karabağı,

Göremeden bu dünyadan köçmək yok...

 

Bu şeir parçasında bey (günəş) olduğu kimi vurğulanır. Bay, Boy, Bey sözlərinin dürüst araşdırılmasının vaxtı çatmayıbmı? Qız qalasının məhz həqiqi adlarından biri "Bey qala" (Günəş qala) olmalıdır.

 

 

(Ardı var)

 

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2010.- 26 noyabr.- S. 7.