Qız qalasının açılmayan sirləri

 

(Əvvəli ötən saylarımızda)

 

Qız qalasının görünməyən tərəfləri

 

Zərdüştlərin ilkin dini məbədlərindən olan atəşgahın, odlar diyarının, "Avesta"da yazılan ilkin üç odun (atəşgah - Pirallahı və yanar dağ - Məhəmmədi. Bax. Ş.Qabıssanlı "Muğamat İbrahim geyğəmbər" kitabı) məkanının simvolu kimi "Qız qala" (Günəş qala) tikilmişdir. Təkcə ruslar deyil, qədim dövrdə avropalılar (yunanlar, romalılar, o cümlədən hindlilər) da müqəddəs ilkin od məkanı kimi buraya ziyarətə gəlmişlər. Məhz buna görə Azərbaycana "Odlar diyarı", "Günəşli Azərbaycan" deyiblər. Min illər üzə çıxarılmayan ilkin din İbrahim dini olub burada. Alban (peyğəmbər ocağı) təhrif olunmuş Qəbələ (Qəblə, Qabilə, yəni ana qiblə) adları bunları tam təsdiq edir. Hacıqabul xanəgahı, Safi Novruz, Kiş Udin xanəgahları olub. Bu nişanlar Qız qalasında da özünü əks etdirmişdir. Bu qala XII - XIV əsrlərdə tikilsə , onun rəmzi əlamətləri "Zənd Əvəsta" üzrə ("Avesta") atəşpərstliyə bağlanır. Göstərdiyim xalq mahnıları bunları tam təsdiq edir.

 

Getdim gördüm bağda yatıb,

Qara teli gülə batıb.

Məni yalqız qoyub yatıb,

Cüdey, cüdey, cüdey.

Bizim ellər otlu olur,

Qoyun yeyir, südü olur.

Yar söhbəti şirin olur,

Cüdey, cüdey, cüdey.

 

Cüdey - qütb ulduzu deməkdir. Bax.ə.f.lüğ. səh 766. Yüzlərcə, minlərcə olub mahnılar, hansı ki tam Zərdüştlərin həyat tərzini əks etdirib. İbrahim ilkin olaraq bütpərəstlərin əleyhinə çıxaraq Rəbbə üz tutub. Bunların rəmzi kimi dövlətin ələmlərindən biri kimi, Qız qalası inşa olunub. Təəssüflər olsun ki, xarici ölkə vətəndaşlarının buraya axıb gəlməsinin gen yaddaşı onlara lazımi səviyyədə çatdırılmayıb. Qabıssan qayalarında olan yeddi min işarə vaxtında oxunsaydı, Qız qalasının onların mirası kimi tikilməsi sadə zərurət kimi qarşılanardı. Bunları təsdiq etmək üçün Qız qalasının fəlsəfi elementlərini təhlil etməklə dediklərimizə aydınlıq gətirmiş olarıq.

1. Qız qalasının qapısı ilkin olaraq göstərir ki, bu qapı döyüş və bağlı qapı yox, sığınacaqla bağlı qapı yox, ulduzları tədqiq edən alimlər, fərdi adamlar qapısı kimi özünü göstərir. Qalanın arxasında yerdə olan nehrəyə oxşar küp isə göyün rəmzi kimi qoyulmuşdur. N.Gəncəvinin dediyi kimi:

 

Göy rəngli küpün altında qədər inləyək biz?

Könül quldurlarından qurtar öz yaxanı səng

 

Küp - göy, səma. Bax. "Sirlər xəzinəsi". Səh.169 (küp qəbirlərinin rəmzi budur). Qalanın daşlarının hörülməsi sağ sol qalalarda 40, 80, 99 laylar isə qədim dini mifologiyanın fəlsəfələridir.

 

İlhamla kamalın özünə yar seçibdir,

Evlənməyə hazırdır, qırx yaşına keçibdir.

 

Yəni sənin təbiətin ağlının gəlini ilə evlənmək istəyir, lakin o gərək gəlin üçün qırx il yığdığı məbləği başlıq versin. Sən isə indi cavansan, özünə başqa bir həqiqi dost tap, bu dost da yalnız ürəkdir.

Bu sətirlərdən görünür ki, insan təbiəti yalnız qırx yaşına çatanda yetkinləşir, heyvani hissiyyatdan, tamah və dünyəvi arzulardan uzaqlaşaraq ağılla birləşməyə müyəssər olur.

 

 

 (ardı var)

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2010.- 27-29 noyabr.- S. 7.