Qız qalasının
açılmayan sirləri
(Əvvəli ötən saylarımızda)
İnsan isə qırx
yaşına çatana qədər mənəviyyat aləmindən
çox şeylər itirir. Odur ki düşüncəli insan
gərək cavanlıqda mənəviyyatın qəsri olan
ürəklə dostluq etsin, təbiətin arzu və həvəslərinin
qabağını alsın (bax: "Sirlər xəzinəsi",
səh.169). Qız qalasında hörgülərin sayı 99
bir məna verir, 2 qüllə, 3 alçaq günbəz isə
bir yerdə edir 5 (cümə). Bu hörgülərin
sayının ayrılıqda fəlsəfi mahiyyətini Bilal
Şirvaninin "Leyli və Məcnun" əsəri üzrə
açmağa yönələk. Baxın görün ki
"Qız qalası" nə dərəcədə
sirli-sehrli bir abidədir (Bilal Şirvani: "Leyli və Məcnun"
əsəri, 2003, Bakı, "Azərnəşr"). Abidədə
Şirvanın ana mahiyyəti öndə durur:
1-ci halda -
"Əxi"lər kimdir? Əllah-Təala buyurub ki, onlar, yəni
"Şəməxi"-İL olanlar Əllahın xeyirxah
insanlarıdır. Mərdimazar yox, xeyirxah, yəni Seyid Yəhya
kimi şəxsiyyətli adamlar.
2-ci halda, yəni Əllah-Təala
buyurub ki: "Ey "Şəm", sən Əllahın
öyündə qəbulsan". Yəni Qobustan yox, Monqol-Tatar
söhbəti yox, Qobu yox, qəbulsan.
Ey "Şəm",
sən Əllahın öyündə qəbulsan. Yəni
Şəməxi elə bir şəmdir ki, Əllahın məhəbbətindən
əxi tək (əxi qardaş deməkdir) mayatutmuş cəm
ayədir.
Əlif, lam, mim təki
indi də "cəm ayə" məsələsi.
3-cü
halda, yəni Quranın surəsinin içindəki kimi, cəm
ayəsən. Söhbət burada "şəm"in
şöləsindən gedir. O şölə ki "cəmayə"
halında zikr edir Əllaha. Nur öz sahibini tanıyır. Bu
da ətrin şöləsi nur savabında.
4-cü halda Əllah-Təala
deyir ki, ey Rəsuliəllah, sən Əllaha uyğun bəndəsən.
O surətin hər an Meracda zikr içindədi. Mənə
layiqsən. Əllahın öyü dərgahında Merac bənd
olduğu yerdə "Qabıssan" olub. Adəm əleyhissəlamın
mülkü Qabıssandadır.
5-ci halda isə 2-ci
beytin qıfılbəndi - burada məna ətri
"Gülsüm dəniz"indən gedir (Xəzərin
ilkin adlarından biri "Gülsüm"dür). İzahatı:
Əllah-Təalanın yaratdığı məkanda - Haqq
torpağında, Qabıssanda suyun yaradıb, havası ilə
birlikdə atəşin cəm edib birgə məkanında. Yəni
"od, torpaq, hava, su" məsələsi "cəm ayə"
məsələsidir. İkinci beytdəki "cəm ayə"
ilə üçüncü beytdəki "cəm ayə"
arasında Haqqın dərgahı durur. Bu dərgah daxilindəki
iki beytin içində "99" batini behişt məsələsi
var (təsbeh dənələrinin rəmzi). Bu iki beyti həftənin
"cümə günü" qədər beş halda nəzərdən
keçirib qisməti hali olduq... Bu baxımdan "Qız
qalası":
Zahiri aləmin batini eşqi,
O məna mülkündə haqq minarəsən.
Qərar tutmaz idi hökmündə fərman,
Dügah aləmində bir
dübarəsən.
Daxili aləmin sədəf içrə ləl,
"Haqqın dəryası"nda dürr ifadəsən.
Şəmin şöləsinə
yığışmış idrak,
Dünya mülkü üçün bir fərrarəsən.
Pərvanə "şəm"indən kənara
düşməz,
Binəsi haqq hörmüş o bir qibləsən.
Canlı o aləmin tərkib hissəsi,
Şərti bu aləmdə o işarəsən.
"Ayinə mülk"ünün məntiq
açarı,
"İdrak"da qıfıldı, çat qərarə
sən.
Yaxşı olar gedib ordan gələsən,
Əlçatmaz dünyanı görüb biləsən.
Budur Qız qalasının fəlsəfi vəsfi.
Bəli, bu qala min illərin
mənəvi dünyasını özündə cəm edən
maddi, əvəzsiz bir abidədir. Qız qalasının təkcə mənəvi
dünyasından cildlərlə kitab yazmaq olar. Qız
qalası Türkiyə başda olmaqla bir çox ölkələrdə
Azərbaycanın isə bir çox bölgələrində,
o cümlədən Şamaxıda, Qarabağın bir
çox yerlərində vardır. Deməli, bunu ümumiləşdirdikdə
bəşəri bir simvol ortaya çıxır ki, bu da qədim
atəşpərəstlərin müqəddəs
saydıqları günəşin - "şəmin" rəmzidir.
Oğlan qala, Qız
qalaya gəldikdə isə bunlar döyüşlə, qabiliyyət
və məğlubiyyətlə bağlı olan qalalardır.
Bunlar
döyüşün nəticəsini bildirən işarə
qalalarıdır. Qızsan, yoxsa oğlan. Əgər qalibiyyət
varsa, sonrakılara, arxadakılara işarə olunur ki,
Oğlan qalada tonqal yandırmaqla arxayınçılıqdır.
Əks təqdirdə Qız qalası yandırılır.
Qız qalasının kərpiclərinin rənginə gəldikdə
isə bu 3 rəngi özündə birləşdirməklə
3 qüllə - uca, orta, aşağı (yan-yana üç
tikili) - bunlar günəş, ay və ulduzun rəmzidir. Ə.Xaqaniyə
görə:
Layiqdir göydəki üç bacı alsın,
Şeirini ləçəktək başına
salsın.
Və ya:
Üç bacı - 3
ulduz deməkdir. İnsan 3 pillədən sonra
yarandığı kimi, 3 kitabdan sonra nazil oldu dünyaya Quran
(3 pillə - camaat, nəbatət və heyvanat).
IV hissə
Qız qalasının
iki qülləsi, son yüksəklikdə iki dairə - bu,
"cövza" adlanır. Bu isə Ə.Xaqaninin əsərlərində
öz əksini tapır.
Kəsdi salxımımı qara oraqla,
Qəzavü-qədərdən dərs alan cövza.
Cövza istər
qayaüstü rəsmlərdə, istərsə də
Qabıssan xalçalarında xüsusi yer tutur və
xüsusi məna daşıyır. Bu, ulduzşünaslıqda 12
bürcdən biridir. Həm əkiz uşaq, həm də
bitişdirilmiş qövs (oraq) şəklində göstərilir.
İnsanların bir kökdən olmasına işarədir. Yəni
Adəmin nəsli məhv olandan sonra Nuhun törəməsindən
ibarət olmasının göstəricisidir. Yadda saxlamaq
lazımdır ki, tarixə görə Adəm, gücə
görə isə İbrahim birincidir. Çünki o,
insanları yeganə olaraq Allaha, Rəbbə tərəf
döndərdi ki, onun da vətəni dininə görə
adlandırılan Azərbaycandır. Qabıssan qayalarında
qövslə yanaşı, ağac şəkli də var ki, bu
da bəşəriyyətin şəcərəsidir, yəni
dünya buradan təkan almışdır. Təsdiq
üçün baxaq xalq mahnılarına.
"Pinəçi mənəm" xalq mahnısı
Pinəçi mənəm, pinəçi mənəm,
İşləmişəm mədarım keçmir,
ay aman (aman - xalq deməkdir).
Bu qışı burada, bu qışı burada,
Qışlamışam, mədarım keçmir, ay
aman.
Mədar - mərkəz,
istinad nöqtəsi, özəl təməl, xərçəng
tropiki (bax: ə.f.lüğ., səh. 339).
Yəni dünyanın mərkəzi
həyatındayam. Dünyanın başlanğıc nöqtəsi
buradır. Buradan çıxır mənim dolanacağım.
Xərçəng tropikidir bura. Xərçəng
dünyanın bir nöqtədən paylanmasına,
qol-budağının artmasına işarədir. Lakin burada
dolanacağım keçmir, məni incidirlər, mənə
qarşı çıxırlar. Qarşı çıxan, təbii
ki, dinin yaradıcısının əleyhinə
çıxan bütpərəstlərdir.
"Bu qışı
burada, bu qışı burada" - burada zərdüştlərin
qışlaqlarından söhbət gedir. Yəni eyni həyat tərzi mənim
imkanlarıma mane olur. Əgər Qız qalasını
yanı üstdə qoysaq və ya aşağı ilə
yuxarı hissə nəzərdən keçirilsə, iki dairə
yenə göy və yerin rəmzini verir (dügah). Zərdüştlərdən
qalan musiqi alətləri hamısı bürclərin rəmzidir.
Qaval (dəf) qırmızı və ağ rəngdə dairə
formasında günəş və ayın rəmzidir (ağ və
qırmızı xına rəngində). Dairənin
içindəki halqalar isə ulduz və bürclərin rəmzidir
ki, günəşi və ayı dairəyə alıb ki, bu
da onların kəməridir. Bu fikri bağlayaq "Şirvan
şikəstəsi"nə.
Deyirəm: dar gərdənə
tökülübdür hörmələr,
Gümüş kəmər incə belə dürmələr.
Dar - böyük ev, yer,
məkan, məqam, dari dünya, axirət evinin əksi; dara
sahib mülk. (bax: ə.f.lüğ., səh. 136).
Günəşi
"dünya evi" sayır aşiq. Məhz günəşin həyat mənbəyi
olduğuna işarə edir aşiq. Bu dünya evinin
arxasındadır axirət evimiz (son hesabat oradadır, buna
arxayın olun).
Hörmələr dar gərdənə
tökulüb.
1. Gərdən - boyun.
2. Gərdun - dolanan, dönən fələk, göy.
Hörmələr
günəşin şüalarıdır ki, bu şüalar
olmasa, həyatın olması mümkün deyildir
("Yallı" rəqsinin bir simvolu da dövretmə ilə
ilk həyat mənbəyinə dolanandan sonra yenidən oraya
qayıtmadır).
Gümüş kəmər incə belə dürmələr.
Gümüş kəmər
- ay, yer, ulduzlardır ki, günəşi əhatə edib onun
ətrafında fırlanır.
Baxın, əziz oxucular, mənəvi
zərlə maddi zərin vəhdətinə. Hər bir tarixi
hadisə bu üsulla açılmalıdır,
"köçürmə üsulu ilə yox". A.A.Bakıxanov yazır:
"Nə qədər oxusan da, istedad ola bilməzsən.
İstedad olmaq üçün bir az Allah vergisi
olmalıdır". İ.Nəsiminin dediyi kimi, sözün
özündə axtarmaq lazımdır mənanı. Mən bu
açmaları məhz "Şirvan şikəstəsi"nə
qulaq asa-asa açıram. Bu açmaları N.Gəncəvi, Ə.Xaqaninin
əsərlərindən başqa hansı əsərlərdə
axtarım mən. O müqəddəslərin hələ nəfəs
və əl dəyməyən fəlsəfələridir
bunlar.
Onun qulluğunda öpərək yeri,
Sədi-əkbər kimi, qayıtdım geri.
(Ə.Xaqani)
Sədi-əkbər -
xoşbəxtlik aləmini bildirən ulduz adıdır. Fəzada
əvvəl irəli, sonra isə geri hərəkət edir. Ə.Xaqani
Cəmaləddinin nəsihətlərindən çox faydalar
alaraq bundan sonra xoşbəxt olacağı ümidi ilə
"İraqdan geriyə döndüm" demək istəyir.
Beləliklə, əziz
oxucum, Qız qalasının iki dairəsini orta xətt birləşdirir.
İki dairənin xətti isə kəmər rolunu oynayır.
Zərdüştlərin bel kəməri ağ və qara ipdən
toxunurdu.
Ağ ip ağ qoyunun yunundan,
qara ip qara qoyunun yunundan toxunurdu. Cəmi 72 sapdan toxunurdu bu kəmər.
72 ip İbrahimə gələn ilkin 72 rəngdən, dürdən
ibarət idi (ana rəhbərdir bunlar, bunlara 72 nur da deyilir). O
zamanlar 7 dövlət, 72 xalq var idi. Bunların 26-sı Azərbaycanda
idi. Onlar orada İsgəndərə qədər
yaşayıblar. Həmin kəmər dini ayinlərdə (atəşpərəstlərin)
belə bağlanardı. Bibisi də Yusifi bu kəmərlə
şərə salmışdır.
(Ardı var)
Şakir Qabıssanlı
Həftə içi.- 2010.- 30 noyabr.- S. 7.