Aida İmanquliyevanın
71 illiyinə həsr olunmuş sərgi keçirilib
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasında çərşənbə günü
görkəmli şərqşünas alim, filologiya elmləri
doktoru, professor Aida İmanquliyevanın 71 illiyinə həsr
olunmuş sərgi təşkil olunub.
Mərkəzi Elmi
Kitabxananın yaydığı məlumata görə,
sərgidə Şərq ruhu, Qərb
düşüncələri və analitizmi, ərəb
Şərqi-Qərb sintezi məsələlərini əks
etdirən, müxtəlif dillərdə nəşr olunan 30-a
yaxın kitab, 40-dan çox məqalə və onun elmi irsinin
təhlilinə həsr olunmuş ədəbiyyat yer alıb. Sərgidə "Yeni ərəb
ədəbiyyatı korifeyləri"
(2003), "Qələmlər birliyi" və "Mixail Nuaymə" (2002),
"Cübran Xəlil
Cübran" (1975, 2002), "Şərq və Qərb: ortaq mənəvi dəyərlər"
(2004) və başqa əsərlər oxucuların
diqqətini xüsusilə
cəlb edib. Sərgidə həmçinin, alimin müxtəlif dillərdə nəşr
olunmuş "Assoüiaüiə
pera" i Mixail Nuayme" (1975),
"Modern Arap Edebiyyatının Usta Kalemleri" (2007) ədəbiyyatı
nümayiş olunub. Ənənəvi sərgi
ilə bərabər,
kitabxananın zalında
virtual sərgi də hazırlanıb.
Həftə içi.- 2010.- 7 oktyabr.- S. 7.