Sabir Rüstəmxanlı sənədli roman yazdı
Məşhur
"Ömür kitabı"nın müəllifi, şair
Sabir Rüstəmxanlı son illərdə Azərbaycan
tarixinin ayrı-ayrı milli səhifələrinə
işıq saçan romanlar yazmışdır. Qədim
oğuzların həyatından söz açan "Göy
tanrı" və Gəncə xanı Cavad xanın XIX əsrdə
rus işğalına qarşı qəhrəmanlığından
bəhs edən romanlarından sonra yazıçı XX əsrin
əvvəllərində baş verən hadisələrə
üz tutmuş, Əhməd Ağaoğlunun
başçılığı ilə yaradılan
"Difai" milli özünümüdafiə təşkilatının
fəaliyyətindən bəhs açan "Difai fədailəri"
adlı roman qələmə almışdır.
Əsər sənədli
roman janrındadır. Azadlıq radiosuna müsahibəsində
S.Rüstəmxanlı göstərir ki, "Sənədlər
romanın əsas hissəsini təşkil edir. Burda uydurma
yoxdur". 1905-ci ilin sonları-1906-cı ilin əvvəllərində
yaranan "Difai" müqavimət təşkilatının fəaliyyətinə
cəmi üç ildən sonra Çar hökuməti tərəfindən
qadağa qoyulmuşdu. "Əllərində olan sənədləri
məhv etdilər. Həm bizim arxivlərimizdə, həm də
başqa yerlərdə çox cüzi hissəsi qalır. Mən
də romanı həmin izlər əsasında
yazmışam" deyən yazıçı eyni zamanda Gəncədə,
Bakıda, Şuşada, Qarabağda yaşamış
adamların xatirələrindən də bəhrələndiyini
söyləyir.
Roman "Qanun" nəşriyyatında
çap olunmuşdur.
Həftə içi.- 2010.- 2-4/2-8 oktyabr.- S. 2.