Rəşid Şəfəq
- 70
Oktyabrın 13-ü tanınmış
bəstəkar, əməkdar
incəsənət xadimi
Rəşid Şəfəqin
doğum günüdür.
Bəstəkarın 70 yaşı
tamam olur. Rəşid Şəfəqin
Lent.az-a verdiyi məlumata görə, onun yubileyi ilə
əlaqədar bir neçə tədbir keçiriləcək. Lakin
dəqiq vaxt hələ məlum deyil. Bəstəkar 70 yaşının olmasına
baxmayaraq, özünü
çox yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, Əliyev Rəşid Camal oğlu (Rəşid Şəfəq) 1940-cı il
oktyabrın 13-də anadan
olub. Daha çox uşaq mahnılarının müəllifi
kimi tanınır. "Səfeh siçan
balası" uşaq
opera-nağılı (1990), "Baş tutmayan hiylə" uşaq musiqili nağıl-komediyası
(1991), "Tülkü, Tülkü,
Tünbəki..." komik
folklor nağıl-operası
(1993), "Bayquşların söhbəti" uşaq
nağıl-operası (1992), "Qiymətlərin sərgüzəşti"
uşaqlar üçün
müzikl (1998), "Ana"
üçpərdəli operası (H. Cavidin eyni adlı
dramı əsasında,
1999), "Cırtdan" uşaq
operattası (Azərbaycan
xalq nağılı əsasında) kimi əsərləri var.
O, "Hüseyn Cavid-III" xatirə rekviyem-poeması, "Simfoniyetta",
"Balaca Elnurun musiqi albomu", "Balaca Camalın musiqi albomu", "Uşaq və gənclər üçün
musiqi", "Cəngavərlər"
vokal-xor silsiləsi,
"Anamın bayramı"
vokal-xor silsiləsi,
"Ana torpaq - Qarabağ" mahnılar silsiləsi, "Rahab"
muğam-poemasının müəllifidir.
Həftə içi.- 2010.- 14 oktyabr.- S. 7.