Vaxtsızotu
SAGLAM OLUN!
Vaxtsızotu - müalicəvi bitkidir. Zəhərlənmək qorxusu olduğu üçün həkimlə
məsləhətləşmədən onu qəbul etmək olmaz. Məhəmməd Möminə
görə vaxtsızotunun
soğanağı 7 il öz müalicəvi təsirini
saxlayır. Onlar bəlğəmgətirici keyfiyyətə malikdir, irini çəkir, sarılığa və dalaq xəstəliyinə xeyirlidir. Vaxtsızotu soğanağının əzvayla kompresi işias (oturaq sinirinin iltihabı) xəstəliyində sınaqdan
keçirilib. Vaxtsızotu şirəsi
və ya həlimi revmatizmə çox xeyirlidir. Vaxtsızotunun həlimindən zəfəran
və çiy yumurtadan edilmiş kompres sümük travmalarında xeyirlidir və şişləri sovurur. Vaxtsızotu həlimindən və qoyunun köhnə piyindən tampon babisil xəstəliyində sınaqdan
çıxıb. Vaxtsızotu köklərindən
hazırlanan toz xoranı qurudur.
"Töhfətül-möminin"
(1669 il) əsərinə əsasən,
vaxtsızotunu daxilə
qəbul etdikdə mədəyə, ciyərə
zərərdir və qıcolma yaradır". İbn Sina yazır ki, vaxtsızotu mədəni zəiflədir.
Xaricdən istifadə olunduqda
köhnə (xroniki) xoralara, yel (podaqra), əzələlərdə
ağrı kimi xəstəliklərdə xeyirlidir.
Zəhərlidir. "Tibbnamə"də
vaxtsızotu "səvrincan"
kimi adlanır, revmatizmə qarşı və yarasağaldan vasitə kimi yad edilir. Bu əsərə əsasən:
"Vaxtsızotu həlimi
üz sinirinin iflicində, ümumi iflicdə, əsəb xəstəliklərində xeyirlidir.
Əgər vaxtsızotu şirəsinin
kompresini ağrıyan
ayaqlara qoysan, ağrı dəf olar. Sınaqdan keçib".
Həftə içi.- 2010.-
23-25 oktyabr.- S. 8.