Beynəlxalq ictimaiyyət Azərbaycanın
tərəfindədir
"Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq
ictimai rəy Azərbaycanın tərəfindədir" - bu
fikirləri Rusiya Dövlət Dumasının MDB işləri
üzrə komitə sədri Aleksey Ostrovski səsləndirib. Onun sözlərinə görə, bütün dünya, o cümlədən Rusiya
Federasiyası da Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir.
Ostrovski onu da bildirib ki,
beynəlxalq ictimaiyyət bu ölkənin
yurisdiksiyasına daxil olan
rayonların işğal olunması
faktını qəbul edir". Komitə
sədri deyib ki, tez-tez Bakı və İrəvanda orur: "Hər iki ölkədə
Rusiyanın bu münaqişəni həll
etməli olduğu sözlərini
eşidirəm. Lakin Rusiya
bu münaqişəni təkbaşına
həll edə bilməz. Yol xəritəsi
var, prezident Dmitri Medvedyev Azərbaycan
və Ermənistan prezidentləri ilə görüşür.
Bu problemin həlli
qarşısında əsas maneə Ermənistan və Azərbaycan
cəmiyyətinin əhvali-ruhiyyəsidir..."
"...Dağlıq
Qarabağ məsələsi artıq Azərbaycan - Ermənistan
münasibətlərinin çərçivəsindən kənara
çıxıb, lakin hər iki tərəf siyasi iradə
nümayiş etdirməyənə qədər münaqişə
həll olunmamış qalacaq". Onun sözlərinə
görə, Ermənistan - Azərbaycan münaqişəsinin
həllində maraqlı olan Rusiyadan başqa heç kim
Dağlıq Qarabağ problemini nizamlamağa cəhd göstərmir,
belə ki, hər iki tərəf Moskvanın strateji tərəfdaşlarıdır.
İrəvan və Bakı özləri bunu istəmədikcə
Rusiya bu münaqişəni həll edə bilməz.
"Rusiya aktiv şəkildə münaqişə tərəflərini
barışdırmağa çalışır. Rusiya rəhbəri
Bakı və İrəvanı barışdırmağa səy
göstərir və bunu Azərbaycan və Ermənistan
prezidentlərinin Rusiya tərəfinin təşəbbüsü
ilə keçirilən görüşləri sübut edir.
Aleksey Ostrovski ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə
lüzum görmədiyini bildirib: "Fikrimcə, bu, qəbul
oluna biləcək formatdır". Ostrovski təəssüflə
qeyd edib ki, problemin nizamlanması üçün maneə iki
ölkənin ictimaiyyətidir. "Ermənistan daxilindəki
nüfuzlu qüvvələr heç vaxt işğal
olunmuş ərazilərin və Dağlıq Qarabağın
qaytarılmasına razı olmayacaqlar. Öz növbəsində,
Bakı da heç vaxt güzəştə getməyəcək".
Komitə sədri Dövlət Dumasının deputatı, MDB
və soydaşların işi üzrə komitənin sədr
müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi
fikirlərə də münasibət bildirib: "O mənim
iradəmdən asılı olmayaraq komitədə
müavinimdir. Zatulin maraqlı tərəf olduğunu kifayət
qədər açıq-aşkar göstərir". Komitə
sədri vurğulayıb ki, Dövlət Dumasında kvota
prinsipi var və Zatulin bu vəzifəni onun istəyindən
asılı olmayaraq tutub: "Mən ondan fərqli olaraq onun
sözlərinə qiymət verməyəcəyəm. Azərbaycan
tərəfinə Zatulinin mövqeyi xoş deyilsə, qoy
"Vahid Rusiya" partiyasına müraciət edərək
soruşsunlar: nə üçün partiyanızda
münaqişəli vəziyyətdə konkret olaraq kiminsə
tərəfini saxlayan insan oturur".
Azad
Həftə içi.- 2010.- 24 sentyabr.- S. 1, 3.