Tehranda Azərbaycan mədəniyyət
günlərinin açılışı oldu
Mədəniyyət və turizm naziri Əbülfəz
Qarayevin rəhbərlik etdiyi geniştərkibli Azərbaycan
nümayəndə heyəti İrandadır
Dünən Tehran şəhərində
Azərbaycan mədəniyyət günlərinin rəsmi
açılışı olub. Bu münasibətlə mədəniyyət
və turizm naziri Əbülfəz Qarayevin rəhbərlik
etdiyi geniştərkibli Azərbaycan nümayəndə heyəti
Tehranda səfərdədir.
Nümayəndə heyətinin
bir qrupu İranın islam irşadı və mədəniyyəti
naziri Seyid Məhəmməd Hüseyni və İran
prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi
Təşkilatının sədri Həmid Bəqayi ilə
görüşüb.
Ə.Qarayev Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin
salamlarını qonşu və qardaş İran xalqına
çatdırılmasını S.M.Hüseynidən xahiş
edib. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra İranda ilk dəfə Azərbaycan mədəniyyət
günlərinin keçirildiyini diqqətə
çatdıran nazir buna görə İran tərəfinə
təşəkkürünü bildirib və
qarşılıqlı mədəni tədbirlərin əhəmiyyətindən
danışıb. Mədəniyyət günlərinin Tehran və
Təbriz şəhərlərində keçiriləcəyini
diqqətə çatdıran nazir bildirib ki, növbəti belə
mərasimlərin Ərdəbil və İsfahan şəhərlərində
də təşkil olunmasına şəriat yaradılacaq. Ə.Qarayev
vurğulayıb ki, qarşılıqlı mədəni tədbirlər
əsrlər böyu birgə yaşamış
xalqlarımızın daha sürətlə bir-birinə
yaxınlaşması prosesinə böyük töhfə
olacaq.
H.Bəqayi ilə
görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin
inkişaf perspektivlərindən bəhs edən Ə.Qarayev
deyib ki, hər il İrandan Azərbaycana gələn turistlərin
sayı əvvəlki illə müqayisədə təxminən
10 faiz artır. Azərbaycanda türistlərin səmərəli
istirahəti üçün beynəlxalq standartlara uyğun
şərait yaradılıb.
Ölkələrimiz
arasında mədəniyyət və turizm əlaqələrinin
genişləndirilməsinin əhəmiyyətindən
danışan İran rəsmiləri Azərbaycanla xoş
münasibətlər qurulmasına xüsusi əhəmiyyət
verildiyini və bu sahədə çoxşaxəli əlaqələrin
sürətlə inkişaf etdiyini diqqətə
çatdırıblar. Azərbaycan tərəfi 2010-cu ildə
İranda keçirilmiş "Fəcr" beynəlxalq kino və
teatr festivallarında fəal iştirak edib.
Görüşlərdə
kino istehsalı, kino kadrlarının hazırlanması, kitab və
rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin
əsərlərinin Azərbaycan və fars dillərinə
qarşılıqlı tərcüməsi və digər məsələlərə
dair geniş fikir mübadiləsi aparılıb.
Həftə içi.- 2010.- 28 sentyabr.- S. 7.